(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
PRO-lu məşqçilərimiz üçün bağlı olan 3 vakant post

PRO-lu məşqçilərimiz üçün bağlı olan 3 vakant post

Premyer Liqanın cari mövsümündə ilk dövrə 3 məşqçininistefasına səbəb oldu. Aydınlaşdı ki, 8 iştirakçı komandadan az qala yarısı doğru seçim etməyibmiş.
 
Əslində, klubları qınamaq olmur. “Qəbələ”, “Sabah” və “Zirə” ötən çempionatda da güvəndikləri məşqçilərə yeni şans verməyəhardasa borclu idilər. Lakin heç biri özünü doğrultmadı. Avrokubokdakı uğursuzluqdan və çempionatda ardıcıl 3 məğlubiyyətdən sonra Sənan Qurbanov qovulan ilk çalışdırıcı oldu. Daha sonra Elşad Əhmədov yola salındı, dünən də Samir Abasov eyni aqibəti yaşadı.
 
Bu komandalar turnir cədvəlinin ikinci yarısında qərar tutanlardı və 7 turdan 5-8 xal toplayanlardı. Yalnız “Sumqayıt” məşqçisinə güvənərək autsayderlər qrupunda qərarlaşıb. Bu komandanın zəif çıxışı isə Ayxan Abbasova görə deyil, büdcəsi və heyəti Premyer Liqada ən zəif olması ilə bağlıdı. Yəni, “kimyaçılar”ın uğursuzluğunun obyektiv səbəbləri var. Amma digərlərində işlər düzgün qurulmadığından nəticələr məyus edir.
 
Ən maraqlısı bu komandaların hələ də yeni məşqçi tapmamasıdı. “Qəbələ” əvəzedici məşqçi olan Elmar Baxşıyevlə yola davam edir. 4 oyundan səfərdəki üçündə uduzmayan “qırmızı-qaralar” bu gedişlə qışa kimi səbr edəcək.
 
“Sabah”da Müşahidə Şurasının üzvü İqor Ponomaryov vəziyyəti idarə edir. O, debüt matçında qələbə qazansa da, rəhbərlik daimi baş məşqçinin axtarışındadı. İddialar böyük olduğundan daha sanballı çalışdırıcı seçilməlidi ki, hədəflərə çatmaq mümkün olsun. Hazırda 10-a yaxın mütəxəssisin namizədliyi müzakirə mövzusudu, seçim yaxın zamanda edilməlidi.
 
“Zirə”də Abasova müvəqqəti xələf təyin edilməyib. Bu isə “qartallar”ın daha tez seçim edəcəyini göstərir. Milli komandalarınoyununa görə çempionatda yaranmış fasilə müddətində yəqin ki, təyinatdan xəbər tutacağıq.
 
Ən maraqlısı məşqçi arayışında olan 3 komandanın demək olar, heç birinin yerli məşqçilərlə maraqlanmamasıdı. Məsələn, “Qəbələ” ya köməkçi məşqçi Zaur Həşimova, ya da əcnəbiyə güvənəcək. Baxşıyevin özünün də postunda qalmaq ehtimalı az deyil. “Sabah” birmənalı olaraq əcnəbi axtarışındadısa, “Zirə” indiyədək baş məşqçi işləməyənlərlə maraqlanır. Həmin Həşimovun qəsəbəyə köçməsi mümkündü, digər namizəd qısa müddət millidə işləmiş Ramin Quliyevdi.
 
Reallıq: 8 komandalı Azərbaycan çempionatında 3 vakant post var və 50-dən çox PRO lisenziyalı məşqçimiz olsa da, onların əksəriyyətinin heç adı da çəkilmir. Səbəbini qoy klublar, bir də xüsusi kurslar keçirib lisenziya paylayan AFFA düşünsün. Ya keçmişdəki səhvlər, ya bu mütəxəssislərin iş qabilityyəti, ya da nələrsə - fakt odur ki, yüksək kateqoriyalı mütəxəssisləri sənədləri seyfdə tozlansın deyə yetişdirmişik. Onların əksəriyyəti indiyədək özünü doğrultmayıb, bəzilərinə gizli qadağa var.
 
Həm də bu tendensiya yalnız klublarla baağlı deyil. Milli komandalarımızda çalışan 3 əcnəbi də məhz belə boşluğun sayəsində ölkəmizdə mühüm post tutur. Yerlilərə güvənsizlik var. Halbuki avrokuboklarda bütün ilkləri məhz yerli məşqçilər qazanıb, milli komandalarımız onların vaxtında ən yaxşı nəticələrini göstəriblər.
 
FƏRİD

 
tarix: 09-10-2019 11:56


 
Xəbər lenti
16.10.2019

16:53   Uçurumun dibində: veteranları məqsədli şəkildə üz-üzə qoyurlar

16:41   MY “Liverpul”la oyuna ciddi itki ilə çıxacaq

16:22   APOEL-in dərdi: “Qarabağ”la oyunlar pis vaxta düşür

16:00   İrqçiliyə görə 5 azarkeş saxlanıldı

15:43   “Beşiktaş”ın futbolçusu millimizə dəvət aldı

15:23   “Barselona”nın futbolçusu İspaniya millisində debüt etdi

15:15   AFFA-nın fotoqrafı baş rolda: səfirlik önündəki aksiyanı kim təşkil edib?

