(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Azərbaycan bayrağını görəndə böyük qürur hissi keçirirəm” - millimizin braziliyalısı

“Azərbaycan bayrağını görəndə böyük qürur hissi keçirirəm” - millimizin braziliyalısı

Futzal üzrə Azərbaycan millisinin formasını geyinən Tiaqo Bolinya Rusiya mətbuatına geniş müsahibə verib.

Futbolinfo.az saytının məlumatına görə, qonşu ölkədə "Norilski Nikel" klubunda çıxış edən 32 yaşlı futzalçı Azərbaycanla bağlı xoş fikirlər səsləndirib.

- Qazaxıstanda "Astana-Tulpar"dan sonra Azərbaycana köçdünüz. Bu iki ölkənin çempionatını müqayisə edərdiniz...
- Məncə, Qazaxıstan futzalı daha çox inkişaf edib. Azərbaycanda mənim çıxış etdiyim "Araz" çox güclüdü və bəlkə də, bu qədərdi. Tez-tez oyunlarda 15-20 qol vururduq. Yaxşı vəziyyətdə deyildi, çünki güclü rəqiblər yoxdu. Çempionatdan sonra avrokubokda oyunçuların həmin tempdə oynaması çox çətin olurdu.

- Şəhərləri də müqayisə edərdiniz: Karaqanda, yoxsa Bakı?
- Əlbəttə, Bakı daha yaxşıdı. Turistlərin sevdiyi çox gözəl şəhərdi. Orda hər zaman sizə kömək edən yaxşı insanlar yaşayır. İki ilimi Bakıda keçirdim və indi ora üçün darıxıram. Azərbaycana böyük hörmətim var. Yerli mətbəx də çox gözəldi.

- "Araz"da oynayarkən Azərbaycan millisinə də çağırıldınız. Milliləşdirilmiş futzalçı olmağa necə qərar verdiniz?
- Almatıda "Yeremenko Kubokun"da "Astana-Tulpar"da oynadığım zaman digər klubların diqqətini çəkdim. Klubun maddi problemindən sonra Braziliyaya qayıtmalı və iki ay "Mareko"da oynamalıydım. Kolumbiyadakı dünya çempionatından iki ay əvvəl "Araz"ın nümayəndələri mənə zəng vuraraq, Azərbaycanda oynamağı və daha sonra vətəndaşlıq məsələsinin həllini təklif etdilər. Dərhal razılaşdım.

- Azərbaycanda Rusiyadakı kimi, vətəndaşlıq almaq üçün 5 il orda çalışmaq meyarı yoxdu?
- Xeyr, yoxdu. Azərbaycan millisində məndən başqa braziliyalılar da var.

- Braziliya yığmasına düşmək o qədər çətindi?
- Braziliyada rəqabət böyükdü və heç vaxt milliyə çağırılmayacaq yaxşı oyunçular var. 22 yaşımda əla formada idim, çempionata bombardirlik edirdim. Amma bir neçə ildən sonra başa düşdüm ki, yığmaya düşmək üçün Braziliyanın ən yaxşı klublarında oynamalıyam. Braziliyada bərabər gücdə 4 komanda qurmaq olar.

- Seçiminizi Azərbaycanın xeyrinə etməyinizə peşman deyilsiniz?
- Əlbəttə, xeyr. Avropa və dünya çempionatlarında oynamaqdan məmnunam. 2020 və 2022-ci illərdəki turnirlərdə də çıxış etmək istəyirəm.

- Azarkeşlər ən çox milliləşdirilmiş oyunçuların ürəkdən mübarizə aparmamalarından şikayət edirlər. Siz Azərbaycan yığmasında necə oynayırsınız?
- Ürəyimlə. Azərbaycan bu gün mənim ölkəmdi. Azərbaycan bayrağını görəndə böyük hörmət və qürur hissi keçirirəm. Böyük turnirlərdə çıxış etmək üçün mənə şans verdikləri üçün bu ölkəyə minnətdaram. Braziliya mənim doğma vətənimdi, amma Azərbaycan da ikinci ölkəmdi. Mən onlara hörmətlə yanaşıram.

- Kolumbiyadakı dünya çempionatını xatırlayaq. Azərbaycan 1/4 final mərhələsində dayandı. Hissləriniz nələrdi?
- Həmin vaxt Portuqaliyaya 1:2 hesabı ilə uduzduq. Həmin matçda əsas qapıçımız və iki braziliyalı oyunçumuz diskvalifikasiya səbəbindən iştirak etmədi. Həmin oyundan acı bir xatirə var idi. Ancaq ümumilikdə möhtəşəm turnir keçirdik. İspaniya, İran və Mərakeşin yer aldığı çox çətin qrupa düşmüşdük. Düşünürəm ki, yaxşı oyun göstərdik. Bir aydan sonra dünya çempionatının seçmə mərhələsi başlayacaq. Slovakiya, Makedoniya və Moldova ilə düşdüyümüz qrupda birinci yeri tutmaq istəyirik.

