(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Qarabağ” və başqaları

“Qarabağ” və başqaları

“Qarabağ” Premyer Liqanın ilk dövrəsini birnəfəsə keçdi. Avropa Liqasında mübarizəni davam etdirən ağdamlılar bəzən tam gücünü qoymasa da, ölkə daxilində rəqib tanımadı. 7 oyuna 7 qələbə, top fərqi – 17:1.
 
Doğrusu, bəlkə də “Qarabağ”ın ikinci heyəti özünə daha ciddi rəqib olardı, nəinki digər komandalar. İştirakçıların heç biri sabit deyil, hətta keçirdiyi oyunların yarısında qalib gələn də yoxdu. Rəqiblər bir-birini büdrədir, hamıdan bir baş üstün olan çempion xal ehtiyatını artıraraq, tarixinin ən rahat çempionluğuna doğru irəliləyir.
 
Son turda “Sabah” “Qarabağ”la döyüşdü. Bakılılar rəqibini yalnız aqressivlə dayandıracağını, onların 2 gün öncə səfərdən qayıtmasındsan dolayı yaranan yorğunçuluğundan yararlanacağını düşündü. Lakin o da olmadı. Ehtiyat qüvvəsiylə seçilən çempion hətt hakimliyə təsadüfən düşən, amma nədənsə çox etimad görən Vüqar Həsənlinin qərəzli idarəçiliyinə rəğmən, 3 xalı qazandı.
 
Bu hakimin niyyəti “Sabah”a kömək etmək deyildi, sadəcə, səriştəsiz idi, bu üzdən ağdamlılar ciddi zədələrlə üzləşdi, matçın əvvəlində heç nədən vərəqələr aldılar. Hakimin komandaya qarşı bu aqressiyası onları ruhlan salmadı, motivasiya verdi.
 
“Sabah”ı son pilləyə salan məğlubiyyət gözlənilən idi. Komanda çox şeyi bu turadək itirmişdi. Qarşıdakı fasilə dönəmi toparlanmaq üçün əla fürsətdi. Lakin klub rəhbərliyi əvvəlcə məşqçiylə bağlı qərarını qətiləşdirməlidi. Qeyri-dəqiqlik futbolçuların motivasiyasına təsir edir və fəsada səbəb ola bilər. Hələ gec deyil.
 
Eyni sözləri “Qəbələ”yə də aid etmək olar. Komandanın sabit oynaması üçün məşqçi məsələsinə aydınlıq gətirilməsi vacibdi. Sənan Qurbanovun dönəmi ilə müqayisədə nəticələr daha yaxşıdı, oyunda müəyyən dəst-xətt hiss olunur. Ancaq bu, kifayət deyil, komandanın daha yuxarı yerlərdə olması üçün potensial var, düzgün iş qurmaq, qışa kimi mümkün qədər çox xal toplamaq lazımdı. Mövsüm yarılanandan sonra isə heyətə əl gəzdirmək gərəkdi.
 
Mövsümün ən böyük məyusluğu olan iki komandadan biri “Zirə”di. “Sabah”la müqayisədə “qartallar” daha yuxarı pillədədi, lakin ortada cəmi 3 xallıq vərq var. 7 oyuna toplanan 8 xal ikiqat artırılan büdcənin haqqı deyil. Samir Abasov istədiyi heyəti yığsa da, istədiyi oyunu komandaya aşılaya bilməyib. Bəzən “Zirə”nin ümumiyyətlə, hansı futbolu oynadığı, məşqçinin komandadan nə istədiyini bilmirsən.
 
Klub rəhbərliyinin baş məşqçidən ciddi şəkildə narazı olduğu bəllidi. Lakin Abasova sonuna kimi şans verməyə çalışırlar. Qışa kimi komanda toparlanmasa, Samirin ciddi problemləri yaranacaq. Arzuladığı şərait yaradılıbsa, əvəzində nəticə yoxdusa, deməli, məşqçi ilk növbədə özünü günahlandırmalıdı. Bu mövsüm avrokuboklara vəsiqə qazanılması şərtdi, belə qeyri-sabitlikə bunu etmək mümkün olmayacaq. Mövsümə yaxşı başlayan “Keşlə”, özünə gələn “Neftçi” var. “Səbail”, “Sabah”, hətta “Qəbələ” də qəsəbə klubuna rahat nəfəs almağa imkan verməyəcək.
 
Hələlik mövsümün ¼-i geridə qalıb. Yalnız “Qarabağ” tam rahatdı. Digər komandalar arasında xal fərqi böyük deyil, bu isə rəqabətsiz çempionatın iştirakçılarının təqribən eynigüclü olmasının göstəricisidi. Belə bərabərlikdə daha yaxşı işləyənlər önə çıxacaq. Qışa kimi fürsətdən yararlananlar mövsümün ikinci yarısına bir addım öndə başlayacaq.
 
AĞA

sirinevler escort esenyurt escort bakirkoy escort findikzade escort sirinevler escort


 
tarix: 07-10-2019 11:12


 
Xəbər lenti
14.11.2019

01:09   Millimiz Lixtenşteynə qarşı - YENİLƏNİR

13.11.2019

23:42  “Penaltidən sonra oyunun gedişi rəqibin lehinə dəyişdi”

22:06  “Qarabağ” rəsmisinə ECA-da daha bir etimad

20:46  Türkiyə millisində ciddi itki

19:03  Millimiz Yunanıstana biabırçı hesabla məğlub oldu

18:20  “Milan”dan ayrıldı, karyerasını başa vurdu

18:00  Ramin Musayev: “Komanda sayının azlığı bizdən asılı məsələ deyil”

17:40  AÇ-2020 üçün yeni sponsor – 21 illik əməkdaşlığa son qoyuldu

17:21  AFFA Həmkarlar İttifaqı Masallıda da təşkilat yaratdı

17:00  Modriç mükafatlandırıldı

16:41  “Atletiko”nun futbolçusu 9 ay sonra qayıtdı

16:20  “Qazaxıstan, Azərbaycan və ya Farer adalarına uçmaq istəyim yoxdu”

16:00  PSJ “Le Man”a, “Monako” “Lill”ə rəqib oldu

15:47  9 kluba texniki məğlubiyyət, hakimi vuran məşqçiyə 10 oyunluq cəza

15:32  “Fənərbaxça”nın sabiq baş məşqçisinə həbs cəzası

15:16  Azərbaycan kubokunun püşkü atıldı

15:00  Azərbaycan - Uels matçı Deniz Aytekinə tapşırıldı

14:45  Dadaş Dadaşlinski Elxan Məmmədovdan əl çəkmir - VİDEO

14:30  Divizion klublarının da cəzası açıqlandı

14:15  AFFA 4 klubu 800 manat cərimə etdi

14:00  “Azərbaycanla oyunda qələbə qazanmasaq…”

13:41  Nazirdən “Düdelanj” – “Qarabağ” oyunundakı təxribatla bağlı açıqlama

13:20  “Aston Villa”nın futbolçusu millimizə qarşı oynamayacaq

13:00  David Vilya karyerasını başa vurur

12:40  Emil Balayev mövsümün rəmzi komandasında

12:21  Millimiz Yunanıstana qarşı

12:01  Asim Xudiyevə beynəlxalq təyinat

11:40  Azərbaycan - Uels: Mətbuat konfranslarının vaxtı bilindi

11:34  Dani möcüzə gözləyir: “Buna inanmasaq, elə Bakıda qalarıq”

11:21  Misir yığmasında Salah şoku

11:00  Maldini “Milan”la müqavilə imzaladı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az