(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Roberto Bordin: “Limitlə bağlı heç bir şikayətim yoxdu”

Roberto Bordin: “Limitlə bağlı heç bir şikayətim yoxdu”

“Neftçi”nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis 2:1 hesabıyla qalib gəldikləri qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında öncə bunları söyləyib:

- Futbolçularımı təbrik edirəm. Oyuna yanaşmaları çox yaxşı idi. Birinci hissəni çox yaxşı keçirdik. Müxtəlif cür təhlükəli vəziyyətlə yaratdıq. Təkcə standart vəziyyətləri qeyd etmək düzgün olmaz. İkinci hissədə də irəli atıldıq, daha bir qol vurmaq istəyirdik. Risk etdik, nəticədə qapımızda bir qol gördük. Rəqibin qoluna qədər yaratdığımız qol vəziyyətlərindən yararlanmalı idik. Səhvimiz 3-cü qolu vurmamağımız oldu.

- Düşünmürsünüz ki, Mustivar həddən artıq səhvə yol verdi?
- Bütün komandanın çıxışından razı qaldım. Mustivar bəzən ötürmələrdə çox səhvlər etdi. Amma bu o demək deyil ki, oyununun üstündən xətt çəkmək lazımdı. Zonaları bağlamaqda, komanda yoldaşlarını sığortalamaqda çox yaxşı idi. Hətta bir epizodda komandamızı xilas etdi. Oyunda texniki səhvlərdən çox oyun epizodlarına üstünlük verirəm.

- Ardıcıl ikinci inamlı qələbəni qazandınız. Demək olarmı ki, komanda məngənədən çıxdı?
- Həmin durumdan çıxdığmızı demək tezdi. Bunu ötən turdan sonra da demişdim. Yaramızı sağaltmağa və düşdüyümüz durumdan yavaş-yavaş çıxmağa çalışırıq. Oyundan-oyuna komanda özünə gəlir.

- Növbəti oyundan sonra “yaramızı bir az da sağaltdıq” demək üçün nə lazımdı?
- Hər matçda buraxılan səhvlərdən və neqativ hallardan nəticə çıxarmalıyıq. Bu gün etdiyimiz səhvlərin üzərində işləyəcəyik. Çalışmaqla yaranı daha çox sağalda bilərik. Növbəti oyunda hücumda daha iti olmalıyıq. Bu qədər qol vəziyyətlərindən yararlanmamaq problemdi.

- Fasilədən sonra əvəzlənən Səlahət Ağayevin durumu nə yerdədi?
- Qasıq nahiyəsində ağrılar çox olduğu üçün oyunu davam etdirə bilmədi. Hazırda nəsə demək çətindi.

- İkihəftəlik fasilə yüksəlişdə olan komandanın xeyrinədi, yoxsa ziyanına?
- Bu oyundan sonra futbolçulara bir neçə günlük istirahət veriləcək. Ondan sonra əlimizdə çox oyunçu olmayacaq. Onlarla fiziki cəhətdən formamızı yaxşılaşdırmağa çalışağıq.

- Adətən qalib heyəti dəyişmirlər. “Qəbələ”yə qarşı yaxşı çıxış edən Tural Axundovun bu gün meydanda olmaması nə ilə bağlı idi?
- Bəli, belə bir deyim var. Amma bu qanun deyil. Mövsümboyu heyəti dəyişməsən futbolçulara ciddi zərər vurar. Tural Qəbələdə yaxşı çıxış etdi, qol da vurdu. Heyətdə çox oyunçu olduğundan, dəyişikliklərə əl atıram. Həftəboyu məşqlərdən və rəqibdən asılı heyət qurulur. Turalla hansısa problemim yoxdu. Məşqçilər korpusu bu dəfə belə qərar verdi.

- Stankoviçlə Mbodju bir yerdə görə biləcəyikmi? Yoxsa bu ikilinin birlikdə çıxışının faydalı olmayacağını düşünürsünüz?
- Hər oyuna eyni heyətlə çıxmırıq. Bu da rəqibin oyun üslubundan asılıdı. Çempionatda həmçinin limit də var. Bu gün Stankoviçlə Antonun cütlüyünə üstünlük verdim. Gələn oyunda fərqli ola bilər.

