(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Liverpul”un futbolçusuna şok cəza

“Liverpul”un futbolçusuna şok cəza

İngiltərə Futbol Federasiyası “Liverpul”un futbolçusu Harvi Elliotu sərt şəkildə cəzalandırıb.

Futbolinfo.az xəbər verir ki, 16 yaşlı oyunçu 14 gün futboldan kənarlaşdırılıb.

Cəzaya Elliotun “Tottenhem”in hücumçusu Harri Keyni təhqir etməsi səbəb olub. Belə ki, gənc futbolçu həmkarı ilə bağlı sosial şəbəkə hesabında təhqiramiz video paylaşıb.

Bu üzdən də federasiya onu sərt şəkildə cəzalandırmağa qərar verib. Bununla bağlı yayılan rəsmi açıqlamada bildirilir: “Elliot sosial  şəbəkə hesabında təhqiredici video paylaşmaqla federasiyanın qanunlarını pozub. Buna görə oyunçuya 14 gün futboldan uzaqlaşdırılmaq cəzası verilir, 350 funt-sterlinq cərimə olunur. Bundan başqa “Liverpul”lu oyunçu federasiya tərəfindən üz-üzə veriləcək 4 aylıq təlimə qatılmalıdı. Bu təlim prosesini uğurla tamamlaya bilməyəcəyi halda onun futbolla əlaqəsi kəsilə bilər”.

İngiltərə mətbuatının yaydığı məlumata görə, Elliot sözügedən videonu hələ “Fulhem”də oynayarkən sosial şəbəkə hesabında paylaşıb. Amma bu məsələ onun “Liverpul”a keçidindən sonra daha geniş müzakirələrə səbəb olub. Artıq gənc futbolçunun Harri Keyndən üzr istədiyi bildirilir.


 
tarix: 12-10-2019 10:02


 
Xəbər lenti
21.11.2019
20.11.2019

19:31  “Tottenhem” Poçettinoya nə qədər təzminat ödəyəcək?

19:00  Milli komandada yeni rekordçu

18:30  AÇ-2020: Pley-offun püşkatma tarixi bəlli oldu

18:00  “Genk”də baş məşqçi dəyişikliyi

17:42  “Hamı düşünürdü ki, Azərbaycana 5 qol vuracağıq”

17:20  “Azərbaycana oyuna nəzarət etmək imkanı vermədik”

17:00  AÇ-2020-yə son 4 vəsiqə üçün mübarizə aparacaq komandalar

16:42  Premyer Liqa klubunda baş məşqçi ayrılığı

16:21  AFFA rəsmisi “Reyncers”in oyununda

16:00  “Azərbaycanla oyunda ilk qoldan sonra görəcəyimiz bir iş yox idi”

15:40  Azərbaycanda yeni futbol klubu yaradıldı

15:21  Niyə bu günə düşdük?

15:00  “Bakı”nın sabiq futbolçusu həbs olundu

14:42  “Peruca”nın futbolçusu millimizə çağırıldı

14:21  Milan Şkrinyar: “Qələbəyə heç kim sevinmirdi”

14:00  Boz binada futbol cinayəti

13:43  “Azərbaycan millisi onlara səfərdə işgəncə vermişdi”

13:22  “Qarabağ”ın oyunundan əvvəl musiqili proqram

13:00  Hakimi vuran oyunçuya 10 oyunluq cəza

12:47  Əliyar Ağayev Divizion matçına təyinat aldı

12:30  Premyer Liqada 12-ci turun hakim təyinatları

12:15  Almaniya millisində yeni rekordçu

11:53  Mourinyo rəsmən “Tottenhem”də

11:37  İnqilab Məmmədov DÇ-nin final mərhələsində

11:19  Qərar günü: bundan pisi olmayacaq

11:00  AÇ-2020: Kim, hansı səbətdə olacaq?

10:40  Maradona istefa verdi

10:20  Filip Ozobiç: “Pozitiv olmaq və inanmaq lazımdı”

10:00  “Traktor”un oyunu təxirə salındı – Etirazlara görə

09:30  “Yuventus”da yeni müqavilə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az