(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Macarların ilk qolunu Stuxlik vurdu

Macarların ilk qolunu Stuxlik vurdu

Frits Stuxlik Macarıstanın mümkün qələbəsinə bir həftə öncədən töhfə verib. AFFA-nın illik 300 min avroluq müqavilə bağlayıb, dəlləklik etməsinə şərait yaratdığı avstriyalı məhz yarıtmaz işiylə buna nail olub. Bu məbləğə neçə-neçə hakimin yetişdirilməsinin mümkün olması, amma öz cibini, qazancını, faizini düşünən məmurların özbaşınalığı bir yana, Stuxlikin iş prinsipi də fəsadlarını göstərməkdədi.
 
Mahir Emreli bu gün Macarıstanla oyunda meydanda olmayacaq. O, APOEL-lə Avropa Liqasının qrup matçına da yetişməyə bilər. Zədəsi ciddidi, hətta sağalandan sonra formaya düşməsi də zaman alacaq.
 
Emreli çox da böyük futbolçu deyil, amma bu gün yoxluğu millimiz və “Qarabağ” üçün itki sayılırsa, deməli, önəmli oyunçudu. Ölkədə istedadlı futbolçu qıtlığı yaşandığı bir dövrdə Mahir üçün xüsusilə çox heyfslənirik.
 
Mədətovun zədələndiyi epizodu yada salaq. 7-ci turun “Qarabağ” – “Sabah” matçında rəqib futbolçunun zərbəsindən sonra, matçın 38-ci dəqiqəsində Mahir əvəzlənməli oldu. Və hücumçunun zədə aldığı epizodda baş hakim Vüqar Həsənli hətta oyunu dayandırmadı.
 
Ondan öncəki dəqiqələrdə “Qarabağ”ın oyunçularına qarşı aqressiv davranışa göz yuman hakim hətta 6-cı dəqiqəyə kimi ağdamlıların 2 oyunçusunu cəzalandırmışdı. Halbuki həmin epizodların birincisində “Sabah”ın qapısına penalti, ikincisində də cərimə meydançası kənarında cərimə zərbəsi təyin edilməli idi.
 
Hakim bunu etmədi, qonaqların aqressiyasına şərait yaratdı, sanki onlara “kobud oynayın, sizinlə işim yoxdur” mesajı verdi. Nəticədə Mahirə xəsarət yetiriləcək dərəcədə kobudluq oldu, buna görə o, uzun müddətə sıradan çıxdı.
 
“Sabah” hakimin belə idarəçiliyini sifariş verməmişdi. Bakılılar lideri dayandırmaq, ondan xal almaq üçün taktika gərəyi döyüşməyi lazım bildilər, bəzən həddi də aşdılar. Hakimin şərait yaratması ilə onlar daha da cəsarətləndilər. Eyni hal onların da başına gələ, hansısa futbolçuları sıradan çıxa bilərdi. Amma həmin matçda məhz ağdamlılara zərbə dəydi.
 
Vüqar Həsənli bunu məqsədli etmirdi, “Qarabağ”a qərəzinin olduğuna da inanmıram. Sadəcə, bu hakimin səviyyəsi budur. Hətta divizion matçlarına təyinat almağa layiq olmayan birindən Stuxlik FIFA referisi düzəltmək istəyir, ona layiq olmadığı qədər etimad göstərir. Kimin adamıdı, kim tapşırıb bilmirəm, amma ilk 7 turda FIFA referilərindən Əliyar Ağayev 4, Rauf Cabbarov 3, Rəhim Həsənov 2 matça təyinat aldığı halda, debütant Həsənli də 3 dəfə iş başında və bütün oyunlarda da biabırçı idarəçiliklə yadda qalıb.
 
Məhz belə hakimlər və onların rəhbəri Stuxlikin üzündən milli komandamız və “Qarabağ” vacib oyunlar ərəfəsində əsas oyunçularından birini itirib. Macarıstandakı mümkün darmadağında, APOEL-ə qarşı oyunlardakı arzulanmayan nəticələrdə Stuxlikin də rolu olacaq. AFFA rəhbərliyi bu məqamlara diqqət yetirməlidi, çünki hakimin işi ancaq fit çalmaq, şablon qərarlar vermək deyil, oyun ərzində texnikalı, istedadlı futbolçuları qorumaq da onların vəzifəsidi.
 
