(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Sülh Sumqayıtda qeydə alındı, göyərçin Bakıda göründü

Sülh Sumqayıtda qeydə alındı, göyərçin Bakıda göründü

Premyer Liqanın 1-ci dövrəsi başa çatarkən ilk 3 pillənin sahibi bəllidi. Bugünkü oyunların nəticəsindən asılı olmayaraq, “Qarabağ” zirvədə qərar tutub, onun izləyiciləri isə dəyişib. “Səbail” daha ilk “üçlük”də deyil, bu komandayla şəriklikdən qurtulan “Keşlə” indi “Neftçi”ylə eyni xala malikdi.
 
Tərlan Əhmədovun yetirmələrinə liderin əsas izləyicisi olmaq üçün bir xal bəs etdi. Sumqayıt səfərindəki qolsuz bərabərlik “Keşlə”yə ilk dövrə üçün qarşıya qoyulan hədəfə çatmaq üçün yetərli oldu. “Sumqayıt” da nəticədən narazı qalmamalıdı. Matçın gedişi göstərirdi ki, sanki rəqiblər meydana bir xal üçün çıxıb və ona da nail oldular. İlk yarıda qonaqlar, fasilədən sonra meydan sahibləri daha istəkli görünsə də, xüsusi gərginlik, qələbə üçün alışıb-yanmaq yox idi. Hər iki tərəf səhv etməməyə, uduzmamağa çalışırdı.
 
Əslində, turun açılış matçını bir futbolçunun sərgilədiyi futbolla təsvir etmək olar. Ən yaxşı vaxtlarında Azərbaycan çempionatında bir o qədər seçilməyən Sezar Meza Kolli qoca yaşında master-klass keçirdi. Meydanda gəzən, təcrübəsi hesabına oynayan paraqvaylı ən yaxşılardan idi. Ustalığına söz yox, amma onun əksər epizodlarda sürətdə rəqiblərini keçməsi çempionatdakı rəqabətin səviyyəsini göstərir. Rumıniya klubunda heyət üzü görməyib, Bakıya qayıdan Sezar bizim yerli gəncləri ən azı fiziki hazırlıqda üstələməməlidi. Amma reallıq budur, futbolumuzun sabahı olacaq sumqayıtlı gənclər ona məhz sürətdə uduzurdu.
 
Meza Kollinin meydan suladığı çempionatın səviyyəsini indi özünüz təsəvvür edin. Belə rəqabətlə klub futbolunun inkişafından danışmağın mənası yoxdu.
 
Günün ikinci matçı daha maraqlı alındı. “Neftçi” bütün problemlərə rəğmən, qələbə seriyasını davam etdirib 3-cü pilləyə qalxdı. Bu uğurun dünənədək liderin əsas izləyicisi olan “Səbail” üzərində qazanılması onu daha qiymətli etdi.
 
Oyunda bütün qollar başla vuruldu. “Neftçi” ilk yarının sonunda 3 dəqiqəyə 2 dəfə fərqlənib, faktiki oyunun nəticəsini həll etdi. Emin Mahmudovun cəzalı olması üzündən start heyətdə görünən Rəhman Hacıyevin künc zərbəsindən məhsuldar ötürmələrini əvvəlcə Stiven Monroz, ardınca Anton Krivotsyuk dəqiq tamamladı. “Səbail” yalnız matçın sonunda ayıldı. Bu dəfə Ağabala Ramazanov eyni qapını dəqiq nişan aldı, amma qonaqların daha artığına gücü çatmadı. Halbukii bu qoladək “Neftçi” 3-4-cü qolları da vurmağa borclu idi.
 
“Neftçi” – “Səbail” matçı boyunca bir göyərçin stadiona toplaşanların diqqətindən yayınmadı. Gah qazona, gah tribunalara qonan quş ab-havaya öyrəşmişdi. Hətta ilk hissənin sonunda o “Neçtçi”nin cərimə meydançası yaxınlığında özünə yem axtarmaq üçün qazona endi. Təqribən 4-5 dəqiqə ərzində top meydanın bu hissəsinə gəlmədi, göyərçin də işində oldu. Təsəvvür edin, müşahidə obyektimiz “nahara əyləşəndə” hesab 0:0, “stoldan qalxanda” 2:0 idi. Çünki bu müddətdə “Səbail” öz meydanından çıxa bilmirdi.
 
“Neftçi” sanki bu göyərçinin qanadalarında bir pillə irəlilədi, rəqibi isə 4-cü yerə kimi endi. Amma sülh rəmzi olan bu varlığın “Bakcell Arena”da görünməsi də azarkeşlərin klub rəhbərliyi ilə barışmasına kömək olmadı. Fanatlar bakılıların qollarına sevinmək əvəzinə, 90 dəqiqə boyunca istefa şüarları səsləndirdi.
 
