(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Azərbaycan Uelslə oyunda məğlubiyyətə layiq deyildi” – Holman

“Azərbaycan Uelslə oyunda məğlubiyyətə layiq deyildi” – Holman

Oktyabrın 13-də Azərbaycan milli komandası AÇ-2020-nin seçmə mərhələsində növbəti oyununa çıxacaq. Komandamız bu dəfə evdə 1:3 hesabı ilə uduzduğu Macarıstan yığmasının qonağı olacaq.
 
Rəqibin vingeri, yığmada ilk qolunu da millimizə vuran David Holman futbolinfo.az-a matçın əhəmiyyətindən danışıb. O, Azərbaycanla oyunda qazanılacaq 3 xalın AÇ-nin final mərhələsi üçün çox önəmli olduğunu bildirib.
 
- Azərbaycana qarşı matçdan gözləntiləriniz nədir?
- Bizi Xorvatiya ilə çətin qarşılaşma gözləyir. Ondan sonra daha bir önəmli oyuna çıxacağıq - evdə Azərbaycana qarşı oynamalıyıq. Bizim üçün ağır matç olacaq. Yığmanızın son oyunlarına baxmışdım. Uelslə matçda yaxşı təsir bağışladılar. Azərbaycan Uelslə oyunda məğlubiyyətə layiq deyildi. Xorvatiya ilə oyunda da yaxşı çıxış etdilər. Matçın ilk 20 dəqiqəsində yaxşı deyildi. Amma sonradan sanki özlərinə gəldilər və layiq olduqları 1 xalı qazandılar. Biz də Bakıda çətin qalibiyyət əldə etmişdik. Azərbaycan yığmasının üstün cəhəti cinahlarda sürətli futbolçuların olmasıdı. Ramil Şeydayevi xüsusi qeyd edəcəm. O, hər zaman təhlükəlidir. Diqqətli olmalıyıq. Əgər qələbə qazansaq, çox şad olarıq. Çox diqqətli və səhvsiz matç keçirməliyik.
 
- Bakıda Azərbaycan millisinə 3 qol vurmuşdunuz. Evdə daha çox fərqlənməyi düşünürsünüz?
- Yox, bu, o qədər də asan olmayacaq. Həmişə demişəm və yenə deyirəm ki, 1 qolla da 3 xalı qazansaq, bizim üçün əla nəticə olacaq. Düşünürəm ki, heç kim Azərbaycanın 1 xalı olmasına aldanmamalıdı. Bəzi matçlarda bəxtsizlikdən xal itirdilər. Onlara qarşı oynamaq və ya istədiyin qədər qol vurmaq elə asan deyil.
 
- Azərbaycanla matçın sizin üçün önəmi nə qədərdir? Səncə, orda qazanılan xallar AÇ-nin final mərhələsi üçün kömək edəcəkmi?
- Qarşıda 3 matçımız var. Hər bir oyundan xal almalıyıq. Xorvatiyaya qarşı matçda da xal götürə bilsək, bizim üçün uğurlu bir seriya olacaq. Azərbaycana qarşı qələbə isə çox önəmlidir. Hazırda 9 xalımız var və həmin matçda qələbə qazanmaqla şanslarımızı daha da artıra bilərik.
 
- İlk oyundan sonra diqqətini Ramil Şeydayevdən başqa hansı futbolçular çəkdi?
- Müdafiə xətti yaxşı çıxış edir. Anton Krivotsyuk və kapitan Maksim Medvedev inamlı oyunçulardır. Onların önündə çıxış edən Riçard Almeyda və Qara Qarayev də yaxşı futbolçulardır. Mahir Emreli və Araz Abdullayev çox sürətlidi. Hər zaman təhlükəlidirlər. Onların da önündə Şeydayev kimi daim problem yaradan futbolçu çıxış edir.
 
