(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Şeydayev aydınlıq gətirdi: “Mən bunun qarşılığını oyunumla verəcəm”

Şeydayev aydınlıq gətirdi: “Mən bunun qarşılığını oyunumla verəcəm”

Milli komandamız Macarıstanla məsul matça hazırlaşır. İki gündən sonra AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində səfərdə növbəti oyunumuzu keçirəcəyik.

Futbolçularımız vacib sınaq ərəfəsində yoxlama matçına çıxdı. Oktyabrın 9-da Bəhreyndə yerli komanda üzərində 3:2 hesablı qələbədə Ramil Şeydayevin də rolu oldu. Moskva “Dinamo”sunun hücumçusu qələbə qolunu vurmaqla seçildi.

Ərəblər üzərində qələbədən sonra Ramilin bir neçə açıqlaması ilə rastlaşdıq. Futbolinfo.az onun azarkeşlərlə bağlı fikirlərində anlaşılmaz məqamlar olduğunu görüb özüylə əlaqə saxlamağı lazım bildi.

- Bəhreyn üzərində qələbə və bu ölkəyə uzun səfər Macarıstanla oyunöncəsi yığmaya necə təsir edəcək?
- Düşünürəm ki, bizə xeyri dəyəcək. Düzdü, uzaq səfər idi, amma biz Macarıstana çatdıqdan sonra bərpa üçün vaxtımız olacaq. Yorğunluğu üzərimizdən ata biləcəyik.

- Matça baxsaq, görərik ki, komanda normal hücum təşkil edib qol vurmadı. Hamısı rəqibin səhvlərindən oldu. Bəhreyn yığması isə yaxşı təşkil edilmiş hücumlardan fərqləndi. Bununla razısan?
- Əgər oyunun ilk yarısında əlimizdə düşən fürsətlərdən istifadə etsəydik, matçın taleyi ilk hissədə həll edilmişdi. Ən azından birinci yarıda 3 belə epizodumuz oldu.

- Verdiyin müsahibələrin birində demisən ki, kim bizə inanmırsa, oyunumuza baxmasın. Bunun heç də peşəkar açıqlama olmadığı ilə razısan?
- Bəyənməyənlər yox, mən dedim ki, komandaya inanmayanlar baxmaya bilərlər. Bizim oyunumuz kimlərinsə xoşuna gəlməyə bilər, çünki cəmi 1 xalımız  var. Ona görə də onlar belə deyə bilərlər. Düşünürəm ki, stadiona gələn və bizə azarkeşlik edən insanlar hələ də komandaya inanırlar.

- Azarkeşlər istər “Krılya Sovetov”a, istərsə də, Moskva “Dinamo”suna transferin zamanı səni dəstəklədi, ümumiyyətlə, həmişə səni tam fərqli görüblər. İndi bu açıqlama onları incidə bilər. Narahat deyilsən?
- Əlbəttə ki, onların dəstəyi mənə lazım idi. Hər zaman bunu yüksək qiymətləndirmişəm və mənə köməyi olduğunu düşünmüşəm.  Belə dəstək istənilən futbolçuya kömək olar. Mən bunun qarşılığını sözlə yox, oyunumla verəcəm.

- Macarıstanla matçda qalib gəlmək şansınız var?
- Bəli, hər zaman şansımız var. Hamısı özümüzdən asılıdır. Əgər matça 3 xal düşüncəsi ilə yanaşsaq, hər futbolçuda qələbə inamı olsa, qalibiyyətlə vətənə dönəcəyik.

FƏRİD


 
tarix: 11-10-2019 11:21


 
Xəbər lenti
13.11.2019
12.11.2019

19:57  Super Liqada daha bir baş məşqçi istefası

18:37  “Fənərbaxça”nın baş məşqçisi əməliyyat olundu

18:02  Danışılmış oyunlarla bağlı növbəti görüş

17:33  Solari yenidən “Real”da

17:02  “Yuventus”dan Ronaldoya üzr tələbi

16:45  “Mançester Yunayted”in futbolçusu “ən yaxşı” seçildi

16:23  Keylor Navas “Neftçi”nin futbolçularına qarşı oynaya bilməyəcək

16:00  Super Liqa klubunda yeni baş məşqçi

15:46  “Sumqayıt”la “Zirə” yoxlama oyunu keçirəcək

15:28  Turun futbolçusu “Qəbələ”dən oldu

15:09  İngiltərə millisində qalmaqal

14:50  “Bu, mənim üçün sürpriz oldu” - Camalov

14:36  “Azərbaycan qrupun autsayderi olsa da...”

14:17  “Qəbələ”nin 8 futbolçusu rəmzi komandada - FOTO

13:51  Uels millisinin kapitanı: “Azərbaycanı məğlub etsək…”

13:38  Pavel Hapal: “Azərbaycanla oyunda istədiyimiz nəticəni qazana bilərik”

13:16  Millimizlə oyuna yeni forma ilə - FOTO

12:55  Millimizin rəqibinin heyətində dəyişiklik

12:36  Mövsümün 100-cü qolu

12:22  Ağayev 50-yə çatdı

11:59  Adeniyi İsrailə uyğunlaşa bilmir: “Nə baş verəcəyini mən də bilmirəm”

11:47  Qazaxıstanda Emil Balayevi də seçdilər

11:39  “Qarabağ”ın 246 günlük seriyası qırıldı

11:30  Lobotka üçün hədəf bəllidi

11:21  Beyl millimizlə oyuna qədər tam hazır olacaq

11:11  İsrafilov yığmaya gəlmədi, Camalov dəvət aldı

11:00  İspaniya Superkuboku Səudiyyə Ərəbistanında - ardıcıl 3 il

10:30  Nazarov üçün 80 dəqiqə və 1 xal

10:00  Dadaşovdan məhsuldar ötürmə

09:30  Millimizin rəqibində Rakitiç şoku

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az