(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Samir Abasov: “Qədrimi bilmirsiniz”

Samir Abasov: “Qədrimi bilmirsiniz”

"Zirə"nin baş məşqçisi postundan ayrılan Samir Abasov matc.az saytına müsahibə verib.

Futbolinfo.az həmin müsahibəni təqdim edir:

- Yəqin ki, soyuq başla "Zirə"dən ayrılmağınızı təhlil etmisiniz. Gedişat bu istefanın reallaşacağını göstərirdimi?
- Düzü, hansı gedişatdan danışmalı olduğumu bilmirəm. Rəhbərliklə oturub hərtərəfli söhbət etdik. Hər iki tərəfin bir məqsədi var idi: komandanın uğurlu çıxış etməsi. Görüş zamanı da belə qənaətə gəlindi ki, vəziyyət yaxşılığa doğru getmir və yolları ayırmağımız məsləhət oldu. Rəhbərliyin hədəfi Avropa Liqasına vəsiqə qazanmaqdı. Onlar mənimlə bu perspektivi görmədiklərindən, belə qərar qəbul olundu. Mən də onları başa düşdüm və qarşılıqlı razılıqla yollarımızı ayırdıq.

- Belə çıxır ki, rəhbərlik sizin komandanı Avropa Liqasına çıxaracağınıza inanmırdı?
- Bəli, belə görünür.

- Ancaq nəzərə alaq ki, ilk dövrədən sonra 2-ci pillədəki komandadan cəmi 3 xal geri idiniz. Axı burda elə böyük fərq də yoxdu...
- Sizinlə razıyam. Ümumiyyətlə, "Qarabağ" və "Neftçi"ni bu yarışdan kənar qoymaq lazımdı. Bu iki komanda heyətindəki zənginlik baxımından digərlərini üstələyir. Bu, reallıqdı. Onların hər mövqeyində alternativli oyunçular var. "Qarabağ"da, "Neftçi"də bu cəm şəklindədisə, digər komandalarda 1-2 o səviyyədə futbolçu ola bilər. Digər komandaların həm səviyyəsi eynidi, həm də aralarında ciddi xal fərqi yoxdu. Heç kim deyə bilməz ki, mayda turnir cədvəlində vəziyyət necə olacaq. Avropa Liqasına kimlərin yollanacağını yalnız Allah bilir. Sadəcə, "Zirə"nin rəhbəri çempionatda 2-3 nəfərdən biridi ki, öz cibinin pulunu verir. Bu baxımdan onu başa düşmək olar. Komandanın Avropa Liqasına yollanmasını istəyir. Klubun yaşaması, davam etməsi üçün xərclənən pulların bəhrəsi olmalıdı. Sadəcə, bu perspektivi mənimlə görmədiklərini izah etdilər, onları başa düşdüm.

- Mövsümün əvvəlində "Qarabağ" və "Neftçi"dən sonra "Sabah"la "Zirə" avrokuboklara əsas namizəd göstərilirdi. Sizcə, ilk dövrədə bundan yaxşı nəticə göstərmək mümkün idimi?
- "Sabah"ın ikinci pillədəki komanda ilə cəmi 6 xal fərqi var. Kim deyə bilər ki, mayda vəziyyət necə olacaq? Əvvəllər qış fasiləsinə gedəndə ikinci yerdə gedən komanda digərlərindən 12-13 xal öndə olardı. Belədə düşünə bilərsən ki, çatmaq çətin olar. Buna baxmayaraq, "Sumqayıt"da olarkən fərqi 3 xala qədər endirmişdik. Amma indi hamı bir-birinə çox yaxındı. Bir qələbə turnir cədvəlində səni ən azı 1 pillə irəli atır. Bəlkə də, komandanın qeyri-stabil oyun göstərməsi bu ayrılığa səbəb oldu.

- İlk turlardan heyətlə bağlı ciddi problemləriniz oldu. Zədəlilərin sayı bu qədər çox olmasaydı, "Zirə" rəhbərliyinin sizinlə bu görüşü keçirməsinə ehtiyac qalacaqdımı?
- Bu məsələlərin hamısını yaxınlarımızla təhlil etmişik. "Sabah"la oyunu nümunə göstərim. İkinci hissədə hücumameylli iki futbolçunu meydana buraxdım, başladıq təkqapıya oynamağa. Qol vurduq, nə qədər şansı qaçırdıq. İki mərkəz müdafiəçimizin ağır zədə alması, Mfo Kqasvanenin Botsvana millisində əzələsinin qopması önümüzü kəsdi. Heç cür rotasiya etmək, gücləndirmək imkanımız olmadı. Əlbəttə ki, bu zədəlilər səbəb oldu. Ancaq indi bunu bəhanə gətirmək istəməzdim.