- Dabo zədəli olduğu üçün oynamırdı, yoxsa axşam social şəbəkədə hansısa statusunu görə bilərik?
- Zədəli olsaydı, ehtiyatda oturmazdı. Kənarda futbolçu varsa, deməli, zədəli deyil, hər an oynaya bilər. Sosial şəbəkə futbolçuların şəxsi işidi.

- Hakimliklə bağlı müəyyən narazılıqlar var idi…
- Sizin suallarınız sanki polemika üçündü. Mənim narazılığımı harda gördünüz? Belə sualların mənası yoxdu.

- Oyunboyu Darioya tez-tez irad bildirirdiniz. Ondan narazılığınız nə idi?
- Bəzi epizodlarda Dario rəqibin oyunçusunu bağlamırdı, mən də onun yadına salırdım. Darionun adını hər dəfə dilə gətirirəmsə, o demək deyil ki, neqativ cəhətlərə görə səslənirəm. Təkcə ona deyil, digər futbolçulara da səslənirəm ki, ayıq olsunlar.

- Limiti qeyd etdiniz. Son vaxtlar limit məsələsi çox müzakirə olunur. Siz də limitin ləğvinin tərəfdarısınız, yoxsa milli komanda naminə belə qalmasını düzgün sayırsınız?
- Limitlə bağlı heç bir şikayətim yoxdu. Fikrimcə, performansı yüksək olan futbolçu meydanda olmalıdı. Bunun azərbaycanlı və ya əcnəbi olmasının fərqi yoxdu. Bəzən 6-7 azərbaycanlı ilə çıxış etmişik. Bu da performansla bağlıdı. Həftəboyu hansı daha yaxşı məşq edir, ona da üstünlük verirəm. (matc.az)


 
tarix: 05-10-2019 21:48


 
Xəbər lenti
16.11.2019

02:15   Millimiz Uelsə qarşı - YENİLƏNİR

01:48   İsveçlə Finlandiya da AÇ-2020-də!

15.11.2019

23:08  Elxan Məmmədovu tapmaq üçün Hacıya üz tutdu - VİDEO

23:03  Sosial şəbəkələrdə ən yaxşı 5 populyar futbolçu

22:55  Çempionlar Liqasında ən biabırçı 5 məğlubiyyət 

22:09  Giqqz və Beylin mətbuat konfransında biabırçılıq - VİDEO

21:47  Emenike yenə klubsuz qaldı

21:05  AFFA-dan Qurbanovun cəzasına endirim

20:40  Super Liqa klubu yeni baş məşqçisini rəsmən açıqladı

20:11  “Sabah” futbol akademiyasına seçimlər başlayır

20:00  Şəhriyar Rəhimov: “Xalqımızı sevindirmək istəyirik”

19:49  Yurçeviç: “Gərək Beyl kimi oyunçuları iki nəfər tutsun”

19:01  Duriş millimizlə oyunu “ağır addım” adlandırdı

18:40  “Sonra diqqətimi Azərbaycanla görüşə yönəldəcəm”

18:20  “Qəbələ” darmadağın etdiyi rəqiblə üz-üzə

18:00  Ronaldo rekorda yaxınlaşır

17:41   “Qarabağ”la “Zirə” heç-heçəyə razılaşdı

17:20  “Neftçi”dən darmadağın

17:00  Keyn bunu da bacardı

16:42  AÇ-2020-yə vəsiqə ilə gələn 9,2 milyon avro

16:20  “Real”ın futbolçusu sıradan çıxdı

16:00  Bakıya 1200 uelsli azarkeş gəlib

15:45  “Keşlə”nin sabiq baş məşqçisi Ukrayna klubunda

15:30  Millimizin rəqibi yoldaşlıq oyunları keçirəcək

15:15  Qaret Beyl: “Azərbaycan millisi daim inkişafdadı”

15:00  Giqqz: “Bakıdan qələbə ilə ayrılmaq üçün əlimizdən gələni edəcəyik”

14:46  Elxan Məmmədova ünvanladığımız sualın cavabı

14:30  Uels yığmasında daha 2 itki – Bakıya gəlmədilər

14:15  İngiltərə yığmasından 7 cavabsız qol - VİDEO

14:00  “Standart vəziyyətlərdə ehtiyatlı olsaq, nəticə qazanarıq”

13:41  “Azərbaycan millisinin keyfiyyətli futbolçuları var”

13:20  Türkiyə millisində 9 futbolçu heyətdən çıxarıldı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az