(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Asif Məmmədov özünü qoca saymır: “Hələ 1-2 il də oynaya bilərəm”

Asif Məmmədov özünü qoca saymır: “Hələ 1-2 il də oynaya bilərəm”

"Qəbələ"nin kapitanı Asif Məmmədov “Zirə” ilə oyundan sonra müsahibə verib. Yarımmüdafiəçi 1:1 hesabı ilə başa çatan qarşılaşmanın nəticəsini ədalətli sayıb.
 
- Oyuna istədiyimiz kimi başladıq. Məncə, pis oynamadıq. 3 xal da qazana bilərdik. Əlimizə düşən imkanlardan istifadə edə bilmədik. "Zirə" güclü komandadır. Səfərdən 1 xalla qayıtmaq, bizim üçün yaxşı nəticədir.
 
- Komandanın ən yaşlı futbolçularından olsan da, bu gün meydanda ən çox qaçan, hərəkət edən sən idin.
- Bu suala mənim cavab verməyim doğru olmaz. 33 yaşım olsa da, özümü qoca saymıram. Hələ 1-2 il də oynaya bilərəm. Məşqlərdə də əlimdən gələni edirəm. Bilirəm elə yaşdayam ki, nəyisə düz etməsəm, çətinlik çəkəcəm. Ona görə də məşqlərdə ikiqat işləyirəm ki, oyunlarda mənim üçün çətin olmasın.
 
- "Qəbələ"nin ən yaxşı vaxtlarında, Avropa Liqasının qrupunda oynayanda da bu komandada idin, indi də. Bu gün "Zirə" ilə görüşdə 1 xala sevinirdiz. Ümumiyyətlə, bu necə hissdir?
- Komandamızın özəyini gənclər təşkil eir. Həm də səfərdə 1 xal qazanmışıq. "Zirə" kifayət qədər transferlər edib, güclənib. Bundan əvvəlki oyunlarda uduzmuşduq. Fasiləyə məğlub getmək istəmirdik. Uduzsaydıq, 15 gün bir az gərginlik olacaqdı. İstər-istəməz, ruh düşkünlüyü yarana bilərdi. Amma 1 xal da yaxşıdır ki, özümüzə inamımız bir az da artdı.
 
- Birinci dövrə tamamlandı. Hələlik sonuncu pillədəsiz. Millinin oyunu ilə əlaqədar yaranacaq 15 günlük fasilə sizin xeyrinizə olacaqmı?
- Ümid edirik ki, xeyrimizə olar. Məşqçimiz də yenidir. Hər məşqçinin öz planları, taktikası olur. Bəlkə də Elmar Baxşıyevin vaxtı az olub. Məşqçimiz üçün də, bizim üçün də 15 günlük fasilə yaxşı olar ki, daha da çalışıb artırardıq. Qarşıdakı 7 oyunu daha yaxşı keçirməliyik ki, qış fasiləsinə turnir cədvəlində vəziyyətimizi bir az yaxşılaşdıraq.

 
tarix: 07-10-2019 09:00


 
Xəbər lenti
19.11.2019

01:46   İspaniya 5, İtaliya 9 qolla qalib gəldi

18.11.2019

22:50  Bəhlul Mustafazadə: “Məqsədimiz qol vurmaq və yaxşı nəticə qazanmaqdı”

22:37  Nikola Yurçeviç: “Yaxşı nəticə qazana bilərik”

20:26  “Sabah bizi Bakıdakından fərqli oyun gözləyir” - Hamşik

20:10  Pavel Hapal: “Azərbaycanla oyunda yalnız qələbə haqda düşünürük”

19:32  Eddi İsrafilov millimizin düşərgəsində

19:03  Bundesliqa klubunda yeni baş məşqçi

18:31  Kimdir o alçaq?

18:16  Kapitan dünya rekordu qırdı, milli komanda tarix yazdı

17:59  Millimizlə oyunöncəsi 3 itki

17:38  Millinin baş məşqçisi 100-cü oyununa çıxdı

17:17  “Növbəti təyyarə ilə geri qayıtmağım qərara alındı” - Dadaşov

16:58  Modriçin kitabı təqdim olundu

16:34  Ronaldo üzr istəyəcək

15:59  “Qalatasaray”da 2 ciddi itki

15:12  Robben məşqçiliyə başladı

14:52  111 ilin ən yaxşı göstəricisi

14:24  Braziliya millisi dünya çempionu oldu

14:01  Milli karyerasını başa vurdu - 32 yaşında

13:42  Filip Ozobiç bu gündən başlayır

13:32  Millimizin rəqibinin düşərgəsində yeni futbolçu

13:08  “Neftçi”nin futbolçuları Kosta Rikaya qarşı oynadılar

12:30  “Zirə”nin futbolçusu millidə 22 dəqiqə oynadı

12:00  “Qarabağ”ın futbolçusunun ilk qələbədə payı olmadı

11:43  Remzi: “Bakıda qələbə üçün bütün gücümüzü ortaya qoyduq”

11:21  Premyer Liqanın 12-ci turu rəqəmlərin gözü ilə

11:00  Azərbaycan - Ukrayna: Hakim təyinatları açıqlandı

10:30  “Liverpul”un futbolçusu millinin düşərgəsini tərk etdi

10:00  İngiltərə Kosovonu belə darmadağın etdi - VİDEO

09:30  Ukrayna millisindən tarixi nəticə

09:00  Kamran Əliyevli “Ximki” 3 xalı 3 qolla qazandı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az