(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Araz” məğlubiyyətlə başladı

“Araz” məğlubiyyətlə başladı

Futzal üzrə UEFA Çempionlar Liqasında çıxış edən “Araz” bu gün ilk oyununu keçirib. 

Futbolinfo.az xəbər verir ki, Azərbaycan çempionu qrup oyunlarını təşkil edən Belçikanın “Halle Gooik” klubu ilə qarşılaşıb. 

Əvvəlcədən də xəbər verdiyimiz kimi, təmsilçimiz oyuna ciddi itkilərlə yollanıb. Söhbət 4 iranlı legionerə vizanın verilməməsi nəticəsində onların turnirə yollana bilməməsindən gedir. Gözlənildiyi kimi, müdafiədə diqqətli oynamağa çalışan “Araz” az güc sərf etməklə əks-hücumlarda rəqibi cəzalandırmaq istəyirdi. Hesab isə erkən açıldı. Növbəti qol zamanı Atayev topu uzaqlaşdırmaq istəyərkən avtoqol müəllifi oldu. Rəqib fasiləyə qədər daha bir qol vurmağı bacardı. “Araz”dan İsa Atayevin, Rövşən Çovdarovun və Xətai Bağırovun zərbələri hədəfdən yan keçdi. Baş məşqçi Alesio tez-tez qapıçını da meydan oyunçusu ilə əvəzləyirdi ki, bu da topa daha çox sahib olmaq məqsədi daşıyırdı. İkinci hissənin start fitindən cəmi 24 saniyə sonra Xətai Bağırov fərqi azaltdı. Ardınca Atayevin zərbəsi tirə tuş gəldi. Rəqib isə bu dəfə boş qapını nişan almaq üçün “pusqu”da dayanmışdı. 30-cu dəqiqədə Ramizin zərbəsini qapıçı çətinliklə geri qaytardı. Ardınca kapitanın baş zərbəsi hədəfdən yayındı. Bu dəqiqələrdəki üstünlüyə rəğmən Belçika çempionu fərqi artırmağa imkan tapdı. Tədricən yorğunluq da sözünü deməyə başladı ki, rəqib də bundan yararlandı. 

Qrupda keçirilmiş ilk oyunda Portuqaliya “Benfika”sı və Ukrayna “Xerson”u qarşılaşdı. Oyun 1:1 hesabı ilə yekunlaşdı. Təmsilçimiz növbəti oyununu oktyabrın 10-da, saat 19:30-da Portuqaliyanın “Benfika” klubuna qarşı keçirəcək.

Futzal, Çempionlar Liqası
9 oktyabr

“Araz” - “Halle Gooik” 1:5
Qollar: X.Bağırov, 20:24 - Qrello, 03:49. İ.Atayev, 16:29-öz qapısına. A.Patias, 17:57. D.Tomiç, 32:36. T.Carpes, 34:03.
Hakimlər: Nikola Jelic (Xorvatiya), Damian Jaruchievicz (Polşa), Viktor Bugenko (Moldova).
Halle şəhəri. De Bres Arena. Saat 22:30.

Araz: 12. Rövşən Hüseynli (q), 5. Murilo Borges Souza, 7. Ramiz Çovdarov, 11. Xətai Bağırov, 17. İsa Atayev, 19. Vladislav Reznov (q), 8. Rizvan Fərzəliyev (k), 10. Nihad İsmayılov.
Baş məşqçi: Joze Alesio Da Silva.

Halle Gooik: 1. Clodoaldo Redivo (q), 2. Valentin Dujacquier, 11. Leo, 14. Manoel Crema, 17. Rafael Teixeira (k), 18. Tiago Van Beeck (q), 20. Marco Zaramello (q), 7. Deaqan Tomiç, 8. Alessandro Patias, 10. Tiaqo Carpes, 12. Uesliy Franky Malenqreaux, 13. Qrello, 15. Matteo Cordier, 19. Dioqo.
Baş məşqçi: Fernando Maciel Goncalves.


 
tarix: 10-10-2019 00:24


 
Xəbər lenti
06.12.2019

15:27   Ən gənc məşqçilər Azərbaycan Premyer Liqasındadı

15:11   Millimizin oyunu qumara qoyulubmuş: Obradoviç və 5 futbolçu şübhəli rolunda

14:53   Fransa klubunun sahibi dəyişdi

14:36   “Səbail”in qapıçısı Türkiyə klubundan pulunu tələb edir

14:14   Azərbaycan kubokunun qalibi Avroliqaya hansı mərhələdən başlayacaq?

