(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Beyl Azərbaycanla oyunu buraxa bilər

Beyl Azərbaycanla oyunu buraxa bilər

Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsindəki rəqiblərindən olan Uels yığması ciddi itki ilə üzləşib.

Futbolinfo.az saytının xarici mətbuata istinadən məlumatına görə, Xorvatiya ilə dünənki qarşılaşmada britaniyalıların iki oyunçusu zədələnib.

Belə ki, yarımmüdafiəçi Harri Uilson və hücumçu Qaret Beyl xəsarət alıb. Uilson rəqibin kapitanı Luka Modriçlə toqquşaraq, həm özü zədələnib, həm də rəqibi sıradan çıxarıb. Nəticədə Modriç 90-cı dəqiqədə əvəzlənib və meydanı axsayaraq tərk edib.

Son dəqiqələrdə kapitan Qaret Beyl də epizodların birində zədə alıb. Lakin baş məşqçi əvəzləmə limitini doldurduğundan, ulduz futbolçu sona qədər mübarizəni davam etdirməli olub.

Həm Uilson, həm Beyl, həm də xorvatların yarımmüdafiəçi Luka Modriçin durumu barədə hələ dəqiq məlumat verilməyib. Ancaq hər üç oyunçunun bir müddət sıradan çıxması istisna edilmir. Beylin zədəsinin ciddi olduğu aşkarlansa, futbolçu seçmə mərhələnin növbəti turunda Azərbaycan millisi ilə qarşılaşmanı buraxa bilər.

Qeyd edək ki, 1:1 hesabı ilə nəticələnən Uels - Xorvatiya qarşılaşmasında sarı vərəqə alan birincilərin yarımmüdafiəçisi Co Allen cəzalı duruma düşdüyündən, noyabrın 16-da yığmamızla Bakıdakı oyunu buraxacaq.


 
tarix: 14-10-2019 12:24


 
Xəbər lenti
18.11.2019

14:24   Braziliya millisi dünya çempionu oldu

14:01   Milli karyerasını başa vurdu - 32 yaşında

13:42   Filip Ozobiç bu gündən başlayır

13:32   Millimizin rəqibinin düşərgəsində yeni futbolçu

13:08   “Neftçi”nin futbolçuları Kosta Rikaya qarşı oynadılar

12:30   “Zirə”nin futbolçusu millidə 22 dəqiqə oynadı

12:00   “Qarabağ”ın futbolçusunun ilk qələbədə payı olmadı

11:43   Remzi: “Bakıda qələbə üçün bütün gücümüzü ortaya qoyduq”

11:21   Premyer Liqanın 12-ci turu rəqəmlərin gözü ilə

11:00   Azərbaycan - Ukrayna: Hakim təyinatları açıqlandı

10:30   “Liverpul”un futbolçusu millinin düşərgəsini tərk etdi

10:00   İngiltərə Kosovonu belə darmadağın etdi - VİDEO

09:30   Ukrayna millisindən tarixi nəticə

09:00   Kamran Əliyevli “Ximki” 3 xalı 3 qolla qazandı

01:43   Portuqaliya millisi AÇ-2020-də

17.11.2019

19:35  Millimiz Slovakiyaya yola düşdü - VİDEO

18:37  Prosineçki “Yuventus”un futbolçusunun xidmətindən məhrum oldu

16:22  “Qarabağ” “Düdelanj”la matçın biletlərini satışa çıxarır

16:04  Slovakiya - Azərbaycan: Mətbuat konfranslarının vaxtı məlum oldu

15:16  Almaniya yığmasından rekord göstərici

14:19  27:0 hesablı qələbəyə görə baş məşqçini istefaya göndərdilər

13:38  “Qarabağ”ın futbolçusu millidən kənarlaşdırıldı

12:48  “Barselona” Messi ilə müqavilədə dəyişiklik etmək istəyir

11:50  AÇ-2020-yə vəsiqə qazanan 16 komanda

11:42  “Səbail”ə haqsızlıq edən hakimin cəzası gizlədilir

11:00  90-cı illərə qayıdırıq

10:47  Məmmədovun seçdiyi Yurçeviçlə gözlənilən sonluq

10:32  “Bavariya”dan rekord gəlir

10:20  SOCAR 1 milyon ödədi, İsrafilov “Albasete” üçün qol vurdu

10:14  Qol.az 11 yaşında!

10:09  “Real”da ciddi itki - PSJ ilə oyunda olmayacaq

09:51  Rusiya Belçikaya böyük hesabla uduzdu - VİDEO

09:30  Şeydayev: “İtirəcəyimiz bir şey yoxdu”

09:00  Qara Qarayev: “Son 25 ildə belə qrupumuz olmayıb”

01:50  Xorvatiya, Almaniya, Hollandiya və Avstriya AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az