(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
İş verən katib

İş verən katib

Elxan Məmmədov futbolu düşünməyə başlayıb? 12 il vəzifədə olandan, bu sahəni xarabazara çevirəndən, hər cür dəlləklik edəndən sonra ayılıb? Və anlayıb ki, futbolda qohum-qardaşı, dost tanışı, marketinq-makler kadrlarıyla yanaşı, futbol adamları da işləməlidi?
 
İnanmayın. Sadəcə, quyruq qapı arasında qalıb, ona görə də son günlər əl-ayaqdadı.
 
Əslində, əvvəldən belə olmasının vacibliyini anlayırdı, amma yalnız indi buna ehtiyac duyur. Nazim Süleymanovun başçılıq etdiyi veteranların baş qaldırması, mətbuatın təzyiqlərinin artması, müxtəlif narahat, maraqlı qüvvələrin ortaya çıxmasından sonra AFFA-nın baş katibi manevr etməyə başlayıb. Taxtının laxladığını, faktiki rəhbəri olduğu futbol hakimiyyətindən qovulacağı günün yaxınlaşdığını hiss edir, vəzifədən ikiəlli yapışmaq üçün görüntü yaratmağa çalışır.
 
Milli komandaların biabırçı nəticələrinin Məmmədovu sıxdığı günlərdə o, görüntü yaratmaq üçün futbol adamlarını ətrafına toplamağa cəhd edir. Narazı qüvvələri, söz sahibi olanları işlə təmin etmək və ya başlarını qatmaq üçün katib, ciddi fəaliyyətə başlayıb. Bir neçə futbol veteranının irəli çəkilməsi, hətta Zaur Ramazanovla Emin Quliyevin yada salınması təsadüfi deyil. Hazırda daha bir neçə futbol adamıyla danışıqlar gedir, nüfuzlu narazıların “səsinin kəsilməsi” üçün hər şey edilir.
 
Yaxın günlərdə daha bir neçə təyinatın açıqlanması mümkündü. Hələlik ən son xəbər Yunis Hüseynovla bağlıdı. "Kəpəz"in sabiq baş məşqçisi AFFA-nın texniki direktorunun müavini təyin olunub. O, 10 ildən çoxdu sərvət qazanıb, ciddi iş görməyən, gününü keçirən almaniyalı həmkarı Bernard Lippertlə birgə çalışacaq.
 
Təəssüf ki, Hüseynov əksər veteranlar kimi, oyuna salındığının fərqində deyil, 3-5 manata görə hər təklifə razılıq verənlərdəndi. Yunis bəyə ehtiyac olsaydı, illərdi işsiz qalmaz, hansısa sahədə fəaliyyət göstərərdi. Ona məhz indi ehtiyac duyulması, narazılığı bitsin deyə xüsusi post yaradılması təsadüfi deyil. Yəqin ki, özü də işinin nədən ibarət olacağını bilmir, sadəcə, 3 min manatlıq maaşa görə katibin qanadı altına girməyə razılıq verib.
 
300 min avroluq müqaviləsi olan Lippertin yanında dilənçi kimi görünəcək Hüseynova həqiqətən ehtiyac var idisə, onu birbaşa texniki direktor təyin etmək lazım idi. Çünki almaniyalı onsuz da hər hansı işiylə seçilmir, onun etdiklərinin öhdəsindən Hüseynov da gələ bilər. Amma Yunis bəyi müavinə ehtiyacı olmayan adama köməkçi təyin etməklə yamaq vurdular. Çünki bu vəzifə iş görmək üçün yox, daha bir veteranın susdurulması üçündü.
 
Hüseynovun açıqlamasına diqqət edin: "Artıq dünəndən rəsmi fəaliyyətə başlamışam. Çox sağ olsun, Rövnəq müəllim, Elxan müəlilim, mənə etimad göstərdilər. Onların inamını artıqlaması ilə doğrultmaq üçün əlimdən gələni edəcəm. Bilirsiz ki, heç vaxt Azərbaycan milli komandasında işləməmişəm. Bu istiqamətdə ilk fəaliyyətim olacaq. İnşallah, bacardığım qədər faydalı olmağa çalışacam. Fəaliyyət çərçivəm əsas milliyə qədər olan yığmaları əhatə edəcək".
 
Bu açıqlamada işin mahiyyətindən, fəaliyyətin hansı prinsplərə əsaslanacağından bir kəlmə varmı? Ola da bilməz, çünki Hüceynov nə iş görəcəyini özü də bilmir, maaşını alıb, susacaq, futboldakı dəyişiklik dönəmində onun narazılığı gözə dəyməyəcək.
 
Məmmədov 12 ildi monopoliyasını bu cür idarə edir. Sular durulan kimi yenə “məcburən sevdiklərini” dənləyəcək, “işi bacarmadılar” damğası ilə yola salacaq. Lakin bu dəfə çətin ki, planı baş tutsun. Çünki hamı ayılıb və əsl dənlənməli adamın elə Məmmədov olduğu kora da bəllidi.
 