13:51   Azərbaycanı təmsil edəcək FİFA referilərinin siyahısı

13:33   “Zirə”nin “Səbail”lə 10-cu görüşü

13:15   Dırnaqarası Ponomaryov

12:56   “Yuventus” onun xidmətindən məhrum oldu

12:34   “Real”da “El klasiko” öncəsi ciddi itki

12:25   “Qarabağ” “Keşlə”yə qarşı - YENİLƏNİR

12:17   Biliç türklərə “göylə getməməyi” məsləhət gördü

12:02   “Arsenal” 1977-ci ilə qayıdır

11:54   Uelsdən Bakıya 10 min azarkeş gələcək

11:43   "Qalatasaray" bazasını geri qaytarır

11:34   İbrahimoviç Ronaldoya “əlcək atdı”

11:17   "Valyadolid" baş məşqçisi ilə yeni müqavilə bağladı

11:00   “Everton” baş məşqçisini istefaya göndərdi

10:45   Şeydayev “Dinamo”dan ayrılır

10:30   “Barselona”da yeni müqavilə

10:00   Ufuk izlədi, “Altınordu” 5 qola üzüldü

09:30   “Traktor” doğma meydanda xal itirdi

02:12   “Arsenal” doğma meydanda uduzdu

00:23   “Beşiktaş”dan darmadağın

05.12.2019

22:54  “Neftçi” rəhbərliyi Şenol Günəşlə görüşüb

22:40  AFFA-da Şenol Günəşlə görüş

19:33  “Liverpul” rekordunu yenilədi

19:05  Premyer Liqada ilin son turu rəqəmlərin gözü ilə

18:31  “Payız turniri”nin qalibi bəlli oldu

18:03  AFFA Həmkarlar İttifaqı Lənkəranı da “tutdu”

18:00  İspaniya superkubokunun təqvimi açıqlandı

17:37  Milli komandada baş məşqçi ayrılığı

17:15  Bir oyun, üç debüt

16:51  Qadze arxayınlığın qurbanı olduqlarını düşünür: “Ona görə cəzalandırıldıq”

16:36  İran yığmasının baş məşqçisi istefa verdi

16:14  Şenol Günəş Bakıda - FOTO

15:53  1/4 final mərhələsinin oyun cədvəli açıqlandı

15:34  “Qarabağ”ın futbolçuları tələbələrlə görüşdülər - FOTOLAR

15:16  “Zirə”nin ən böyükhesablı qələbəsi

14:54  “Azərbaycanda oynayacağımız matçlarda ev sahibi kimi olacağıq”

14:32  “Yuventus”un futbolçusu 3 ay oynamayacaq

14:11  Birinci Divizion: 13-cü turun hakimləri bilindi

13:54  Premyer Liqada 14-cü turun hakim təyinatları açıqlandı

13:36  “Roma”da “İnter”lə oyundan əvvəl ciddi itkilər

13:00  Kataloniyanın ən yaxşı futbolçusu

12:32  “Keşlə” 100-ü yarıladı

12:15  Millimizin üzvü həbs oluna bilər

12:03  Azərbaycan yığması Millətlər Liqasında sonuncu səbətdə

11:51  “Sabah” rekordunu təkrarladı

11:47  Ponomaryov tənqid etdi: "Mançester Yunayted" məktəbi. Hə, nə olsun?

11:35  Prosineçkiyə dönüş yersiz vaxt və maliyyə itkisidi

11:14  Ronaldo zirvədə, Messi “10-luq”dan kənarda

10:52  “Fənərbaxça”da Mozes şoku

10:30  Təbriz klubu səfərdən 1 xalla döndü

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az