(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

35 ildə baş verən iki hadisə: Milçək kiçikdi, amma ürək bulandırır

35 ildə baş verən iki hadisə: Milçək kiçikdi, amma ürək bulandırır

Türkiyəli yazar Cem Zeren Avropa Liqasının qrup mərhələsində keçirilən "Düdelanj" - "Qarabağ" oyunu zamanı yaranmış dron qalmaqalı ilə bağlı maraqlı yazı dərc edib.

Futbolinfo.az xəbər verir ki, yazar "Aydınlık" qəzetindəki köşəsində ermənilərin növbəti təxribatından söz açıb.

Maraqlı olacağını nəzərə alıb, yazını sizə təqdim edirik:

"1984-cü il martın 11-də Lüksemburqda A millimiz yerli komanda ilə "dostluq oyunu"  keçirdi. Televiziyada canlı yayım yox idi, matçı yalnız radiodan dinləyirdik. Birdən bəzi səslər gəldi və yayım kəsildi. Texniki problem olduğunu düşünmüşdüm. Şərhçi arada hesabı deyirdi, ardından yayım yenə kəsilirdi. Sonradan öyrəndik ki, canlı yayım otağını terrorçular ələ keçirib. TRT-nin cəsur şərhçisi basqın zamanı səsi bağlayıb, imkan tapdıqca əlaqə yaradaraq, hesabı deyirmiş. İndi həmin görüşün epizodlarına baxıram: tribunalar ağzına qədər dolu olub və oyun dağ başında keçirilməyib. Lüksemburqda səlahiyyətli qurumların icazəsi olmasaydı, belə bir hadisə baş verməzdi. Meydanda 3:1 hesabı ilə qələbə qazanmışdıq. Amma masa arxasında o qədər uğurlu deyildik. Çünki Lüksemburq buna görə cəza almamışdı.

3 oktyabr 2019-cu il. Yenə Lüksemburqda. Bu dəfə Avropa Liqasının qrupunda "Düdelanj" - "Qarabağ" oyununda. "Düdelanj" ilk görüşdə APOEL-ə səfərdə qalib gəldiyindən, bu matçın önəmi böyük idi. Ermənistan Avropa Liqasındakı təmsilçiləri "Alaşkert" və "Ararat"la kapitalist bir yalanın təbliğatını apardığı vaxt Azərbaycanı erməni işğalı altında olan Qarabağ komandasının təmsil etməsi doğrudu. Oyunun 30-cu dəqiqəsində "Qarabağ" 2:0 hesabı ilə önə keçdi. Elə bu vaxt meydana böyük bir dron girdi. Həmin drona erməni işğalındakı Qarabağda qurulan separatçı "Dağlıq Qarabağ" bayrağı asılmışdı. Hava ilə meydanın mərkəzinə qədər gələn drondakı bayrağı "Qarabağ"ın azərbaycanlı futbolçuları topla yerə endirməyə çalışdılar. Baş hakim Con Biton isə dronla ediləcək hər hansı hücumdan çəkinərək azərbaycanlıları paltardəyişmə otağına apardı. Azərbaycanlı futbolçular işğalçının bayrağını yerə endirməyə çalışdılar.

Maraqlıdı, tamamı əcnəbilərdən qurulan Türkiyə klubunun bir avrokubok matçına PKK-nin bənzər hücumu olsa, neçə oyunçu həmin parçanı görər? Azərbaycanlılar Lüksemburqda "Qarabağ Azərbaycanındı, belə də qalacaq" deyə qışqırırdılar. Oyun yarım saat dayandırıldı. Lüksemburqlu rəsmilər bu hücumdan xəbərlərinin olmadığını dedilər. "Qarabağ" 4:1 hesablı qələbə qazandı. Meydanda yenə qalib gəldik, masa arxasında nə olacağını bilmirəm.

35 ildən sonra lüksemburqlular yenə cəza almasalar və hansısa komandamız "Alaşkert", "Ararat", "Atromitos" kimi rəqiblərlə oyunlara dronla Türkiyə bayrağının və ya "Famaqusta"nın oyununa KKTC bayrağının girməsinə cəza olmaz, elə deyilmi?

35 ildə baş verən iki bənzər hadisə göstərdi ki, milçək kiçikdi, amma ürək bulandırır.


 
tarix: 08-10-2019 18:05


 
Xəbər lenti
08.12.2019

13:04   Millimizin üzvü üçün 28 dəqiqə və 1 xal

11:58   Əliyev komandasına qələbə qazandırdı, yenə matçın ən yaxşısı seçildi

10:31   Paşayevli “Aleksandriya”dan darmadağın

10:00   “Qarabağ”ın rəqibi 4 qolla 1/4 finalda

09:30   Turabovun komandasından “Partizani” üzərində qələbə

02:24   Premyer Liqada mövsümün ilk yarısına yekun vurulur - YENİLƏNİR

02:07   “Barselona” 3 xalı 5, “Real” 2 qolla qazandı

01:50   “Napoli” xal itirdi, “Yuventus” uduzdu

01:36   PSJ Monpelyedən də qələbə ilə döndü

00:02   “Borussiya” “Bavariya”ya da qalib gəldi

07.12.2019

23:39  “Mançester Siti” “Mançester Yunayted”ə məğlub oldu, “Liverpul” darmadağına sevindi

22:56  “Qalatasaray”a 1 qol bəs etdi

21:48  Dmitri Nazarov oynadı, komandası məğlub oldu

21:14  “Qəbələ”nin “Sumqayıt”la 31-ci dueli

21:07  Həmkarımız Azərbaycan klubuna baş menecer təyin olundu

20:58  “Keşlə” Özbəkistan millisinin üzvü ilə müqavilə bağladı - RƏSMİ

18:07  “Atletiko”nun yeni rekordçusu

17:00  Millimizin oyunlarının başlama vaxtı açıqlandı

16:10  “Liverpul”da ötən ayın ən yaxşı futbolçusu

15:21  La Liqada noyabrın ən yaxşı futbolçusu bəlli oldu

14:08  “Traktor”da Mustafa Dənizli dönəmi başa çatdı

13:47  “İnter” “Roma”yla bacarmadı - VİDEO

12:32  Yılmaz Vural yenə millimizə göz dikib?

12:00  Premyer Liqa klubunda yeni baş məşqçi

11:19  Stankoviç oyunundan razıdı: “Bu sualın cavabını bilmirəm”

10:14  Premyer Liqa klubunda baş məşqçi ilə yeni müqavilə

09:59  Namaşko hakimdən üzr istəyib: “Emosiyalara qapılmışdım”

09:44  Debütant rəqabətə hazırdı

09:30  İsrafilovlu “Albasete” evdə xal itirdi

09:15  Ramil Şeydayevsiz “Dinamo” darmadağına üzüldü

09:00  Dani Kintana: “Həmişə neqativ suallar verirsiz”

02:12  Hərəyə 2 qol, 1 xal

02:03  Lion “Olimpik”i səfərdə darmadağına sevindi

01:55  “Atletiko”dan “Vilyarreal”la heç-heçə

01:48  “İnter” “Roma” ilə heç-heçəyə razılaşdı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az