(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Bu, tək “Qarabağ”a yox, bütün Azərbaycana qarşı çirkin təxribat idi”

“Bu, tək “Qarabağ”a yox, bütün Azərbaycana qarşı çirkin təxribat idi”

"Mən bu hərəkəti təkcə bir komandaya qarşı deyil, həm də bütün millətə edilən çirkin təxribat olaraq görürəm və qınayıram. Bunu törədən şəxs bizim konsentrasiyamızı pozmaq, hər şeydən öncə isə Azərbaycanın adına xələl gətirmək istəyirdi".

Futbolinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın bolqarıstanlı yarımmüdafiəçisi Simeon Slavçev ölkəsinin mətbuatına açıqlamasında deyib. Avropa Liqasının qrup mərhələsinin ikinci turunun "Düdelanj"la səfər oyununda ermənilər tərəfindən törədilən təxribata münasibət bildirən futbolçu hadisə haqda danışıb:

"Dron aşağı enib, yuxarı qalxırdı. Bunu edən şəxsin məqsədi futbolçuları, xüsusilə də azərbaycanlı oyunçuları gülməli vəziyyətə salmaq idi. Onlar bayrağı tutmaq üçün balaca uşaqlar kimi havaya hoppanırdılar. Yaxşı ki, sonradan emosiyalarımızı cilovlaya bildik".

Slavçev azərbaycanlı futbolçuların hadisəyə görə olduqca əsəbi olduqlarını, ancaq komandanın baş məşqçisi Qurban Qurbanovun sözlərindən sonra nisbətən sakitləşdiklərini söyləyib: "Azarkeşlərin meydana daxil olmasını və komanda yoldaşlarımın topla dronu vurmaq cəhdlərini haqlı sayıram. Çünki həqiqətən çirkin təxribat idi. Fasilədə paltardəyişmə otağında azərbaycanlı futbolçuların necə emosional olduqlarını, ölkələri üçün necə can yandırdıqlarını gördüm. Təxribatı törətməkdə məqsəd bizi özümüzdən çıxarmaq idi. Amma psixoloji baxımdan hər şeyə hazır olduğumuzdan istəkləri baş tutmadı. Baş məşqçi dedi ki, biz peşəkarıq və öz öhdəliklərimizi yerinə yetirməliyik. Daha sonra bu hadisənin bizə mənfi təsir etməməli olduğunu bildirdi. Düşünürəm ki, bu amil bizə uğur qazandırdı".

Yarımmüdafiəçi sonda meydan sahiblərinin bu məsələdə günahsız olduqlarını bildirib: "Düdelanj"ın insidentlə heç bir əlaqəsi yoxdur. Təxribatı törədən şəxs dronu stadiondan kənarda, bir evin damından pult vasitəsilə idarə edirdi". (Sportinfo)

Qeyd edək ki, "Düdelanj"la matçın ilk hissəsində dronla meydanın mərkəzinə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib. Bu isə “Qarabağ”ın futbolçularının kəskin etirazına səbəb olub. Təxribata görə qarşılaşmanın baş hakimi oyunu yarımçıq saxlayıb. Komandalar paltardəyişmə otağına yollanıb. Bunun ardınca Lüksemburqun İdman naziri Dan Kerş “Qarabağ”ın soyunub-geyinmə otağına gedərək, futbolçulardan üzr istəyib.


 
tarix: 06-10-2019 21:34


 
Xəbər lenti
16.11.2019

02:15   Millimiz Uelsə qarşı - YENİLƏNİR

01:48   İsveçlə Finlandiya da AÇ-2020-də!

15.11.2019

23:08  Elxan Məmmədovu tapmaq üçün Hacıya üz tutdu - VİDEO

23:03  Sosial şəbəkələrdə ən yaxşı 5 populyar futbolçu

22:55  Çempionlar Liqasında ən biabırçı 5 məğlubiyyət 

22:09  Giqqz və Beylin mətbuat konfransında biabırçılıq - VİDEO

21:47  Emenike yenə klubsuz qaldı

21:05  AFFA-dan Qurbanovun cəzasına endirim

20:40  Super Liqa klubu yeni baş məşqçisini rəsmən açıqladı

20:11  “Sabah” futbol akademiyasına seçimlər başlayır

20:00  Şəhriyar Rəhimov: “Xalqımızı sevindirmək istəyirik”

19:49  Yurçeviç: “Gərək Beyl kimi oyunçuları iki nəfər tutsun”

19:01  Duriş millimizlə oyunu “ağır addım” adlandırdı

18:40  “Sonra diqqətimi Azərbaycanla görüşə yönəldəcəm”

18:20  “Qəbələ” darmadağın etdiyi rəqiblə üz-üzə

18:00  Ronaldo rekorda yaxınlaşır

17:41   “Qarabağ”la “Zirə” heç-heçəyə razılaşdı

17:20  “Neftçi”dən darmadağın

17:00  Keyn bunu da bacardı

16:42  AÇ-2020-yə vəsiqə ilə gələn 9,2 milyon avro

16:20  “Real”ın futbolçusu sıradan çıxdı

16:00  Bakıya 1200 uelsli azarkeş gəlib

15:45  “Keşlə”nin sabiq baş məşqçisi Ukrayna klubunda

15:30  Millimizin rəqibi yoldaşlıq oyunları keçirəcək

15:15  Qaret Beyl: “Azərbaycan millisi daim inkişafdadı”

15:00  Giqqz: “Bakıdan qələbə ilə ayrılmaq üçün əlimizdən gələni edəcəyik”

14:46  Elxan Məmmədova ünvanladığımız sualın cavabı

14:30  Uels yığmasında daha 2 itki – Bakıya gəlmədilər

14:15  İngiltərə yığmasından 7 cavabsız qol - VİDEO

14:00  “Standart vəziyyətlərdə ehtiyatlı olsaq, nəticə qazanarıq”

13:41  “Azərbaycan millisinin keyfiyyətli futbolçuları var”

13:20  Türkiyə millisində 9 futbolçu heyətdən çıxarıldı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az