(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Marca” təxribatdan yazdı: “Qarabağ” Azərbaycanın torpağıdı”

“Marca” təxribatdan yazdı: “Qarabağ” Azərbaycanın torpağıdı”

Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Düdelanj”la Lüksemburqdakı oyununda üzləşdiyi erməni təxribatı xarici mətbuatın da diqqətindən kənarda qalmayıb. 

Futbolinfo.az xəbər verir ki, İspaniyanın nüfuzlu “Marca” nəşri də baş verənlərlə bağlı xəbər hazırlayıb.

Yazıda qeyd olunur ki, siyasət yenə idmanda görünməyə başladı: "... və yenə, siyasi səbəblərə görə idman yarışı yarımçıq dayandırıldı. “Düdelanj” - “Qarabağ” matçının gedişi zamanı (azərbaycanlılar 2:0 öndə olarkən), "Artsax" bayrağını daşıyan pilotsuz təyyarə Lüksemburqdakı “Jozi Bartel” stadionunun üstündən uçdu və hakimi oyunu dayandırmağa məcbur etdi. Azərbaycan komandasının üzvləri top ilə dronu yerə endirməyə çalışdılar. Dağlıq Qarabağ Ermənistan və Azərbaycan arasında suverenliyi ilə bağlı münaqişəni qoruyan bir ərazidi. Sözügedən ərazi azərbaycanlıların idi, lakin artıq 30 ildən çoxdu davam edən münaqişə şəraitində Ermənistan qoşunları tərəfindən hərbi şəkildə işğal olunub".

Daha sonra bildirilir ki, "Qarabağ" Ağdam komandası olduğundan futbolçular təxribata görə etiraz etməyə başlayıb: “Qarabağ” futbolçuları bu qarşıdurmadan sonra oynamaqdan imtina etdilər. Çünki “Qarabağ” əslən Ağdam şəhərindəndi, hansı ki, hazırda yuxarıda göstərilən münaqişə səbəbindən işğal altındadı. Lüksemburqun səmasındakı qalmaqal səbəbindən oyun 15 dəqiqə (əslində 20 dəqiqədən çox) sonra davam etdi. Azərbaycan klubunun kapitanı Rəşad Sadıqov dron stadionu tərk etdikdən sonra qonaq azarkeşlərə yaxınlaşaraq onları təmkinli olmağa səslədi”.


 
tarix: 04-10-2019 15:15


 
Xəbər lenti
22.11.2019
21.11.2019

20:24  Ağabala Ramazanov: “Şerif”də oynamaq istəyirəm”

19:40  Ermənistan futbolu başsız qaldı

18:34  Rusiyalı futbolçu Türkiyə klubundan ayrıldı

18:11  “Qarabağ”ın “Sevilya” ilə matçına stadiondan baxmaq istəyənlərin diqqətinə

17:45  Ən sadiq futbolçular

17:14  “Borussiya”dan 250 milyon avroluq anlaşma

16:49  “Kəpəz”dən darmadağın, çempiondan məğlubiyyət

16:27  Sumqayıt şəhər stadionuna 5 milyon manat ayrıldı!

16:16  Neymar sıraya döndü, Mbappe...

15:49  “Real”ın futbolçusunun barmağı sındı

15:10  “Atletiko” Dieqo Kostanı 3 aylıq itirdi

14:33  “Golden Boy” mükafatına son 3 namizəd

14:09  Depay birinci, Ronaldo 10-cu oldu

13:41  UEFA Rumıniya millisi ilə intizam işi açdı

13:16  “Qarabağ” nə “Yuventus”, nə də “Lion"du”

12:44  “Borussiya”lı üçün il bitdi

12:32  “Messi və Ronaldo ilə eyni səviyyədə ola bilərdim, amma bunu istəmədim”

12:17  “Milan”dan İbrahimoviçə 1,5 illik təklif

11:53  “Zirə” ilə matça qələbə üçün çıxacağıq”

11:44  Ronaldonun əvəzinə Mbappe

11:30  "Heç vaxt bu qədər sevinməmişdim"

11:25  Daha bir milli baş məşqçisiz qaldı

11:19  Slavçevin vidası reallaşır

11:00  Milli oyuncaq

10:49  “Bavariya”dan qapıçısı ilə yeni müqavilə

10:34  “Fiorentina”nın futbolçusu 5 min avroya görə döyüldü

10:15  Xayme Romero: “Enişin olması normaldı”

10:00  AÇ-2020-nin püşkatmasını tənqid etdi

09:40  Mourinyonun “Tottenhem”də illik qazancı bəlli oldu

09:27  Milli komandada baş məşqçi istefası

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az