FƏRİD
 
P.S.: Yazını oxuyandan sonra “Tülkü Həccə gedir” cizgi filminə baxmağınız məsləhətdi.

 
tarix: 05-10-2019 09:41


 
Xəbər lenti
16.10.2019

16:22   APOEL-in dərdi: “Qarabağ”la oyunlar pis vaxta düşür

16:00   İrqçiliyə görə 5 azarkeş saxlanıldı

15:43   “Beşiktaş”ın futbolçusu millimizə dəvət aldı

15:23   “Barselona”nın futbolçusu İspaniya millisində debüt etdi

15:15   AFFA-nın fotoqrafı baş rolda: səfirlik önündəki aksiyanı kim təşkil edib?

15:02   Fransa əsgər salamının qarşını almaq istəyib – Deşam isə...

14:45   “Mümkün xoşagəlməz olayların qarşısı alınacaq” - “Qarabağ” rəsmisi

14:27   “Əcnəbinin bir illik məvacibinə əyalətdə stadion tikmək olar”

14:19   “Qarabağ”ın 3 futbolçusu Avroliqanın ən yaxşıları sırasında

14:08   “Zirə”nin “Neftçi” ilə 18-ci dueli

13:18   “Liverpul”un futbolçusu “Ginnesin rekordlar kitabı”na düşdü

12:56   Modriç “El Klasiko”nu buraxa bilər

12:35   Elxan Məmmədov UEFA-nın baş katibi ilə görüşdü

12:17   “Qəbələ”nin legioneri: “Yeni baş məşqçinin sistemi daha yaxşı işləyir”

12:00   “Traktor”un üzvü futboldan uzaqlaşdırıldı - Türkiyəyə dəstəyə görə

11:40   “Neftçi”nin futbolçuları Boliviyada məğlubiyyətə üzüldü

11:31   Mübariz Mənsimov: “Futbolu sevmirəm”

11:26   İtaliya millisi 80 il sonra rekordunu təzələdi

11:01   Kiprlilərin Bakıda hərbi salam planı

10:40   Ozan Can: “Heç kim bizdən bu cür oyun gözləmirdi”

10:27   “Golden Boy” mükafatına 20 namizəd

10:11   Obradoviçin nağılı

10:00   Fərid Nəbiyev: “Yəqin ki, Azərbaycana qayıtmayacam”

09:30   Yurçeviç: “Xorvatiyanın köməyimizə ehtiyacı yoxdu”

09:00   Uçurumun dibində: AFFA – dövlət içində dövlət?

01:28   Cənubi Koreya yığması 29 il sonra Şimali Koreyada oyuna çıxdı

00:53   İspaniya AÇ-2020-də!

00:25   Millimiz İsveçrəyə belə uduzdu - VİDEO

00:14   Azərbaycan - İsveçrə oyununda yanğın

00:09   “Neftçi” məşqləri bərpa etdi

00:01   Mircavadovun Dadaşlinski imtahanı - VİDEO

15.10.2019

23:53  Federasiya prezidenti istefa verdi

22:48  Obradoviç: “Düzələsi çox şey var”

22:23  “Daha çox qol vura bilərdik, amma heç-heçə də ədalətli olardı”

21:51  Millimiz İsveçrəyə Sumqayıtda uduzdu

20:37  Çempionlar Liqasının finalı İstanbuldan alına bilər

19:49  İbrahimoviç “ən yaxşı” adına namizədlər arasında

19:20  UEFA Türkiyəyə qarşı intizam işi açdı

19:00  Millimiz San Marinoya qalib gəldi

18:41  Tovuzda və Gəncədə danışılmış oyunlarla bağlı seminar keçirildi

18:24  Narkotik alverçisi olan sabiq futbolçu ABŞ-a təhvil verilir

18:00  Milli karyerasını başa vurdu

17:42  35 ildən sonra…

17:20  Elita hakimləri Divizion oyunlarına təyinat aldı

17:00  Premyer Liqada 8-ci turun hakim təyinatları

16:41  “Hansısa komanda uduzan kimi 2-3 pillə aşağı düşür” - Alxasov

16:27  Riçard Qadze: “Yenidən evimə qayıtdım”

16:08  İvan Rakitiç: “Azərbaycanla heç-heçədən sonra...”

15:44  Fransızların tələbi: UEFA Türkiyəyə sanksiya tətbiq etsin

15:26  Millimizin lideri - Ramil Şeydayev!

15:01  UEFA “Qarabağ”a 1 milyon 140 min avro ödədi

14:42  Premyer Liqanın 8-ci turu rəqəmlərin gözü ilə

14:21  AFFA hakimi söyən futbolçuları cəzalandırdı

14:00  Şenol Güneş: “Bunu Makrondan, Trampdan soruşun”

13:42  Millinin Macarıstanla oyunu “Bol idman”da müzakirə edildi - VİDEO

13:30  Uçurumun dibində: 1/3-i bir adama ayrılan büdcə

13:17  Ronaldo 700-cü qoluna imza atdı: “Rekordlar özü məni tapır”

12:43  “Azərbaycan insanların düşündüyündən güclüdü”

12:21  Millimiz San Marino ilə üz-üzə

12:07  AÇ-2020-nin oyununda “meymun səsləri”

11:48  Türkiyə millisi Fransadan səfərdə də xal aldı - VİDEO

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az