(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Budapeştdə heç-heçə olsa, nə dəyişəcəkdi ki?

Budapeştdə heç-heçə olsa, nə dəyişəcəkdi ki?

Bəli, haqsızlıq oldu, amma millimizə yox, yalnız Bəhlul Mustafazadəyə. Çünki komandamız Budapeştdəki oyunu ilə xala layiq deyildi. Macarıstan hər nə qədər istəksiz oynasa da, final mərhələsinə yüksəlməyə layiq kollektiv təsiri bağışlamasa da, dünənki matçda bizimkilərin xal qazanması ədalətsizlik olardı.
 
90 dəqiqə qapıya zərbə endirməyən, düz-əməlli hücum etməyən millilərimizin son dəqiqələrdəki sayılmayan təsadüfi qolu yalnız bəraət axtaranlar üçün bəhanə ola bilər. Amma bu, həm də xorvatlarla Bakıdakı şübhəli heç-heçənin ilahi cəzasıydı.
 
Macarlar iki milli arasındakı səviyyə fərqini ilk yarım saatda göstərdi. Bizimkiləri topla döydülər, lazım olan qolu da vurdular. Təbii ki, top fərqi lazım olsa, meydan sahibləri başqa futbol oynayardı. Lakin erkən arxayınlaşdılar, bir az da özlərini qorudular. Düzdü, futbol barmaqarası münasibəti xoşlamır və son dəqiqələrdə vurduğumuz sayılmayan qol qulaqburması idi. Holland hakimin sayəsində qurtuldular, lakin belə səhlənkarlığın sonucunda macarların final mərhələsinə yollanması möcüzə olar.
 
Hakimin aşkar səhvi var idi. Millimiz təmiz qol vurmuşdu və onu hansısa bəhanəylə ləğv etmək hakimlərə utanc gətirəcək. Amma bu haqsızlıq yalnız Bəhlula qarşı idi. Millimizin bircə səhv etməyən ən fədakar oyunçusu zəhmətinin qarşılığında qol vurmuşdu. Müdafiənin dirəyi olmaqla bərabər, rəqib cərimə meydançasında da lazım olan yerdə idi. Qolu qeydə alınmasa da, şəxsi performansına daha bir xal əlavə etdi və ümid edək ki, əcnəbi skautlar üçün daha cəlbedici futbolçuya çevrildi.
 
Milli komandadan danışmağın yeri yoxdu. Cırtdanlardan – 4 xallı Lüksemburqdan, 3 xallı Andorradan, 2 xallı Lixtenşteyndən də zəif nəticə göstərmişik. Halbuki AFFA bizi bir kəndimiz boyda olan ölkələrlə müqayisə olunmağa məcbur edir. Normalda ən azı qonşularımızla – 10 xallı ermənilərlə, 7 xallı qazaxlarla, 5 xallı gürcülərlə müqayisə olunmalıydıq. Hansısa sayılmayan qolla özümüzü aldatmayaq, guya Budapeştdə heç-heçə olsa, nə dəyişəcəkdi ki?
 
Bu, həmin Bəhluldu. Onu millinin meneceri Riad Rəfiyev aylardı milliyə yaxın buraxmırdı, məşqilərə onu oynatmamaq tapşırığı verirdi. Çünki Mustafazadə özünə menecer kimi Rəfiyevi - “Sumqayıt”ın prezidentini seçməmişdi. Yalnız oyunçu qıtlığı üzündən və mətbuatın tənqidlərindən sonra Nikola Yurçeviç bu mərkəz müdafiəçisinə şans verməyə məcbur oldu.
 
Bəhlul həm də AFFA-nın yarıtmaz idarəçiliyini ifşa edən oyunçudu. Çünki o, müstəqil klub olan “Qəbələ”nin akademiyasında yetişib. Deməli, yüzlərlə belə istedadımız var, amma assosiasiya düzgün siztem qurmadığından hamısı məhv olur, heç kim üzə çıxmır, yalnız bəxti gətirənlər – AFFA-nın yarıtmaz idarəçilərinin yox, “Qəbələ” kimi klubların əlinə düşənlər istedadını açır.
 
Bəhlulun gələcəyi parlaqdı, üzərində işləsə, zaman keçdikcə daha yaxşı olacaq. Dünənki hakim haqsızlığı da onun xeyrinədi, döyülə-döyülə böyüyəcək, haqsız zərbələr alaraq möhkəmlənəcək.
 
FƏRİD

 
tarix: 14-10-2019 09:00


 
Xəbər lenti
12.11.2019

11:59   Adeniyi İsrailə uyğunlaşa bilmir: “Nə baş verəcəyini mən də bilmirəm”

11:47   Qazaxıstanda Emil Balayevi də seçdilər

11:39   “Qarabağ”ın 246 günlük seriyası qırıldı

11:30   Lobotka üçün hədəf bəllidi

11:21   Beyl millimizlə oyuna qədər tam hazır olacaq

11:11   İsrafilov yığmaya gəlmədi, Camalov dəvət aldı

11:00   İspaniya Superkuboku Səudiyyə Ərəbistanında - ardıcıl 3 il

10:30   Nazarov üçün 80 dəqiqə və 1 xal

10:00   Dadaşovdan məhsuldar ötürmə

09:30   Millimizin rəqibində Rakitiç şoku

09:00   Amin Seydiyev: “Belə səhvlərə yol verməyim normaldı”

11.11.2019

23:23  Super Liqada baş məşqçi istefası

19:43  “Qalatasaray” daha bir hücumçusunu itirdi

18:32  “Yuventus”da 150-ci oyun

17:34  “Qəbələ”nin 50-ci böyükhesablı qələbəsi

16:23  Millimizin oyununu kiprli hakim idarə edəcək

15:33  Pantiç: “Azərbaycan çempionatının səviyyəsi çox aşağıdı”

15:00  40-cı heç-heçə

14:05  “Yuventus”da Ronaldo böhranı böyüyür

13:43  Millimiz Moldovaya uduzdu - VİDEO

13:21  Ramil Ayazla görüşdü: “Bu oğlan Həbibdi”

13:00  Azərbaycanla oyunun mükafatı açıqlandı: 50 min avro

12:40  “Liverpul” - “Mançester Siti” matçında 4 qol - VİDEO

12:20  “Azərbaycan bizə qarşı qapalı futbol oynayacaq”

12:00  Bundesliqa klubunda baş məşqçi istefası

11:45  Millimiz Moldovaya da məğlub oldu

11:30  Ufuk Budaklı “Altınordu” səfərdən 1 xalla döndü

11:15  “Real”da yeni rekordçu

11:00  Nəbiyevin qolu “Slaviya”ya bəs etmədi

10:40  Xayme Romero: “Sevilya”ya qalib gəlməliyik”

10:25  Benzema Puşkaşı geridə qoydu

10:17  Fasilədə ayılan “Sumqayıt”la “Zirə”

10:00  Riçard Qadze: “Qarabağ”a ikinci qolu da vura bilərdik”

09:41  Dadaşov oynadı, komandası qalib gəldi

09:20  Paşayevli “Aleksandriya”dan səfər heç-heçəsi

09:00  Pedro Enrike: “Yenidən “Qarabağ”da oynamaq möhtəşəm olar”

02:16  “Olimpik”lərin duelində Marsel təmsilçisi qalib gəldi

02:05  “Atletiko”dan inamlı qələbə

01:54  “Qarabağ”ın rəqibi “Betis”ə qalib gəldi

01:41  “Yuventus” “Milan”ı məğlub yola saldı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az