(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
İlkin Muradovdan məşqçiyə təşəkkür: “Özümdən asılıdı”

İlkin Muradovdan məşqçiyə təşəkkür: “Özümdən asılıdı”

“Zirə”nin gənc futbolçusu İlkin Muradov bu mövsüm ikinci dəfə Premyer Liqada start heyətində meydana çıxdı. Ötən mövsüm yaşı limitə düşdüyündən məşqçilərin daim güvənməyə məcbur olduğu yarımmüdafiəçi hazırda rəqabətə tab gətirmir. Lakin gənc futbolçu uzun müddətdi oynamamasına baxmayaraq, qolla yadda qaldı. Həm də bu, komandasının xal qazanmasına kifayət etdi.
 
Futbolinfo.az-a müsahibə verən yarımmüdafiəçi həm qolundan, həm də son 3 oyundakı qələbəsizlik seriyasından danışdı.
 
- “Qəbələ” ilə oyunda yenə qalib gələ bilmədiniz...
- Matça çox ciddi hazırlaşmışdıq. Heyətimizdə itkilər olsa da, 3 xal qazanmaq istəyirdik. İstəyirdik ki, 3 xal qazanaq və birinci dövrəni 10 xalla başa vuraq. Ümid edirəm ki, gələn oyunlarda daha yaxşı nəticələr göstərə bilərik. Düzdü, son 3 oyunda istəmədiyimiz nəticələr qazanmışıq. Yaxşı hazırlaşmışdıq, qalib gəlmək istəyirdik. Fikrimiz avrokuboklara vəsiqə qazanmaqdır. Vəziyyətin daha da yaxşılaşacağına ümid edirəm. Düşünürəm ki, qarşıdakı matçlarda qələbələrimiz çox olacaq.
 
- Bu mövsüm çox az oynamısan. Son turda isə meydana çıxıb qol vurdun. Oyununu necə dəyərləndirirsən?
- Çox sevinirəm ki, 1 xal qazanmağımızda mənim əməyim oldu. Qol vurdum və komanda uduzmadı. Hər oyunda baş məşqçi nə qədər şans versə, onu dəyərləndirib daha çox oynamaq istəyirəm. Start heyətdə şans verilsə, bundan da maksimum istifadə edəcəm. Fikrimcə, özümü daha yaxşı tərəfdən göstərə bilərəm.
 
- Meydana çıxmamağın nə ilə bağlı idi. Sırf məşqçinin qərarı idi?
- Sırf məşqçi seçimi ilə əlaqələndirməzdim. O da məşqlərə, oyunlara baxıb meydana 11 nəfər buraxıb. Hər halda, bu həftə daha yaxşı məşq edib özümü göstərə bilmişdim. Təşəkkür edirəm ki, məni meydana buraxdı. Mən də onun ümidlərini doğrultdum.
 
- Davamlı şəkildə meydana çıxacağına inanırsan?
- Əlbəttə ki, mümkündür. Bu, mənim özümdən asılıdır. Daha çox məşq edib start heyətdə meydana çıxmaq istəyirəm. Niyyətim də odur ki, çox oynayım.
 
- Milli komandaların oyunlarına görə yaranan fasilə sizə kömək edəcək?
- Bu fasilədən maksimum istifadə edəcəyik. Yoxlama görüşü də keçirəcəyik. Hazırlaşıb qarşıdakı hər oyuna final kimi çıxacağıq.
 
FƏRİD

 
tarix: 08-10-2019 10:00


 
Xəbər lenti
17.10.2019
16.10.2019

22:00  Klubu Kompaniyə görə cəzalandı

21:49  İspaniya yığmasından yeni rekord

20:00  “Region Liqası”nın püşkü atılacaq

19:42  “Qəbələ” - APOEL matçı ukraynalı hakimlərə tapşırıldı

19:23  Messi 6-cı "Qızıl buts"unu aldı

19:00  Millimizin dünya çempionatı üçün heyəti açıqlandı

18:41  Argentinalı futbolçu ilə yeni müqavilə

18:23  “El klasiko”nun yeri dəyişdirilə bilər

18:02  “Ayaks” ÇL oyununa qatarla gedəcək

17:40  Ronaldo Messini geridə qoydu

17:23  “Qarabağ” - APOEL matçının biletləri sabahdan etibarən satışda

17:11  Melnyakı dostu məlumatlandırıb: “Azərbaycan qol vurdu, hakim saymadı”

17:00  Almaniya klubundan qovulan futbolçu Türkiyəyə qayıtdı

16:53  Uçurumun dibində: veteranları məqsədli şəkildə üz-üzə qoyurlar

16:41  MY “Liverpul”la oyuna ciddi itki ilə çıxacaq

16:22  APOEL-in dərdi: “Qarabağ”la oyunlar pis vaxta düşür

16:00  İrqçiliyə görə 5 azarkeş saxlanıldı

15:43  “Beşiktaş”ın futbolçusu millimizə dəvət aldı

15:23  “Barselona”nın futbolçusu İspaniya millisində debüt etdi

15:15  AFFA-nın fotoqrafı baş rolda: səfirlik önündəki aksiyanı kim təşkil edib?

15:02  Fransa əsgər salamının qarşını almaq istəyib – Deşam isə...

14:45  “Mümkün xoşagəlməz olayların qarşısı alınacaq” - “Qarabağ” rəsmisi

14:27  “Əcnəbinin bir illik məvacibinə əyalətdə stadion tikmək olar”

14:19  “Qarabağ”ın 3 futbolçusu Avroliqanın ən yaxşıları sırasında

14:08  “Zirə”nin “Neftçi” ilə 18-ci dueli

13:18  “Liverpul”un futbolçusu “Ginnesin rekordlar kitabı”na düşdü

12:56  Modriç “El Klasiko”nu buraxa bilər

12:35  Elxan Məmmədov UEFA-nın baş katibi ilə görüşdü

12:17  “Qəbələ”nin legioneri: “Yeni baş məşqçinin sistemi daha yaxşı işləyir”

12:00  “Traktor”un üzvü futboldan uzaqlaşdırıldı - Türkiyəyə dəstəyə görə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az