(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Bəhramova verilməyən dəyər

Bəhramova verilməyən dəyər

Azərbaycan futbolu məhz onun adı ilə daha çox tanınıb. Dünya çempionatının finalındakı (1966) məşhur qərarı ilə Tofiq Bəhramov həm qitə nəhənglərinin rəqabətinə damğa vurub, həm də hakimlik məktəbimizin ününü yayıb.

Ölkənin illərdi ən böyük arenası olan Respublika stadionu hansısa futbolçunun, məşqçinin yox, məhz hakimin adınadı – Bəhramovun. Keçmiş SSRİ-də böyük nüfuz sahibi olan bu şəxs müstəqil futbolumuzun ayaqda durmasında, ilk kövrək addımlarını atmasında da zəhmət sahibidi.

Və indi həmin Bəhramova xatirə turniri keçirilir. AFFA-nın həyətində, Futbol Akademiyasının yararsız meydanında. Assosiasiya rəhbərliyi dünyaca məşhur futbol xadimimizi “dır-dır” oyunları ilə yad etmək istəyir. Həm də Futbol Veteranlarından, ADBTİA-nın müəllimlərindən, AFFA Hakimlər Depatamentinin üzvlərindən, Hakim-inspektorlardan təşkil olunmuş 4 komandanın iştirakı ilə.

Bəhramovun Respublika stadionunun qarşısındakı abidəsinin açılışını xatırlayıram. İngiltərədən, Almaniyadan gələn məşhur qonaqların rəhmətlik haqda dedikləri indi yadımdadı. Və yüksək sözlərlə dəyərləndirilən həmin Bəhramovu indiki AFFA rəhbərliyi “dır-dır” meydançasında yolaverdi turnirlə yad edəcək.

Bəhramov ən yüksək səviyyədə yad edilməli insandı. Və onun xatirə turniri məzarının, Respublika stadionunda indi bir kənara yerləşdirilmiş heykəlinin ziyarəti ilə başlamalı, yekunlaşmalıdı. Tofiq bəyin atılan dırnağı da olmayan Frits Stuxlik də onun xatirəsi önündə baş əyməli, hakimlik məktəbimizin ənənələrinə hörmət etməlidi.

Biz Bəhramovu bu gün sıradan biri kimi yad etməməliyik. O, futbol dəyərlərimizdən biridi. Qədrini bilməli, hörmətini böyük saxlamalıyıq ki, Stuxlikkimilər də Azərbaycanda özünü qurucu, yaradıcı kimi görməsin. Bu ölkədə futbol ən alt səviyyədə olanda da hakimlikdə iz qoymuşuq, SSRİ çempionatında eyni vaxtda 4 briqadamız iş başında olub və bu göstəriciyə görə liderlərdən olmuşuq. Məhz Bəhramovun, Eldar Əzimzadənin və başqalarının yaratdığı ənənələrə görə...


 
tarix: 12-10-2019 17:32


 
Xəbər lenti
12.11.2019
11.11.2019

23:23  Super Liqada baş məşqçi istefası

19:43  “Qalatasaray” daha bir hücumçusunu itirdi

18:32  “Yuventus”da 150-ci oyun

17:34  “Qəbələ”nin 50-ci böyükhesablı qələbəsi

16:23  Millimizin oyununu kiprli hakim idarə edəcək

15:33  Pantiç: “Azərbaycan çempionatının səviyyəsi çox aşağıdı”

15:00  40-cı heç-heçə

14:05  “Yuventus”da Ronaldo böhranı böyüyür

13:43  Millimiz Moldovaya uduzdu - VİDEO

13:21  Ramil Ayazla görüşdü: “Bu oğlan Həbibdi”

13:00  Azərbaycanla oyunun mükafatı açıqlandı: 50 min avro

12:40  “Liverpul” - “Mançester Siti” matçında 4 qol - VİDEO

12:20  “Azərbaycan bizə qarşı qapalı futbol oynayacaq”

12:00  Bundesliqa klubunda baş məşqçi istefası

11:45  Millimiz Moldovaya da məğlub oldu

11:30  Ufuk Budaklı “Altınordu” səfərdən 1 xalla döndü

11:15  “Real”da yeni rekordçu

11:00  Nəbiyevin qolu “Slaviya”ya bəs etmədi

10:40  Xayme Romero: “Sevilya”ya qalib gəlməliyik”

10:25  Benzema Puşkaşı geridə qoydu

10:17  Fasilədə ayılan “Sumqayıt”la “Zirə”

10:00  Riçard Qadze: “Qarabağ”a ikinci qolu da vura bilərdik”

09:41  Dadaşov oynadı, komandası qalib gəldi

09:20  Paşayevli “Aleksandriya”dan səfər heç-heçəsi

09:00  Pedro Enrike: “Yenidən “Qarabağ”da oynamaq möhtəşəm olar”

02:16  “Olimpik”lərin duelində Marsel təmsilçisi qalib gəldi

02:05  “Atletiko”dan inamlı qələbə

01:54  “Qarabağ”ın rəqibi “Betis”ə qalib gəldi

01:41  “Yuventus” “Milan”ı məğlub yola saldı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az