15:02   Fransa əsgər salamının qarşını almaq istəyib – Deşam isə...

14:45   “Mümkün xoşagəlməz olayların qarşısı alınacaq” - “Qarabağ” rəsmisi

14:27   “Əcnəbinin bir illik məvacibinə əyalətdə stadion tikmək olar”

14:19   “Qarabağ”ın 3 futbolçusu Avroliqanın ən yaxşıları sırasında

14:08   “Zirə”nin “Neftçi” ilə 18-ci dueli

13:18   “Liverpul”un futbolçusu “Ginnesin rekordlar kitabı”na düşdü

12:56   Modriç “El Klasiko”nu buraxa bilər

12:35   Elxan Məmmədov UEFA-nın baş katibi ilə görüşdü

12:17   “Qəbələ”nin legioneri: “Yeni baş məşqçinin sistemi daha yaxşı işləyir”

12:00   “Traktor”un üzvü futboldan uzaqlaşdırıldı - Türkiyəyə dəstəyə görə

11:40   “Neftçi”nin futbolçuları Boliviyada məğlubiyyətə üzüldü

11:31   Mübariz Mənsimov: “Futbolu sevmirəm”

11:26   İtaliya millisi 80 il sonra rekordunu təzələdi

11:01   Kiprlilərin Bakıda hərbi salam planı

10:40   Ozan Can: “Heç kim bizdən bu cür oyun gözləmirdi”

10:27   “Golden Boy” mükafatına 20 namizəd

10:11   Obradoviçin nağılı

10:00   Fərid Nəbiyev: “Yəqin ki, Azərbaycana qayıtmayacam”

09:30   Yurçeviç: “Xorvatiyanın köməyimizə ehtiyacı yoxdu”

09:00   Uçurumun dibində: AFFA – dövlət içində dövlət?

01:28   Cənubi Koreya yığması 29 il sonra Şimali Koreyada oyuna çıxdı

00:53   İspaniya AÇ-2020-də!

00:25   Millimiz İsveçrəyə belə uduzdu - VİDEO

00:14   Azərbaycan - İsveçrə oyununda yanğın

00:09   “Neftçi” məşqləri bərpa etdi

00:01   Mircavadovun Dadaşlinski imtahanı - VİDEO

15.10.2019

23:53  Federasiya prezidenti istefa verdi

22:48  Obradoviç: “Düzələsi çox şey var”

22:23  “Daha çox qol vura bilərdik, amma heç-heçə də ədalətli olardı”

21:51  Millimiz İsveçrəyə Sumqayıtda uduzdu

20:37  Çempionlar Liqasının finalı İstanbuldan alına bilər

19:49  İbrahimoviç “ən yaxşı” adına namizədlər arasında

19:20  UEFA Türkiyəyə qarşı intizam işi açdı

19:00  Millimiz San Marinoya qalib gəldi

18:41  Tovuzda və Gəncədə danışılmış oyunlarla bağlı seminar keçirildi

18:24  Narkotik alverçisi olan sabiq futbolçu ABŞ-a təhvil verilir

18:00  Milli karyerasını başa vurdu

17:42  35 ildən sonra…

17:20  Elita hakimləri Divizion oyunlarına təyinat aldı

17:00  Premyer Liqada 8-ci turun hakim təyinatları

16:41  “Hansısa komanda uduzan kimi 2-3 pillə aşağı düşür” - Alxasov

16:27  Riçard Qadze: “Yenidən evimə qayıtdım”

16:08  İvan Rakitiç: “Azərbaycanla heç-heçədən sonra...”

15:44  Fransızların tələbi: UEFA Türkiyəyə sanksiya tətbiq etsin

15:26  Millimizin lideri - Ramil Şeydayev!

15:01  UEFA “Qarabağ”a 1 milyon 140 min avro ödədi

14:42  Premyer Liqanın 8-ci turu rəqəmlərin gözü ilə

14:21  AFFA hakimi söyən futbolçuları cəzalandırdı

14:00  Şenol Güneş: “Bunu Makrondan, Trampdan soruşun”

13:42  Millinin Macarıstanla oyunu “Bol idman”da müzakirə edildi - VİDEO

13:30  Uçurumun dibində: 1/3-i bir adama ayrılan büdcə

13:17  Ronaldo 700-cü qoluna imza atdı: “Rekordlar özü məni tapır”

12:43  “Azərbaycan insanların düşündüyündən güclüdü”

12:21  Millimiz San Marino ilə üz-üzə

12:07  AÇ-2020-nin oyununda “meymun səsləri”

11:48  Türkiyə millisi Fransadan səfərdə də xal aldı - VİDEO

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az