- Ən baxımlı və maraqlı futbol sərgiləyən komandalardan biri də məhz "Zirə" idi. Oyunlarda kifayət qədər qol şanslarını əldən verdiniz. Düşünmürsünüz ki, bəxtsizlik də sizə problem yaratdı?
- Tam razıyam. Əksər oyunları çox yaxşı keçirdik. Sadəcə, sonradan stabilliyi qoruya bilmədik. Çünki eyni heyətlə heç cür davam edə bilmirdik. Hər matça fərqli "11-lik"lə çıxmaq məcburiyyətində qalmışdıq. Amma yenə də baxımlı futbol göstərməyə çalışırdıq. Etiraf edim ki, son oyunlar baş məşqçi kimi, məni də tam qane etmirdi. Ancaq bu qədər zədəlilərimiz olmasaydı, hər şey tam fərqli alınardı. "Keşlə" ilə matçın ilk 15-20 dəqiqəsini üstün keçirdiyimiz bir vaxtda Skarlatake zədələndi.  Bütün bu amillərin təsiri az olmadı.

- Əcnəbi məşqçilər istefaya göndərildiyi zaman təzminat tələb edirlər. Yerlilər niyə quru halallıqla kifayətlənirlər?
- Rəhbərliklə təzminat söhbəti, ümumiyyətlə, olmadı. Mənə şans verdikləri üçün onlara təşəkkür etdim. Təzminat söhbətini dilimə gətirə bilmərəm. Hesab edirəm ki, mənim durumumda təzminat tələb etmək haqsızlıq olardı. Başqa yerdə, bəlkə də, edərdim. Amma indiki məqamda yersiz olardı.

- Özünüzü o qədər uğursuz sayırsız ki, təzminat tələb etməyə üzünüz gəlməyib?
- İndiki məqamda turnir cədvəlinə baxanda kimə uğurlu, kimə uğursuz deyə bilərsiniz? Sadəcə, mən özümə təzminat istəməyi rəva bilmədim.

- Ayrılığınızdan dərhal sonra "Sumqayıt", "Sabah" və "Qəbələ" variantı ortaya atıldı...
- Sonra mənim qədrimi bilmirsiniz. "Zirə"dən ayrılan kimi, adım 3 klubla birgə çəkildi. Ötən il "Sumqayıt"dan gedəndə komanda sayı 4 idi. Elə bil bir az zəifləmişəm, 3-ə düşüb (gülür). Üzərimdə bir az işləməliyəm. Zarafat bir yana, bu mənim üçün xoş haldı. "Sumqayıt" haqda indi düşünmürəm. Amma demirəm ki, "Sumqayıt"a ömür boyu getmərəm. Sadəcə, indi "Sumqayıt"la bağlı planım yoxdu. Daha iddialı komandada işləmək istəyirəm.

- "Qəbələ"ni həmin iddialılar sırasında görürsünüz?
- Bəli, "Qəbələ" iddialı klubdu. Yaxşı oyunçuları var və eşitdiyim qədərilə yenə yığırlar. Amma belə bir söhbət yox idi. Onların artıq yeni baş məşqçisi var, işləri yolunda gedir.

- "Sabah" hazırda baş məşqçisizdi. Bu klubdan təklif alsanız, cavabınız nə olar?
- İnanın ki, hələ heç bir klubdan dəvət almamışam. Təbii ki, bir təklif olarsa, işləmək istəyərəm. Çünki tempdən düşmək istəmirəm.


 
tarix: 10-10-2019 12:50


 
Xəbər lenti
22.11.2019
21.11.2019

20:24  Ağabala Ramazanov: “Şerif”də oynamaq istəyirəm”

19:40  Ermənistan futbolu başsız qaldı

18:34  Rusiyalı futbolçu Türkiyə klubundan ayrıldı

18:11  “Qarabağ”ın “Sevilya” ilə matçına stadiondan baxmaq istəyənlərin diqqətinə

17:45  Ən sadiq futbolçular

17:14  “Borussiya”dan 250 milyon avroluq anlaşma

16:49  “Kəpəz”dən darmadağın, çempiondan məğlubiyyət

16:27  Sumqayıt şəhər stadionuna 5 milyon manat ayrıldı!

16:16  Neymar sıraya döndü, Mbappe...

15:49  “Real”ın futbolçusunun barmağı sındı

15:10  “Atletiko” Dieqo Kostanı 3 aylıq itirdi

14:33  “Golden Boy” mükafatına son 3 namizəd

14:09  Depay birinci, Ronaldo 10-cu oldu

13:41  UEFA Rumıniya millisi ilə intizam işi açdı

13:16  “Qarabağ” nə “Yuventus”, nə də “Lion"du”

12:44  “Borussiya”lı üçün il bitdi

12:32  “Messi və Ronaldo ilə eyni səviyyədə ola bilərdim, amma bunu istəmədim”

12:17  “Milan”dan İbrahimoviçə 1,5 illik təklif

11:53  “Zirə” ilə matça qələbə üçün çıxacağıq”

11:44  Ronaldonun əvəzinə Mbappe

11:30  "Heç vaxt bu qədər sevinməmişdim"

11:25  Daha bir milli baş məşqçisiz qaldı

11:19  Slavçevin vidası reallaşır

11:00  Milli oyuncaq

10:49  “Bavariya”dan qapıçısı ilə yeni müqavilə

10:34  “Fiorentina”nın futbolçusu 5 min avroya görə döyüldü

10:15  Xayme Romero: “Enişin olması normaldı”

10:00  AÇ-2020-nin püşkatmasını tənqid etdi

09:40  Mourinyonun “Tottenhem”də illik qazancı bəlli oldu

09:27  Milli komandada baş məşqçi istefası

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az