(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Neftçi”nin hədəfləri həmişə böyük olub”

“Neftçi”nin hədəfləri həmişə böyük olub”

“Neftçi”nin müdafiəçisi Voyislav Stankoviç klubun saytına müsahibə verib.

Futbolinfo.az xəbər verir ki, hamının “Neftçi”dən çempionluq gözlədiyini bildirən serbiyalı futbolçu, bunun üçün komandanın hər oyuna maksimum köklənib, var gücünü ortaya qoymalı olduğunu deyib:

- Premyer Liqada ilk dövrə geridə qaldı. Yəqin ki, artıq komandaya tam uyğunlaşa bilmisən…
- Əlbəttə. Bu, Azərbaycanda keçirdiyim beşinci mövsümdür deyə, futbolçuların əksəriyyətini tanıyıram. Ona görə də, uyğunlaşma ilə bağlı heç bir problemim yoxdur.

- “İnter” və “Qəbələ”də keçirdiyin dövrü “Neftçi”dəki dönəmlə müqayisə edə bilərsən?
- Çıxış etdiyim komandalar həmişə iddialı olub. Təbii ki, “Neftçi” də istisna deyil. Əksinə, “Neftçi” Azərbaycanda formasını geyindiyim digər komandalarla müqayisədə daha zəngin tarixə malikdir. Bundan əlavə, hamı “Neftçi”dən – ölkənin ən titullu klubundan yalnız qələbə və çempionluq gözləyir.

- “Neftçi” 7 turdan sonra 11 xalla 3-cü yeri tutur. Start gözlənildiyi kimi alınmadı…
- Bəli, çempionata istədiyimiz kimi başlamadıq. Amma qarşımızdakı məqsədə çatmaq üçün hələ çox oyun var. Hər şeyi yaxşılığa doğru dəyişməyə çalışacağıq.

- “Qarşımızdakı məqsəd” deyəndə yəqin ki, çempionluğu nəzərdə tutursan?
- Əlbəttə. Təbii ki, biz çempion olmaq istəyirik. “Neftçi”nin hədəfləri həmişə böyük olub. Hər oyuna maksimum köklənib, var gücümüzü ortaya qoymalıyıq. Ancaq bu halda oyunumuzu yaxşılaşdıra, uğurlu nəticələr qazana bilərik. Mövsümün sonunda isə bunun bəhrəsini görməliyik.

- “Neftçi”də eks-yuqoslaviyalı yeganə oyunçusan. Bəs ən yaxşı münasibətin olan komanda yoldaşın hansıdır?
- “Neftçi”də komanda yoldaşlarımın hamısı ilə münasibətim yaxşıdır. Amma ən yaxın dostum “Qarabağ”ın futbolçusu Filip Ozobiçdir. Onunla “Qəbələ”də bir yerdə oynamışıq. Bundan əlavə, Azərbaycanda vaxtı ilə oynamış bəzi futbolçularla da daim əlaqədəyəm.


 
tarix: 12-10-2019 15:23


 
Xəbər lenti
17.11.2019

09:30   Şeydayev: “İtirəcəyimiz bir şey yoxdu”

09:00   Qara Qarayev: “Son 25 ildə belə qrupumuz olmayıb”

01:50   Xorvatiya, Almaniya, Hollandiya və Avstriya AÇ-2020-də!

16.11.2019

23:55  Nikola Yurçeviç: “Penalti verilsəydi, fərqli nəticə ola bilərdi”

23:29  Rayan Giqqz: “Hesab qənaətbəxşdi”

22:53  Millimiz Uelsə də məğlub oldu

22:00  “Rəqibdən daha çox qaçdıq, mübarizə apardıq”

19:03  “Səbail” “Qəbələ”yə yoxlama matçında da uduzdu

18:39  “Qarabağ”la oyuna tam hazır olmağa çalışacağıq”

18:29  “Futbolçularda istədiyimizi görə bildik”

18:11  “Keşlə” yoxlama oyununda darmadağına sevindi

18:04  Millimiz Almaniyaya məğlub oldu

16:51  “Sumqayıt”la “Zirə”dən heç-heçə

16:30  Mançini İtaliya millisinin tarixinə düşdü

15:27  “Zirə”nin legioneri millidə 90 dəqiqə oynadı

15:00  Seydiyev “Zirə”yə keçidi barədə danışdı: “Transferimlə menecerim məşğul olur”

14:42  Volkov nə təsdiq, nə də təkzib etdi

14:20  Slovakiya - Azərbaycan matçı ukraynalı hakimlərə tapşırıldı

14:15  Millimizin rəqibi Uruqvaya məğlub oldu - VİDEO

13:16  Antonio Konte təhdid olundu – Gülləli məktub

12:42  İsveçi AÇ-2020-yə daşıyan qələbə - VİDEO

12:21  “Bavariya”nın baş məşqçisi bəlli oldu - RƏSMİ

12:01  Danimarka yığmasından 6 cavabsız qol - VİDEO

11:41  İtaliya yığmasından ardıcıl 9-cu qələbə - VİDEO

11:27  İspaniya yığmasından 7 cavabsız qol - VİDEO

11:03  Volkov “Keşlə”yə gedir

10:44  “Bavariya”da 40 illik dönəm başa çatdı

10:03  Argentina Braziliyanı Messinin qolu ilə məğlub etdi - VİDEO

09:36  Finlandiya yığmasından tarixi uğur

09:00  Avro-2020: Türkiyə gəlməsə, xoş mənzərə olmayacaq

01:48  İsveçlə Finlandiya da AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az