(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Bizə qarşı tərbiyəsizlik edən ölkənin cavabını layiqincə verdik”

“Bizə qarşı tərbiyəsizlik edən ölkənin cavabını layiqincə verdik”

“Qələbə ilə qayıtdığımıza görə çox sevincliyik. Matçda xoşagəlməz hadisələr yaşandı. Ancaq biz öz mədəniyyət və fəlsəfəmizlə Azərbaycana yaraşan şəkildə ölkəmizi təmsil etdik". 

Futbolinfo.az xəbər verir ki, bu fikirləri jurnalistərə açıqlamasında "Qarabağ"ın direktoru Emrah Çəlikəl Lüksemburqda "Düdelanj" üzərində 4:1 hesablı qələbə qazandıqları Avropa Liqasının II tur matçı barədə danışarkən deyib. 

Klub rəsmisi həmin qarşılaşmada hadisələrin böyüməməsi üçün əllərindən gələni etdiklərini bildirib: "Qələbəmizlə bizə qarşı tərbiyəsizlik edən ölkənin cavabını layiqincə verdik. Lüksemburqda bizdən üzr istədilər. Oyunda hər hansı bir hadisənin yaşanmayacağına söz verdilər. Biz ona görə matça davam etdik. Burada Lüksemburqu günahlandıra bilmərik, mənfur düşmənlərin etdiyi əməldir. Onlar da lazım olan tədbirləri gördülər".

Çəlikəl deyib ki, bu cür təxribatlara hazır olmalıdırlar: "Biz futbol oynayırıq. Ən gözəl cavabı oyunumuzla və qələbələrimizlə verəcəyik. Bunu indi bacardıq. İnanıram ki, gələcəkdə də yaxşı nəticələrə nail olmağa çalışacağıq. Biz futbol klubuyuq. Azərbaycanı təmsil edirik. Bunu da layiqincə yerinə gətirməyə çalışırıq. AFFA lazım olan tədbirləri görəcək və onlarla birlikdə işləyəcəyik. Biz həmin an baş katib Elxan Məmmədovla əlaqədə idik. Mənə tez-tez zəng edirdi və onu məlumatlandırırdıq".  (Report)

Qeyd edək ki, “Düdelanj” – “Qarabağ” oyunu erməni təxribatı ilə əlaqədar dayandırılıb. Matçın 30-cu dəqiqəsində Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin rəqib qapısına vurduğu 2-ci qoldan sonra dron vasitəsilə stadionun üzərinə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib. Bundan sonra şotlandiyalı referi Con Biton Ağdam komandasının futbolçularının tələbi ilə matçı saxlayıb. Ardınca Lüksemburqun idman naziri Dan Kerş Azərbaycan çempionunun soyunub-geyinmə otağına gələrək üzr istəyib. Nazir ölkəsinin Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi saydığını, təxribatçıların tapılaraq cəzalandırılacağını deyib. D.Kerş üzrxahlığını stadionun diktor otağında da elan etdikdən sonra oyun davam etdirilib.


 
tarix: 04-10-2019 19:42


 
Xəbər lenti
22.11.2019
21.11.2019

20:24  Ağabala Ramazanov: “Şerif”də oynamaq istəyirəm”

19:40  Ermənistan futbolu başsız qaldı

18:34  Rusiyalı futbolçu Türkiyə klubundan ayrıldı

18:11  “Qarabağ”ın “Sevilya” ilə matçına stadiondan baxmaq istəyənlərin diqqətinə

17:45  Ən sadiq futbolçular

17:14  “Borussiya”dan 250 milyon avroluq anlaşma

16:49  “Kəpəz”dən darmadağın, çempiondan məğlubiyyət

16:27  Sumqayıt şəhər stadionuna 5 milyon manat ayrıldı!

16:16  Neymar sıraya döndü, Mbappe...

15:49  “Real”ın futbolçusunun barmağı sındı

15:10  “Atletiko” Dieqo Kostanı 3 aylıq itirdi

14:33  “Golden Boy” mükafatına son 3 namizəd

14:09  Depay birinci, Ronaldo 10-cu oldu

13:41  UEFA Rumıniya millisi ilə intizam işi açdı

13:16  “Qarabağ” nə “Yuventus”, nə də “Lion"du”

12:44  “Borussiya”lı üçün il bitdi

12:32  “Messi və Ronaldo ilə eyni səviyyədə ola bilərdim, amma bunu istəmədim”

12:17  “Milan”dan İbrahimoviçə 1,5 illik təklif

11:53  “Zirə” ilə matça qələbə üçün çıxacağıq”

11:44  Ronaldonun əvəzinə Mbappe

11:30  "Heç vaxt bu qədər sevinməmişdim"

11:25  Daha bir milli baş məşqçisiz qaldı

11:19  Slavçevin vidası reallaşır

11:00  Milli oyuncaq

10:49  “Bavariya”dan qapıçısı ilə yeni müqavilə

10:34  “Fiorentina”nın futbolçusu 5 min avroya görə döyüldü

10:15  Xayme Romero: “Enişin olması normaldı”

10:00  AÇ-2020-nin püşkatmasını tənqid etdi

09:40  Mourinyonun “Tottenhem”də illik qazancı bəlli oldu

09:27  Milli komandada baş məşqçi istefası

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az