Doğrusu, nəticələrin yaxşılaşmasından sonra da fikrindən dönməyən azarkeşləri anlamaq çətindi. Görünür, onları çempionluqdan başqa heç nə qane etmir və indki rəhbərliyə qarşı inamları qalmayıb. Polisin onlara mane olmaması, demokratiya, söz, fikir azadlığı mənzərəsinin yaradılması da başqa mətləblərdən xəbər verir. Sanki istefa şüarları təkcə nəticələrə hesablanmayıb...
 
FƏRİD

 
tarix: 06-10-2019 10:30


 
Xəbər lenti
19.11.2019

14:20   İtaliya millisindən ermənilərə 9 qol - VİDEO

14:00   Kavani Messini “razborka”ya çağırdı

13:40   Mxitaryan yenə ara qarışdırır

13:20   Simeon Slavçev: “Hazırda yalnız “Qarabağ”ı düşünürəm”

13:00   Millimizə 28 futbolçu çağırıldı

12:41   Uruqvay və Argentinadan heç-heçə - VİDEO

12:21   Əliyar Ağayev maltalıları cəzalandırdı

12:00   AFFA-nın iki əməkdaşı “Krasnodar” – “Bazel” oyununda

11:43   AFFA rəsmisinə UEFA-dan təyinat

11:21   “Zirə”nin futbolçusu Əlcəzairə qarşı oynadı

11:00   “Qarabağ”ın legioneri vətəninə qayıdır?

10:30   “Real”ın futbolçusu 6 həftə oynamayacaq

10:00   “Qalatasaray”da daha bir ciddi itki

09:30   Almaniya klubu yeni baş məşqçisini açıqladı

09:20   Millimiz Slovakiya ilə üz-üzə - YENİLƏNİR

09:10   Azərbaycan Ukraynaya qarşı - YENİLƏNİR

09:00   Seçmə mərhələdə son oyun - YENİLƏNİR

01:46   İspaniya 5, İtaliya 9 qolla qalib gəldi

18.11.2019

22:50  Bəhlul Mustafazadə: “Məqsədimiz qol vurmaq və yaxşı nəticə qazanmaqdı”

22:37  Nikola Yurçeviç: “Yaxşı nəticə qazana bilərik”

20:26  “Sabah bizi Bakıdakından fərqli oyun gözləyir” - Hamşik

20:10  Pavel Hapal: “Azərbaycanla oyunda yalnız qələbə haqda düşünürük”

19:32  Eddi İsrafilov millimizin düşərgəsində

19:03  Bundesliqa klubunda yeni baş məşqçi

18:31  Kimdir o alçaq?

18:16  Kapitan dünya rekordu qırdı, milli komanda tarix yazdı

17:59  Millimizlə oyunöncəsi 3 itki

17:38  Millinin baş məşqçisi 100-cü oyununa çıxdı

17:17  “Növbəti təyyarə ilə geri qayıtmağım qərara alındı” - Dadaşov

16:58  Modriçin kitabı təqdim olundu

16:34  Ronaldo üzr istəyəcək

15:59  “Qalatasaray”da 2 ciddi itki

15:12  Robben məşqçiliyə başladı

14:52  111 ilin ən yaxşı göstəricisi

14:24  Braziliya millisi dünya çempionu oldu

14:01  Milli karyerasını başa vurdu - 32 yaşında

13:42  Filip Ozobiç bu gündən başlayır

13:32  Millimizin rəqibinin düşərgəsində yeni futbolçu

13:08  “Neftçi”nin futbolçuları Kosta Rikaya qarşı oynadılar

12:30  “Zirə”nin futbolçusu millidə 22 dəqiqə oynadı

12:00  “Qarabağ”ın futbolçusunun ilk qələbədə payı olmadı

11:43  Remzi: “Bakıda qələbə üçün bütün gücümüzü ortaya qoyduq”

11:21  Premyer Liqanın 12-ci turu rəqəmlərin gözü ilə

11:00  Azərbaycan - Ukrayna: Hakim təyinatları açıqlandı

10:30  “Liverpul”un futbolçusu millinin düşərgəsini tərk etdi

10:00  İngiltərə Kosovonu belə darmadağın etdi - VİDEO

09:30  Ukrayna millisindən tarixi nəticə

09:00  Kamran Əliyevli “Ximki” 3 xalı 3 qolla qazandı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az