(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Süleymanovun şərhi, Stuxlikin “xidməti”

Süleymanovun şərhi, Stuxlikin “xidməti”

Milli komandamızın Macarıstandakı məğlubiyyəti ikili hisslər yaradıb. Reallıq odur ki, məğlub olmuşuq və cəmi 1 xalımız var. Qrup sonunculuğundan qaçmaq da mümkün deyil.
 
Kimlərəsə bəhanə verənsə matçın 90+2-ci dəqiqəsindəki epizoddu. Bəhlul Mustafazadənin vurduğu, amma hakimlərin qeydə almadığı qol haqda hələ uzun müddət danışılacaq.
 
 
Məsələyə beynəlxalq dərəcəli hakim Tahir Süleymanov sosial şəbəkədəki hesabımda dəqiq şərh verib. O, çoxillik təcrübəsinə əsaslanaraq bu hadisənin gözlənildiyini yazıb:
 
 
“Milli necə çıxış etdi, hər kəs gördü. Ümumi oyunun təhlili başqa mövzudur. Sonda gələn qolla bir xal qazanılmalıydı...
Bəhlul Mustafazadənin vurduğu qol haqsız olaraq qeydə alınmadı. Öncədən gözlənilirdi...
Macarıstanın Slovakiya ilə ev oyununda böyük qalmaqallar yaşanmışdı. Hakim, idarəçilik ədalətsizliyinə görə...
Macarlar açıq-aşkar sıxılmış, uduzdurulmuşdu. Oyun gedə-gedə, matçdan sonra etirazlar aşıb-daşırdı...
Buna görə UEFA mədəni Avropada Macarıstan millisini, federasiyanı, stadionu cərimələmiş, tribunalar fanatların üzünə qapanmışdı...
Belə qarşılaşmalardan sonra "kompensasiya" mütləq olur. Xorvatlarla matç münasib deyildi və səfərdə idi...
Macarların evdə Azərbaycanla görüşü əsl "ədalət"ın bərpa olunması anı idi. Belə də oldu...
Hakim idarəçiliyi baxımından çətin oyun deyildi. Belə görüşləri bir epizod həll edir...
Epizod isə çox asan sezilirdi. Bəhlul Mustafazadəni, əlini-qolunu görmək üçün hakimlərə heç nə mane olmurdu...
Baş hakimin arxa-yandan görməməsini nisbətən qəbul etmək olarsa, köməkçinin epizodu dəqiq sezməməsi mümkünsüzdür...
Köməkçi hakimin görmə bucağı ideal idi. Qapı meydanında Bəhlul, top, bədən, əl-qol açıq görünürdü...
Epizodda nə qarışıqlıq var idi, nə də hakim(lər)ə mane olacaq başqa faktor. Ən incə məqam da Bəhlulun kürəyi heç köməkçiyə tərəf deyildi...
Hakim futbolçunu, topu, açıq bədən hərəkətini, topun trayektoriyasını ideal bucaqdan görürdü...
Belə qolların sayılmaması səhv deyil, əvvəlki oyunlarda haqsızlığa uğrayan komandanın "ödənişi", "kompensasiya"sıdır...”
 
Tahir bəyin şərhindən sonra epizod barədə əlavə nəsə yazmağa ehtiyac yoxdu. Zatən, oyunun baş hakimi Dennis Hiqler də səhvini etiraf edərək üzr istəyib. Amma görəsən, Frits Stuxlik nə vaxt üzr istəyəcək.
 
 
AFFA Hakimlər Komitəsinin sədrini təsadüfən qeyd etmədim. Axı, o, ölkəmizə məhz beynəlxalq qurumlarla münasibətləri qaydasına qoymaq, körpü yaratmaq, əməkdaşlığın səviyyəsini yüksəltmək üçün gətirilib. Onun təyinatı ilə ölkədə heç nə dəyişməyib. Avstriyalıdan öncə hakimliyimiz daha yaxşı səviyyədə idi, əksinə, indi geriləmə var. Bütün bunları yalnız onun “beynəlxal əlaqələr”inə qurban vermək olardı. Dünənki olay isə göstərdi ki, Stuxlik ancaq yeyib-içməyə, pul qatlamağa və dostu İsanı Bakıda gəzdirmək üçün gəlib. Əks halda, Azərbaycan millisi əvvəllər xətrinə dəyilmiş macarar üçün qurbanıq seçilməzdi.
 
AĞA

 
tarix: 14-10-2019 01:02


 
Xəbər lenti
12.11.2019
11.11.2019

23:23  Super Liqada baş məşqçi istefası

19:43  “Qalatasaray” daha bir hücumçusunu itirdi

18:32  “Yuventus”da 150-ci oyun

17:34  “Qəbələ”nin 50-ci böyükhesablı qələbəsi

16:23  Millimizin oyununu kiprli hakim idarə edəcək

15:33  Pantiç: “Azərbaycan çempionatının səviyyəsi çox aşağıdı”

15:00  40-cı heç-heçə

14:05  “Yuventus”da Ronaldo böhranı böyüyür

13:43  Millimiz Moldovaya uduzdu - VİDEO

13:21  Ramil Ayazla görüşdü: “Bu oğlan Həbibdi”

13:00  Azərbaycanla oyunun mükafatı açıqlandı: 50 min avro

12:40  “Liverpul” - “Mançester Siti” matçında 4 qol - VİDEO

12:20  “Azərbaycan bizə qarşı qapalı futbol oynayacaq”

12:00  Bundesliqa klubunda baş məşqçi istefası

11:45  Millimiz Moldovaya da məğlub oldu

11:30  Ufuk Budaklı “Altınordu” səfərdən 1 xalla döndü

11:15  “Real”da yeni rekordçu

11:00  Nəbiyevin qolu “Slaviya”ya bəs etmədi

10:40  Xayme Romero: “Sevilya”ya qalib gəlməliyik”

10:25  Benzema Puşkaşı geridə qoydu

10:17  Fasilədə ayılan “Sumqayıt”la “Zirə”

10:00  Riçard Qadze: “Qarabağ”a ikinci qolu da vura bilərdik”

09:41  Dadaşov oynadı, komandası qalib gəldi

09:20  Paşayevli “Aleksandriya”dan səfər heç-heçəsi

09:00  Pedro Enrike: “Yenidən “Qarabağ”da oynamaq möhtəşəm olar”

02:16  “Olimpik”lərin duelində Marsel təmsilçisi qalib gəldi

02:05  “Atletiko”dan inamlı qələbə

01:54  “Qarabağ”ın rəqibi “Betis”ə qalib gəldi

01:41  “Yuventus” “Milan”ı məğlub yola saldı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az