(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

AFFA ayağa gedir: Bəhreynlə yoxlama oyunumuzun xərcini ərəblər çəkir

AFFA ayağa gedir: Bəhreynlə yoxlama oyunumuzun xərcini ərəblər çəkir

Bu gün futbol üzrə milli komandamız səfərə çıxır. Sabah Bəhreyndə bu ölkənin yığması ilə sınaq matçı baş tutacaq.
 
Macarıstanla seçmə mərhələ matçı öncəsi Asiyaya səfər qəbulolunan deyil. Çünki sınaq matçından cəmi 3 gün sonra rəsmi oyun reallaşacaq. Ardıcıl matçlarda həmişə əziyyət çəkən futbolçularımızın bu yorğunluğa tab gətirməyəcəyi aydındı. Bakıdan Bəhreynə, oradan isə Macarıstana uzun, yorucu səfərin fəsadları mütləq hiss ediləcək. Bura yerli mühitə uyğunlaşmaq problemini də əlavə etməliyik.
 
AFFA rəsmiləri bundan əvvəlki açıqlamalarında yoldaşlıq matçına çıxmağa məcbur olduqlarını demişdi. Belə ki, FIFA-nın tələbi var və bütün komandalar millilər üçün nəzərdə tutulan pəncərələrdə iş başında olmalıdı. Bizim oktyabrda cüt oyunumuz olmadığından seçmə oyunadək yoxlama görüşünə çıxmalıyıq.
 
AFFA rəhbərliyi məsuliyyətsizlik edib və vaxtında milli komandaya rəqib axtarmayıb. Ona görə də oktyabrın 9-da nə evdə oyun keçiririk, nə də rəqibimizin qonşuluğunda olan hansısa millilərlə görüşürük. İş səriştəsiz görüldüyündən, indi qitələri gəzməyə məcburuq və bu, macarlarla matçın nəticəsinə ciddi təsir edəcək. Amma deyəsən, bizimkiləri yığmanın nəticələrindən daha çox maraqlandıran səbəblər var.
 
Əldə etdiyimiz məlumata görə, Bəhreyn tərəfi millimizi qəbul etməyə razılıq verib və qarşılığında bütün xərcləri öz üzərinə götürüb. AFFA da bu təklifə həvəslə razılaşıb. Əvvəllər 2 dəfə üz-üzə gəldiyimiz, həm səfərdə, həm də Bakıda məğlub etdiyimiz ərəblərlə əməkdaşlıq mövcuddu, zaman-zaman əlaqələrdən faydalanırlar.
 
Deyilənlərə inansaq, ərəblər də eyni səbəbdən rəqib axtarırmış və bizimkilərə müraciət zamanı hətta bütün xərcləri boyunlarına götürüblər. AFFA öz xərc sənədlərində Asiya ölkəsinə getmək üçün nə qədər pul xərcləndiyini yazacaq, büdcədən çıxacaq, əslində isə həmin pulu ərəblər verəcək. Hansı qaydada – bax, bunu araşdırmaq lazımdı. Mühasibatlıq sənədlərinə nəzarət etmək bizim işimiz deyil, amma güman ki, bu fakt maraqlı insanların diqqətini cəlb edəcək.
 
Əslində isə qarşılıqlı maraq olmadıqda, federasiyanı millisinin hazırlığı, uğurlu çıxışı maraqlandıranda buna uyğun rəqib seçilir və xərc də çəkilir. Tərəflərdən biri bütün xərcləri boynuna götürüsə, deməli, ortada başqa maraqlar var. Necə ki, vaxtilə bizimkilər İspaniya yığmasını Bakıya gətirmək üçün milyonları havaya sovurmuşdu.
 
Xəbərə AFFA-dan münasibət öyrəndik. Qurumun mətbuat sözçüsü Firuz Abdulla xəbəri qismən təsdiq etdi. “Bəhreyn tərəfi 40 nəfərlik heyətin – bura əsasən futbolçular, məşqçilər və s. daxildi – bütün xərclərini öhdəsinə götürüb” deyən Firuz bəy bir neçə dəqiqə sonra yenidən bizimlə əlaqə saxladı: “İnformasiyanı bir daha dəqiqləşdirdim. Ərəblər bizim yalnız otel və qidalanma xərclərimizi ödəyəcək. Yolxərci isə birbaşa bizim üzərimizə düşür”.
 
Məsələylə bağlı Bəhreyn Futbol Federasiyasının baş katibi İbrahim Əl-Bonaenin də reaksiyası maraqlıdı. O, sualdan qaçmağa çalışdı və təsdiqləmək istəmədiyi xəbəri başqa istiqamətə yönəltdi: “Bunun o qədər də vacib olduğunu düşünmürəm. Əsas odur ki, biz iki dost komandayıq və üz-üzə gələcəyik. Bütün diqqətləri buna yönəltmək lazımdı”.
 
