(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Qarabağ”ın oyununda dron qaldıran erməni danışdı - VİDEO

“Qarabağ”ın oyununda dron qaldıran erməni danışdı - VİDEO

“Düdelanj” - “Qarabağ” oyunundakı erməni təxribatı ilə bağlı yeni detallar üzə çıxıb.

Futbolinfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Birinci erməni cəbhəsi" fanat hərəkatının üzvü Spartak Adamyan etdiyi hərəkətdən danışıb.

Bunu çoxdan planlaşdırdığını deyən erməni dronu stadionun yaxınlığındakı evlərdən birinin damından idarə etdiklərini bildirib:

"Bunu çoxdan planlaşdırırdıq. "Qarabağ"ın "Düdelanj"la oynadığını biləndə dərhal qərara aldıq ki, ora gedək və istəyimizi həyata keçirək. Mxitaryanın Bakıdakı Avroliqa finalında oynamamasını unutmamışıq. Biz də öz növbəmizdə sübut etmək istəyirdik ki, bunu qarşılıqsız qoymarıq".

Adamyan ideyanı həyata keçirmək üçün 4 nəfərin xidmətindən istifadə etdiklərini deyib: "Mənim dronu idarə etmək təcrübəm yoxdur. Öz dostumdan bu işdə mənə kömək etməsini xahiş etdim. Sevinc hissi ilə razılaşdı. İdeyanı həyata keçirmək üçün bizə 4 nəfər adam lazım idi. Biri stadionda baş verənləri videoya çəkməli, digəri stadiondakı vəziyyətlə bağlı operativ məlumat verməli idi. Nəticədə iki qrupa bölündük. Üçüncü adam qonşu evin damında, dördüncü isə stadionda idi. Əvvəlcə azərbaycanlılarla eyni sektorda oturmaq istədik. Amma onlar bizim erməni olduğumuzu anlaya bilərdilər. Ona görə də fərqli plan qurduq.

Hər şey plan üzrə getdi. İstədiyimizi əldə etdikdən sonra dronu geri çağırdıq, onu sakitcə maşına qoyub, getdik. Mən dostumla birlikdə "Düdelanj" fanatlarının oturduğu sektorda idim. Azərbaycanlılar isə qarşı sektorda. Futbolçuların topla dronu necə vurmaq istədiklərini görürdük. Hər şey bitdikdən sonra sakitcə stadiondan çıxdıq".

Məsuliyyəti üzərinə götürən "Ultra-qrup birinci Ermənistan cəbhəsi"nin başçısı Spartak Adamyan Azərbaycanın işğal altında olan Şuşa şəhərindəndir. Adamyan artıq 22 ildir ki, Belçikada yaşayır. İxtisası mühasibdir. Ötən il Belçikada "Spartak Ermənistan" futzal klubunu yaradıb. Komandadakı oyunçuların yarısı erməni, digərləri isə Avropanın müxtəlif ölkələrindəndir.

Spartak "Qarabağ"ın oyunlarında ilk dəfə təxribata əl atmır. O, ötən mövsüm "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində Londonda "Arsenal"la keçirilmiş matçda meydana 1993-cü ildə öldürülmüş terrorçu Monte Melkonyanın şəkli olan köynəkdə və qondarma "Dağlıq Qarabağın" bayrağı ilə çıxmışdı. Təxribata görə, onun "Arsenal"ın stadiona girişi ömürlük qadağan olunub.

Erməni təxribatçısı əsas məqsədlərinin azərbaycanlıların qanını qaraltmaq olduğunu deyib: "Biz elə bu reaksiyaya da ümid edirdik. Stadionda hadisələr 180 dərəcə dəyişdi, azərbaycanlı azarkeşlər əsəbləşdi, meydanda qarışıqlıq yarandı. Elə bizim məqsədimiz də bu idi. Onlar sevinəndə keflərini pozmaq istəyirdik".

Adamyan Ermənistan Futbol Federasiyasına sanksiya tətbiq olunarsa, buna görə narahat olacağını deyib. O, "Qarabağ"ın "Arsenal"la oyununda meydana çıxdıqdan sonra sosial şəbəkələrdə minlərlə təhdid məktubu aldığını iddia edib:

"Londondakı oyundan sonra aeroportda olanda Mxitaryan mənə zəng vurdu. Əvvəlcə inanmadım, elə bildim dostlarımdan biri zarafat edir. Amma İngiltərə nömrəsini görəndən sonrə əmin oldum ki, bu, odur. Məlum səbəblərə görə şəxsi söhbətimiz barədə məlumat verə bilmərəm. Amma Mxitaryana jestinə görə təşəkkür edirəm". (Sportinfo)

 


 
tarix: 05-10-2019 15:21


 
Xəbər lenti
22.11.2019
21.11.2019

20:24  Ağabala Ramazanov: “Şerif”də oynamaq istəyirəm”

19:40  Ermənistan futbolu başsız qaldı

18:34  Rusiyalı futbolçu Türkiyə klubundan ayrıldı

18:11  “Qarabağ”ın “Sevilya” ilə matçına stadiondan baxmaq istəyənlərin diqqətinə

17:45  Ən sadiq futbolçular

17:14  “Borussiya”dan 250 milyon avroluq anlaşma

16:49  “Kəpəz”dən darmadağın, çempiondan məğlubiyyət

16:27  Sumqayıt şəhər stadionuna 5 milyon manat ayrıldı!

16:16  Neymar sıraya döndü, Mbappe...

15:49  “Real”ın futbolçusunun barmağı sındı

15:10  “Atletiko” Dieqo Kostanı 3 aylıq itirdi

14:33  “Golden Boy” mükafatına son 3 namizəd

14:09  Depay birinci, Ronaldo 10-cu oldu

13:41  UEFA Rumıniya millisi ilə intizam işi açdı

13:16  “Qarabağ” nə “Yuventus”, nə də “Lion"du”

12:44  “Borussiya”lı üçün il bitdi

12:32  “Messi və Ronaldo ilə eyni səviyyədə ola bilərdim, amma bunu istəmədim”

12:17  “Milan”dan İbrahimoviçə 1,5 illik təklif

11:53  “Zirə” ilə matça qələbə üçün çıxacağıq”

11:44  Ronaldonun əvəzinə Mbappe

11:30  "Heç vaxt bu qədər sevinməmişdim"

11:25  Daha bir milli baş məşqçisiz qaldı

11:19  Slavçevin vidası reallaşır

11:00  Milli oyuncaq

10:49  “Bavariya”dan qapıçısı ilə yeni müqavilə

10:34  “Fiorentina”nın futbolçusu 5 min avroya görə döyüldü

10:15  Xayme Romero: “Enişin olması normaldı”

10:00  AÇ-2020-nin püşkatmasını tənqid etdi

09:40  Mourinyonun “Tottenhem”də illik qazancı bəlli oldu

09:27  Milli komandada baş məşqçi istefası

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az