(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Bəhreyndən gələn xeyir

Bəhreyndən gələn xeyir

Elxan Məmmədovun aylıq minimal qazancı 50 min manatdı. AFFA-nın baş katibi kimi ona məhz bu qədər “paket” ayrılıb. Futbol təsərrüfatının idarə edilməsi, top oyununun inkişafı, kütləviləşdirilməsi və s. tələbləri yerinə yetirməklə o, bu məbləğə sahib çıxır.
 
Futbolun hansı inkişaf həddində olması öz yerində, Bakıdan kənarda ümumiyyətlə, bu idman növü mövcud deyil. 12 ildi belə davam edir və Məmmədov faktiki iş görmədən milyonçu olub. Və biz onun yalnız minimal qazancından danışırıq. Rəsmi “paket”inin 2-3 mislinə rahatca sahib çıxır. Bunu necə etdiyini bilirik, lakin əldə rəsmi sənəd olmadığından isbatlamaq mümkün deyil. Müxtəlif şirkətlər vasitəsilə qazondan dərmana, transferdən tikintiyə kimi hər şeydən fayda götürür. Araşdırmanı qoy başqaları aparsın.
 
Və bu Məmmədov ilin-günün bu vaxtında milli komandanı Bəhreynə aparıb. Macarıstanla Avro-2020-nin rəsmi oyunu ərəfəsində baş katib guya ki, FIFA tələblərini yerinə yetirir. Halbuki milli komanda düşünülsəydi, daha uyğun rəqiblə, daha uyğun məkanda oynamaq olardı. AFFA-ya isə Bəhreyn kimi sıradan bir komanda lazım idi. Ərəblər səfər xərclərini qarşıladı, uduzmaqla millimiz haqda müsbət rəy formalaşmasına səbəbkar oldu və ən nəhayət, mükafat paylamaq üçün əsas verdilər. İndi AFFA rəhbərliyi hər futbolçuya 10-20 min manat mükafat dağıdacaq, yarım milyon havaya sovrulacaq.
 
Yoxlama oyunu da olsa, rəqib məhəllə komandasından seçilməsə də, səfər matçında qələbənin qiyməti bu qədərdi. Litvayla ev heç-heçəsinə görə 10, Xorvatiya ilə seçmə mərhələ görüşündəki heç-heçəyə görə 30 min manat mükafat paylayan AFFA başqa variantı düşünmür də. Bu matç macarlarla oyunöncəsi milli komandaya heç nə vermədi, lakin kimlərinsə cibi dolacaq. Sıravi Azərbaycan vətəndaşının 4-5 ilə (!!!) qazana bilmədiyi maaşı Bəhreynə yollananlar heç nəyə yaramayan, hər hansı önəmi olmayan qələbə müqabilində cibinə qoyacaq.
 
Və həmin Məmmədov AFFA-ya, milli komandaya yığdığı dost-tanışa, qohum-əqrəbaya olduğu kimi, özünə də yüzfaizli mükafat yazacaq. Xorvatiya ilə oyunda olduğu kimi...
 
İndi bir də hesablayın, görün Elxan Məmmədovun 50 minlik “paket”inin üstünə aylıq nə qədər gəlir əlavə olunur? Və “Port Baku”da ikinci mənzili almaq olar, ya yox?
 
FƏRİD

 
tarix: 10-10-2019 09:15


 
Xəbər lenti
06.12.2019

20:02   “Keşlə” “Qarabağ”a cavab verdi - YENİLƏNİR

19:21   AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək - Gündəlikdə 13 məsələ var

18:41   Bekhemin klubunun debüt edəcəyi tarix bilindi

18:09   “Arsenal”n forvardı 100-ə çatdı

17:42   Azərbaycanlı FİFA hakimi karyerasını bitirdi

17:20   Millimiz Monteneqroya məğlub oldu

17:00   Essyen: “Onlar mənim böyük məbləğə layiq olmadığımı düşünürdülər”

16:44   “Eddi İsrafilovla danışmışam, əhvalı yaxşıdı”

16:28   “Qarabağ”ın qapıçısını Superliqa klubu istəyir

16:10   “Çelsi”nin transfer qadağası ləğv edildi

15:57   Esyen Britaniya səfiri ilə görüşdü

15:48   Yuri Şikunov: “Dinamo” oyunu “Neftçi”yə verdi”