Xəbəri dəqiqləşdirmək üçün mümkün variantlardan istifadə etdik. Əsl həqiqəti üzə çıxarmaq üçün yenə cəhdlər edəcəyik. Hətta dediklərinin doğruluğu da AFFA-ya məsul oyun öncəsi milli komandanı qitələr arasında sərgərdan qoymağa əsas vermir. Bəzən hətta yoxlama oyunlardakı heç-heçələrə görə milli üzvlərinə mükafat paylayan AFFA hansısa xərcləri qarşılayırlar deyə millimizi kiminsə ayağına aparmamalıdı. Ölkə idmanına dövlət səviyyəsində qayğı var və kifayət qədər vəsait ayrılıb. Maliyyəyə qənaət etmək, onu ciblərə ötürmək yox, nəticələrin yaxşılaşdırılması üçün səy göstərmək lazımdı. Bəhreyndə əldə olunacaq hər hansı nəticə gözlənilən Budapeşt faciəsinin bəhanəsi ola bilməz.
 
CAVAD

 
tarix: 08-10-2019 09:00


 
Xəbər lenti
07.12.2019

18:07   “Atletiko”nun yeni rekordçusu

17:00   Millimizin oyunlarının başlama vaxtı açıqlandı

16:10   “Liverpul”da ötən ayın ən yaxşı futbolçusu

15:21   La Liqada noyabrın ən yaxşı futbolçusu bəlli oldu

14:08   “Traktor”da Mustafa Dənizli dönəmi başa çatdı

13:47   “İnter” “Roma”yla bacarmadı - VİDEO

12:32   Yılmaz Vural yenə millimizə göz dikib?

12:00   Premyer Liqa klubunda yeni baş məşqçi

11:19   Stankoviç oyunundan razıdı: “Bu sualın cavabını bilmirəm”

10:14   Premyer Liqa klubunda baş məşqçi ilə yeni müqavilə

09:59   Namaşko hakimdən üzr istəyib: “Emosiyalara qapılmışdım”

09:44   Debütant rəqabətə hazırdı

09:30   İsrafilovlu “Albasete” evdə xal itirdi

09:15   Ramil Şeydayevsiz “Dinamo” darmadağına üzüldü

09:00   Dani Kintana: “Həmişə neqativ suallar verirsiz”

02:12   Hərəyə 2 qol, 1 xal

02:03   Lion “Olimpik”i səfərdə darmadağına sevindi

01:55   “Atletiko”dan “Vilyarreal”la heç-heçə

01:48   “İnter” “Roma” ilə heç-heçəyə razılaşdı

06.12.2019

23:40  “Fənərbaxça” 3 xalı 5 qolla qazandı

22:29  Ruslan Qurbanov: “Qol mənim adıma yazılsaydı, əla olardı”

21:46  “Qarabağ” - “Keşlə” oyununda 4 qol - VİDEO

21:22  Qurban Qurbanov: “Onlar daha artığına layiqdilər və qadirdilər”

21:12  “Mübarizədən qaçası deyilik” - Tərlan Əhmədov

20:50  “Qarabağ”la “Keşlə”dən məhsuldar heç-heçə

19:21  AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək - Gündəlikdə 13 məsələ var

18:41  Bekhemin klubunun debüt edəcəyi tarix bilindi

18:09  “Arsenal”n forvardı 100-ə çatdı

17:42  Azərbaycanlı FİFA hakimi karyerasını bitirdi

17:20  Millimiz Monteneqroya məğlub oldu

17:00  Essyen: “Onlar mənim böyük məbləğə layiq olmadığımı düşünürdülər”

16:44  “Eddi İsrafilovla danışmışam, əhvalı yaxşıdı”

16:28  “Qarabağ”ın qapıçısını Superliqa klubu istəyir

16:10  “Çelsi”nin transfer qadağası ləğv edildi

15:57  Esyen Britaniya səfiri ilə görüşdü

15:48  Yuri Şikunov: “Dinamo” oyunu “Neftçi”yə verdi”

15:35  “Real”da daha bir ciddi itki

15:27  Ən gənc məşqçilər Azərbaycan Premyer Liqasındadı

15:11  Millimizin oyunu qumara qoyulubmuş: Obradoviç və 5 futbolçu şübhəli rolunda

14:53  Fransa klubunun sahibi dəyişdi

14:36  “Səbail”in qapıçısı Türkiyə klubundan pulunu tələb edir

14:14  Azərbaycan kubokunun qalibi Avroliqaya hansı mərhələdən başlayacaq?

13:51  Azərbaycanı təmsil edəcək FİFA referilərinin siyahısı

13:33  “Zirə”nin “Səbail”lə 10-cu görüşü

13:15  Dırnaqarası Ponomaryov

12:56  “Yuventus” onun xidmətindən məhrum oldu

12:34  “Real”da “El klasiko” öncəsi ciddi itki

12:17  Biliç türklərə “göylə getməməyi” məsləhət gördü

12:02  “Arsenal” 1977-ci ilə qayıdır

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az