- Hər kəs bilir ki, Azərbaycan kimi autsayder komanda ilə oyunda xal itirmək şansların bitməsi deməkdir. Təbii ki, Xorvatiya hər kəsdən güclü olduğuna görə bu, onlara aid deyil...
- Biz bilirik ki, çox önəmli 3 xal əldə etməliyik. Amma heyətimizdə xeyli zədəli oyunçu var. Demək olar ki, komandanın 5-6 önəmli futbolçusu zədələnib. Buna görə də çox çətin vəziyyətdə meydana çıxacağıq. Zədəsini sağaldan bəzi futbolçularımız da tam formada deyil. Çox ağır qarşılaşmalar olacaq. Üstəlik, qrupumuzda dünya reytinqində yuxarı pillələrdə qərarlaşan Uels və Xorvatiya kimi yığmalar var. Çox çətin olacaq. Lakin Azərbaycanla matçda hər şeyi edəcəyik ki, 3 xal əldə edək.
 
AĞA

 
tarix: 08-10-2019 12:12


 
Xəbər lenti
08.12.2019

13:04   Millimizin üzvü üçün 28 dəqiqə və 1 xal

11:58   Əliyev komandasına qələbə qazandırdı, yenə matçın ən yaxşısı seçildi

10:31   Paşayevli “Aleksandriya”dan darmadağın

10:00   “Qarabağ”ın rəqibi 4 qolla 1/4 finalda

09:30   Turabovun komandasından “Partizani” üzərində qələbə

02:24   Premyer Liqada mövsümün ilk yarısına yekun vurulur - YENİLƏNİR

02:07   “Barselona” 3 xalı 5, “Real” 2 qolla qazandı

01:50   “Napoli” xal itirdi, “Yuventus” uduzdu

01:36   PSJ Monpelyedən də qələbə ilə döndü

00:02   “Borussiya” “Bavariya”ya da qalib gəldi

07.12.2019

23:39  “Mançester Siti” “Mançester Yunayted”ə məğlub oldu, “Liverpul” darmadağına sevindi

22:56  “Qalatasaray”a 1 qol bəs etdi

21:48  Dmitri Nazarov oynadı, komandası məğlub oldu

21:14  “Qəbələ”nin “Sumqayıt”la 31-ci dueli

21:07  Həmkarımız Azərbaycan klubuna baş menecer təyin olundu

20:58  “Keşlə” Özbəkistan millisinin üzvü ilə müqavilə bağladı - RƏSMİ

18:07  “Atletiko”nun yeni rekordçusu

17:00  Millimizin oyunlarının başlama vaxtı açıqlandı

16:10  “Liverpul”da ötən ayın ən yaxşı futbolçusu

15:21  La Liqada noyabrın ən yaxşı futbolçusu bəlli oldu

14:08  “Traktor”da Mustafa Dənizli dönəmi başa çatdı

13:47  “İnter” “Roma”yla bacarmadı - VİDEO

12:32  Yılmaz Vural yenə millimizə göz dikib?

12:00  Premyer Liqa klubunda yeni baş məşqçi

11:19  Stankoviç oyunundan razıdı: “Bu sualın cavabını bilmirəm”

10:14  Premyer Liqa klubunda baş məşqçi ilə yeni müqavilə

09:59  Namaşko hakimdən üzr istəyib: “Emosiyalara qapılmışdım”

09:44  Debütant rəqabətə hazırdı

09:30  İsrafilovlu “Albasete” evdə xal itirdi

09:15  Ramil Şeydayevsiz “Dinamo” darmadağına üzüldü

09:00  Dani Kintana: “Həmişə neqativ suallar verirsiz”

02:12  Hərəyə 2 qol, 1 xal

02:03  Lion “Olimpik”i səfərdə darmadağına sevindi

01:55  “Atletiko”dan “Vilyarreal”la heç-heçə

01:48  “İnter” “Roma” ilə heç-heçəyə razılaşdı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az