(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Qarabağ” fərqi

“Qarabağ” fərqi

Futbolun necə böyük qüvvə olduğunu bir daha gördük. “İdman siyasətə qarışmır” deyənlər özü bilər, amma siyasət idmana həmişə qarışır. Və bütün dünyanın idmana bu qədər önəm verməsinin də səbəbi elə bundadı.

“Düdelanj” – “Qarabağ” matçıyla bağlı yazmağa ehtiyac duymuram. Təmsilçimiz Avropa Liqasının qrup matçında tarixi qələbə qazanıb, iddiasını ortaya qoydu. Hələ heç nə dəyişməyib, yenə də bütün suallara APOEL-lə cüt oyunlardan sonra aydınlıq gələcək. Çempionumuzu “yükləməyək”, yalnız dəstəkləyək və ən yaxşısına ümid edək. Növbəti turda qələbə ümidləri artıra bilər, bu, olmasa, da sonadək qrupdan çıxmaq üçün “Qarabağ”a güvənməliyik. Xaraba qoyulmuş ölkə futbolunda bitən yeganə çiçəyi qorumalıyıq.

“Qarabağ” illərdi tarix yazır. Futbol dünyasında öz kiçik yeri olan Azərbaycanı böyüdən, onu dünya arenasında şərəflə təmsil edən, hədəf böyüdən bir klubumuz var. Və onun uğurları göz çıxarır. Təxribatçılar artıq dözə bilmir, mənfur əməllərini hər yerdə göstərirlər. Ağdam klubunun futbolçuları da tarixi təkcə meydanda yox, həm də meydandan kənarda yazırlar; təkcə futbol oynamırlar, həm də döyüşürlər.

Erməni xislətidi. Lüksemburqda düşmənlərimiz öz əski parçasını ancaq dronun köməyi ilə meydana gətirməyə cəhd edirsə, “Qarabağ” 6 ildi Azərbaycanın möhtəşəm bayraqlarını Avropa meydanlarında şərəflə, qürurla dalğalandırırlar. Çempionumuzun ölkənin təbliğatı, haqq işimizin dünyaya car çəkilməsi baxımından necə böyük iş gördüyünü bax, belə hadisələr bir daha təsdiqləyir.

“Qarabağ” təkcə futbol klubu deyil, həm də partizan dəstəsi, şərəf batalyonudu və tək döyüşür. AFFA rəhbərliyi Kiprdə gözünü erməni bayrağına zilləyib 90 dəqiqə keçirdisə, “Qarabağ” Lüksemburqda nə etmək lazım olduğunu əyani şəkildə göstərdi. Azarkeş ordusu, kapitan Rəşad Sadıqovun liderliyi ilə Avropanın göbəyində döyüşdülər, düşməni siçan deşiyinə girməyə məcbur etdilər. Klub rəhbərliyinin avropalıları üzr istətdirəcək cəsarətinə, məşqçi və oyunçuları ən çətin anda göstərdikləri soyuqqanlılığa görə təbrik edirik.

İkiqat qələbən mübarək, “Qarabağ”. Yaxşı ki, varsan!

VÜSAL MAHMUDOV


 
tarix: 04-10-2019 11:35


 
Xəbər lenti
13.11.2019
12.11.2019

19:57  Super Liqada daha bir baş məşqçi istefası

18:37  “Fənərbaxça”nın baş məşqçisi əməliyyat olundu

18:02  Danışılmış oyunlarla bağlı növbəti görüş

17:33  Solari yenidən “Real”da

17:02  “Yuventus”dan Ronaldoya üzr tələbi

16:45  “Mançester Yunayted”in futbolçusu “ən yaxşı” seçildi

16:23  Keylor Navas “Neftçi”nin futbolçularına qarşı oynaya bilməyəcək

16:00  Super Liqa klubunda yeni baş məşqçi

15:46  “Sumqayıt”la “Zirə” yoxlama oyunu keçirəcək

15:28  Turun futbolçusu “Qəbələ”dən oldu

15:09  İngiltərə millisində qalmaqal

14:50  “Bu, mənim üçün sürpriz oldu” - Camalov

14:36  “Azərbaycan qrupun autsayderi olsa da...”

14:17  “Qəbələ”nin 8 futbolçusu rəmzi komandada - FOTO

13:51  Uels millisinin kapitanı: “Azərbaycanı məğlub etsək…”

13:38  Pavel Hapal: “Azərbaycanla oyunda istədiyimiz nəticəni qazana bilərik”

13:16  Millimizlə oyuna yeni forma ilə - FOTO

12:55  Millimizin rəqibinin heyətində dəyişiklik

12:36  Mövsümün 100-cü qolu

12:22  Ağayev 50-yə çatdı

11:59  Adeniyi İsrailə uyğunlaşa bilmir: “Nə baş verəcəyini mən də bilmirəm”

11:47  Qazaxıstanda Emil Balayevi də seçdilər

11:39  “Qarabağ”ın 246 günlük seriyası qırıldı

11:30  Lobotka üçün hədəf bəllidi

11:21  Beyl millimizlə oyuna qədər tam hazır olacaq

11:11  İsrafilov yığmaya gəlmədi, Camalov dəvət aldı

11:00  İspaniya Superkuboku Səudiyyə Ərəbistanında - ardıcıl 3 il

10:30  Nazarov üçün 80 dəqiqə və 1 xal

10:00  Dadaşovdan məhsuldar ötürmə

09:30  Millimizin rəqibində Rakitiç şoku

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az