(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Elvin sabit oynamadıqlarını etiraf edir

Elvin sabit oynamadıqlarını etiraf edir

"Zirə"nin yarımmüdafiəçisi Elvin Məmmədov "Qəbələ" ilə matçdan sonra açıqlama verib. Meydan sahiblərinin kapitanı xal itkisindən məyusdu.
 
Bununla belə, Elvin irəlidəki matçları düşünür: “Bilirdik ki, çətin oyun olacaq. Bizə 3 xal lazım idi. Ancaq 1 xal qazana bildik. İmkanları dəyərləndirə bilmədik. Artıq qarşıdakı oyunlara baxmalıyıq. Artıq heç nəyi geri qaytarmaq olmaz. Çempionatın əvvəlindəki "Qəbələ" ilə indiki arasında çox fərq var. Daha yaxşı, aqressiv futbol oynayırlar. Evdə oynadığımıza görə 3 xal qazanmalı idik. Ancaq bacarmadıq”.
 
Məmmədov sabit oynamadıqlarını deyir: “Biz də qeyri-sabit oynadığımızın fərqindəyik. Məşqlərdə maksimum gücümüzlə işləyirik. İnanıram ki, bunu tez bir zamanda yoluna qoyacağıq. Mövsümün əvvəlindən məqsədimiz avrokuboklara vəsiqə qazanmaq olub. Hansı yolla olur-olsun, bu işin öhdəsindən gəlməliyik. Bunun üçün bir yerə "vurmalıyıq". Birinci dövrədə istədiyimiz xalları yığa bilmədik. Komandamızda olan futbolçulara baxsaz, hər birinin yaxşı karyerası olub. İstər millidə, istərsə də gənclər yığmasında çıxış etmiş oyunçular var. Ayrı-ayrılıqda ustalıq səviyyəsi yüksək olan futbolçulardı. Başa düşürük ki, oyunumuzu təkmilləşdirmək lazımdır. Amma bunun üçün zamana ehtiyacımız var. Bu, bəhanə deyil. Çünki yeni yığılmış komandadır. Bunu da fikirləşmək lazımdır”.

 
tarix: 07-10-2019 09:14


 
Xəbər lenti
22.11.2019
21.11.2019

20:24  Ağabala Ramazanov: “Şerif”də oynamaq istəyirəm”

19:40  Ermənistan futbolu başsız qaldı

18:34  Rusiyalı futbolçu Türkiyə klubundan ayrıldı

18:11  “Qarabağ”ın “Sevilya” ilə matçına stadiondan baxmaq istəyənlərin diqqətinə

17:45  Ən sadiq futbolçular

17:14  “Borussiya”dan 250 milyon avroluq anlaşma

16:49  “Kəpəz”dən darmadağın, çempiondan məğlubiyyət

16:27  Sumqayıt şəhər stadionuna 5 milyon manat ayrıldı!

16:16  Neymar sıraya döndü, Mbappe...

15:49  “Real”ın futbolçusunun barmağı sındı

15:10  “Atletiko” Dieqo Kostanı 3 aylıq itirdi

14:33  “Golden Boy” mükafatına son 3 namizəd

14:09  Depay birinci, Ronaldo 10-cu oldu

13:41  UEFA Rumıniya millisi ilə intizam işi açdı

13:16  “Qarabağ” nə “Yuventus”, nə də “Lion"du”

12:44  “Borussiya”lı üçün il bitdi

12:32  “Messi və Ronaldo ilə eyni səviyyədə ola bilərdim, amma bunu istəmədim”

12:17  “Milan”dan İbrahimoviçə 1,5 illik təklif

11:53  “Zirə” ilə matça qələbə üçün çıxacağıq”

11:44  Ronaldonun əvəzinə Mbappe

11:30  "Heç vaxt bu qədər sevinməmişdim"

11:25  Daha bir milli baş məşqçisiz qaldı

11:19  Slavçevin vidası reallaşır

11:00  Milli oyuncaq

10:49  “Bavariya”dan qapıçısı ilə yeni müqavilə

10:34  “Fiorentina”nın futbolçusu 5 min avroya görə döyüldü

10:15  Xayme Romero: “Enişin olması normaldı”

10:00  AÇ-2020-nin püşkatmasını tənqid etdi

09:40  Mourinyonun “Tottenhem”də illik qazancı bəlli oldu

09:27  Milli komandada baş məşqçi istefası

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az