15:35   “Real”da daha bir ciddi itki

15:27   Ən gənc məşqçilər Azərbaycan Premyer Liqasındadı

15:11   Millimizin oyunu qumara qoyulubmuş: Obradoviç və 5 futbolçu şübhəli rolunda

14:53   Fransa klubunun sahibi dəyişdi

14:36   “Səbail”in qapıçısı Türkiyə klubundan pulunu tələb edir

14:14   Azərbaycan kubokunun qalibi Avroliqaya hansı mərhələdən başlayacaq?

13:51   Azərbaycanı təmsil edəcək FİFA referilərinin siyahısı

13:33   “Zirə”nin “Səbail”lə 10-cu görüşü

13:15   Dırnaqarası Ponomaryov

12:56   “Yuventus” onun xidmətindən məhrum oldu

12:34   “Real”da “El klasiko” öncəsi ciddi itki

12:17   Biliç türklərə “göylə getməməyi” məsləhət gördü

12:02   “Arsenal” 1977-ci ilə qayıdır

11:54   Uelsdən Bakıya 10 min azarkeş gələcək

11:43   "Qalatasaray" bazasını geri qaytarır

11:34   İbrahimoviç Ronaldoya “əlcək atdı”

11:17   "Valyadolid" baş məşqçisi ilə yeni müqavilə bağladı

11:00   “Everton” baş məşqçisini istefaya göndərdi

10:45   Şeydayev “Dinamo”dan ayrılır

10:30   “Barselona”da yeni müqavilə

10:00   Ufuk izlədi, “Altınordu” 5 qola üzüldü

09:30   “Traktor” doğma meydanda xal itirdi

02:12   “Arsenal” doğma meydanda uduzdu

00:23   “Beşiktaş”dan darmadağın

05.12.2019

22:54  “Neftçi” rəhbərliyi Şenol Günəşlə görüşüb

22:40  AFFA-da Şenol Günəşlə görüş

19:33  “Liverpul” rekordunu yenilədi

19:05  Premyer Liqada ilin son turu rəqəmlərin gözü ilə

18:31  “Payız turniri”nin qalibi bəlli oldu

18:03  AFFA Həmkarlar İttifaqı Lənkəranı da “tutdu”

18:00  İspaniya superkubokunun təqvimi açıqlandı

17:37  Milli komandada baş məşqçi ayrılığı

17:15  Bir oyun, üç debüt

16:51  Qadze arxayınlığın qurbanı olduqlarını düşünür: “Ona görə cəzalandırıldıq”

16:36  İran yığmasının baş məşqçisi istefa verdi

16:14  Şenol Günəş Bakıda - FOTO

15:53  1/4 final mərhələsinin oyun cədvəli açıqlandı

15:34  “Qarabağ”ın futbolçuları tələbələrlə görüşdülər - FOTOLAR

15:16  “Zirə”nin ən böyükhesablı qələbəsi

14:54  “Azərbaycanda oynayacağımız matçlarda ev sahibi kimi olacağıq”

14:32  “Yuventus”un futbolçusu 3 ay oynamayacaq

14:11  Birinci Divizion: 13-cü turun hakimləri bilindi

13:54  Premyer Liqada 14-cü turun hakim təyinatları açıqlandı

13:36  “Roma”da “İnter”lə oyundan əvvəl ciddi itkilər

13:00  Kataloniyanın ən yaxşı futbolçusu

12:32  “Keşlə” 100-ü yarıladı

12:15  Millimizin üzvü həbs oluna bilər

12:03  Azərbaycan yığması Millətlər Liqasında sonuncu səbətdə

11:51  “Sabah” rekordunu təkrarladı

11:47  Ponomaryov tənqid etdi: "Mançester Yunayted" məktəbi. Hə, nə olsun?

11:35  Prosineçkiyə dönüş yersiz vaxt və maliyyə itkisidi

11:14  Ronaldo zirvədə, Messi “10-luq”dan kənarda

10:52  “Fənərbaxça”da Mozes şoku

10:30  Təbriz klubu səfərdən 1 xalla döndü

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az