- Müasir futzala nə əlavə edərdiniz?
- Olimpiadada futzalı görmək istəyirəm, çünki idmanımız möhtəşəmdi. Əlbəttə, televiziyada daha çox mini-futbol göstərmək lazımdı. İdmanın bu növünün daha çox işıqlandırılmasına ehtiyac var. (matc.az)

sirinevler escort esenyurt escort bakirkoy escort findikzade escort sirinevler escort


 
tarix: 09-10-2019 13:00


 
Xəbər lenti
06.12.2019

15:27   Ən gənc məşqçilər Azərbaycan Premyer Liqasındadı

15:11   Millimizin oyunu qumara qoyulubmuş: Obradoviç və 5 futbolçu şübhəli rolunda

14:53   Fransa klubunun sahibi dəyişdi

14:36   “Səbail”in qapıçısı Türkiyə klubundan pulunu tələb edir

14:14   Azərbaycan kubokunun qalibi Avroliqaya hansı mərhələdən başlayacaq?

13:51   Azərbaycanı təmsil edəcək FİFA referilərinin siyahısı

13:33   “Zirə”nin “Səbail”lə 10-cu görüşü

13:15   Dırnaqarası Ponomaryov

12:56   “Yuventus” onun xidmətindən məhrum oldu

12:34   “Real”da “El klasiko” öncəsi ciddi itki

12:25   “Qarabağ” “Keşlə”yə qarşı - YENİLƏNİR

12:17   Biliç türklərə “göylə getməməyi” məsləhət gördü

12:02   “Arsenal” 1977-ci ilə qayıdır

11:54   Uelsdən Bakıya 10 min azarkeş gələcək

11:43   "Qalatasaray" bazasını geri qaytarır

11:34   İbrahimoviç Ronaldoya “əlcək atdı”

11:17   "Valyadolid" baş məşqçisi ilə yeni müqavilə bağladı

11:00   “Everton” baş məşqçisini istefaya göndərdi

10:45   Şeydayev “Dinamo”dan ayrılır

10:30   “Barselona”da yeni müqavilə

10:00   Ufuk izlədi, “Altınordu” 5 qola üzüldü

09:30   “Traktor” doğma meydanda xal itirdi

02:12   “Arsenal” doğma meydanda uduzdu

00:23   “Beşiktaş”dan darmadağın

05.12.2019

22:54  “Neftçi” rəhbərliyi Şenol Günəşlə görüşüb

22:40  AFFA-da Şenol Günəşlə görüş

19:33  “Liverpul” rekordunu yenilədi

19:05  Premyer Liqada ilin son turu rəqəmlərin gözü ilə

18:31  “Payız turniri”nin qalibi bəlli oldu

18:03  AFFA Həmkarlar İttifaqı Lənkəranı da “tutdu”

18:00  İspaniya superkubokunun təqvimi açıqlandı

17:37  Milli komandada baş məşqçi ayrılığı

17:15  Bir oyun, üç debüt

16:51  Qadze arxayınlığın qurbanı olduqlarını düşünür: “Ona görə cəzalandırıldıq”

16:36  İran yığmasının baş məşqçisi istefa verdi

16:14  Şenol Günəş Bakıda - FOTO

15:53  1/4 final mərhələsinin oyun cədvəli açıqlandı

15:34  “Qarabağ”ın futbolçuları tələbələrlə görüşdülər - FOTOLAR

15:16  “Zirə”nin ən böyükhesablı qələbəsi

14:54  “Azərbaycanda oynayacağımız matçlarda ev sahibi kimi olacağıq”

14:32  “Yuventus”un futbolçusu 3 ay oynamayacaq

14:11  Birinci Divizion: 13-cü turun hakimləri bilindi

13:54  Premyer Liqada 14-cü turun hakim təyinatları açıqlandı

13:36  “Roma”da “İnter”lə oyundan əvvəl ciddi itkilər

13:00  Kataloniyanın ən yaxşı futbolçusu

12:32  “Keşlə” 100-ü yarıladı

12:15  Millimizin üzvü həbs oluna bilər

12:03  Azərbaycan yığması Millətlər Liqasında sonuncu səbətdə

11:51  “Sabah” rekordunu təkrarladı

11:47  Ponomaryov tənqid etdi: "Mançester Yunayted" məktəbi. Hə, nə olsun?

11:35  Prosineçkiyə dönüş yersiz vaxt və maliyyə itkisidi

11:14  Ronaldo zirvədə, Messi “10-luq”dan kənarda

10:52  “Fənərbaxça”da Mozes şoku

10:30  Təbriz klubu səfərdən 1 xalla döndü

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az