FƏRİD

 
tarix: 13-10-2019 09:00


 
Xəbər lenti
18.11.2019

20:26   “Sabah bizi Bakıdakından fərqli oyun gözləyir” - Hamşik

20:10   Pavel Hapal: “Azərbaycanla oyunda yalnız qələbə haqda düşünürük”

19:32   Eddi İsrafilov millimizin düşərgəsində

19:03   Bundesliqa klubunda yeni baş məşqçi

18:31   Kimdir o alçaq?

18:16   Kapitan dünya rekordu qırdı, milli komanda tarix yazdı

17:59   Millimizlə oyunöncəsi 3 itki

17:38   Millinin baş məşqçisi 100-cü oyununa çıxdı

17:17   “Növbəti təyyarə ilə geri qayıtmağım qərara alındı” - Dadaşov

16:58   Modriçin kitabı təqdim olundu

16:34   Ronaldo üzr istəyəcək

15:59   “Qalatasaray”da 2 ciddi itki

15:12   Robben məşqçiliyə başladı

14:52   111 ilin ən yaxşı göstəricisi

14:24   Braziliya millisi dünya çempionu oldu

14:01   Milli karyerasını başa vurdu - 32 yaşında

13:42   Filip Ozobiç bu gündən başlayır

13:32   Millimizin rəqibinin düşərgəsində yeni futbolçu

13:08   “Neftçi”nin futbolçuları Kosta Rikaya qarşı oynadılar

12:30   “Zirə”nin futbolçusu millidə 22 dəqiqə oynadı

12:00   “Qarabağ”ın futbolçusunun ilk qələbədə payı olmadı

11:43   Remzi: “Bakıda qələbə üçün bütün gücümüzü ortaya qoyduq”

11:21   Premyer Liqanın 12-ci turu rəqəmlərin gözü ilə

11:00   Azərbaycan - Ukrayna: Hakim təyinatları açıqlandı

10:30   “Liverpul”un futbolçusu millinin düşərgəsini tərk etdi

10:00   İngiltərə Kosovonu belə darmadağın etdi - VİDEO

09:30   Ukrayna millisindən tarixi nəticə

09:00   Kamran Əliyevli “Ximki” 3 xalı 3 qolla qazandı

01:43   Portuqaliya millisi AÇ-2020-də

17.11.2019

19:35  Millimiz Slovakiyaya yola düşdü - VİDEO

18:37  Prosineçki “Yuventus”un futbolçusunun xidmətindən məhrum oldu

16:22  “Qarabağ” “Düdelanj”la matçın biletlərini satışa çıxarır

16:04  Slovakiya - Azərbaycan: Mətbuat konfranslarının vaxtı məlum oldu

15:16  Almaniya yığmasından rekord göstərici

14:19  27:0 hesablı qələbəyə görə baş məşqçini istefaya göndərdilər

13:38  “Qarabağ”ın futbolçusu millidən kənarlaşdırıldı

12:48  “Barselona” Messi ilə müqavilədə dəyişiklik etmək istəyir

11:50  AÇ-2020-yə vəsiqə qazanan 16 komanda

11:42  “Səbail”ə haqsızlıq edən hakimin cəzası gizlədilir

11:00  90-cı illərə qayıdırıq

10:47  Məmmədovun seçdiyi Yurçeviçlə gözlənilən sonluq

10:32  “Bavariya”dan rekord gəlir

10:20  SOCAR 1 milyon ödədi, İsrafilov “Albasete” üçün qol vurdu

10:14  Qol.az 11 yaşında!

10:09  “Real”da ciddi itki - PSJ ilə oyunda olmayacaq

09:51  Rusiya Belçikaya böyük hesabla uduzdu - VİDEO

09:30  Şeydayev: “İtirəcəyimiz bir şey yoxdu”

09:00  Qara Qarayev: “Son 25 ildə belə qrupumuz olmayıb”

01:50  Xorvatiya, Almaniya, Hollandiya və Avstriya AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az