(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Fiasko...

Fiasko...

Millimizin “Avro-2020”ni sonuncu yerdə başa vuracağı dəqiqləşdi. Bu, komandamızın dünən səfərdə Macarıstana 0:1 hesablı məğlubiyyətindən və Uelsin rəqib meydanında Xorvatiya ilə heç-heçə etməsindən sonra bilindi.

6 turdan sonra milimiz 5 komandalı qrupda 1 xalla axırıncı yeri tutur və 5-ci pillədən yuxarı qalxa bilməyəcəyik. Çünki 4-cü pilləni tutan Uelsin hazırda 8 xalı var ki, millimiz sonrakı 2 matçda 6 xal toplasa belə, bir pillə yüksəlməsi mümkün olmayacaq. Beləliklə, millimizi bu seçmə mərhələdəki çıxışını da tamamilə uğursuz, futbola təkcə son iki ildə dövlətin verdiyi on milyonlarla manat maddi dəstəyin müqabilində fiasko hesab etmək olar.

Gələn il Avropa çempionatının final mərhələsinin 4 oyunu (üç qrup və 1/4 final matçı) Azərbaycanda keçiriləcək. Bundan həvəslənən AFFA rəhbərliyi hələ ötən il bəyan etmişdi ki, millinin qarşısına qoyulan vəzifə “Avro-2020”nin final mərhələsinə vəsiqə qazanmaqdır. İnsafən, bunun üçün yaxşı imkan da yaranmışdı. Bu mənada, federasiya rəhbərliyinin tələbi də haqlı və əsaslı idi. Ona görə ki, “Avro-2020”nin seçmə mərhələsindən daha əvvəl ilk dəfə keçirilən Millətlər Liqası turniri vasitəsi ilə gələn ilki yarışda oynamaq üçün yaxşı bir imkan vardı. Bundan başqa milli “Qarabağ”la Çempionlar Liqasında uğurlu nəticə göstərən Qurban Qurbanova tapşırılmışdı ki, bu faktın özü də futbol ictimaiyyətinin ümidlərini daha da artırmışdı. Amma Qurbanovun millidə məşqçi kimi birinci və hələlik sonuncu işi uğursuz oldu. Olmamalıydı. Kosovo, Malta və Farer adalarının yer aldığı qrupu komandamız gözlənilənlərin əksinə olaraq, birinci deyil, ikinci yerdə başa vurdu. Bununla da “Avro-2020”yə Millətlər Liqası yolu ilə getmək ümidlərimiz puç oldu.

Səbəb hər nə olursa olsun, nəticə acınacaqlı idi və buna görə məsuliyyət birbaşa o vaxtkı baş məşqçi Q.Qurbanovun üzərinə düşür. Hər şeydən əvvəl ona görə ki, AFFA-nın indiki rəhbərliyi dövründə millinin baş məşqçisi olan 3 əcnəbidən fərqli olaraq, Q.Qurbanov bir təcrübəli yerli mütəxəssis kimi bizim futbol mentalitetini, futbolçuların dili və psixologiyasını daha yaxşı bilirdi. Üstəlik digər məşqçilərin zamanında olduğu kimi, onun dövründə də “Qarabağ”lı futbolçular millidə çoxluq təşkil edirdilər. Bu isə uğurlu nəticələr üçün əlavə imkanlar yaradırdı. Amma görünür, iki işdə (“Qarabağ” və milli) eyni vaxtda işləməsinin yaratdığı zehni və fiziki yükləmə millimizin Millətlər Liqasının final mərhələsinə çıxmasına əngəl oldu. Qurban Qurbanov bu faktı indiyədək yaxınına buraxmasa belə.

Əlbəttə, millinin ötən ilin sentyabrından – Millətlər Liqasından başlayaraq ta “Avro-2020”nin seçmə mərhələsindəki 6 oyunundakı bu nəticələrə görə AFFA-nın rəhbərliyi də yaxasını kənara çəkə bilməz. Əgər deyək ki, Millətlər Liqasındakı uğursuzluq hətta bir nəfər – Q.Qurbanovla bağlıdırsa, bəs, “Avro-2020” biabırçılığını kimin adına yazaq? Bu seçmə mərhələdə ki məşqçi Qurbanov deyil, AFFA-nın özünün gətirdiyi mütəxəssis olub. Final mərhələsinə çıxmağı bir kənara qoyaq, 6 oyundan cəmi 1 xal toplanılıb. Hətta AFFA-nın hazırkı rəhbərliyinin özlərinin dönəmində belə 6 matçda bu qədər az xal qazandığımız mərhələ olmamışdı. Hər il futbolun inkişafı üçün AFFA-ya ayrılan pul artır, xal isə artmaq əvəzinə azalır. Yəni, tam bir anormallıq.

Bəs, yaxşı nə baş verir?

Son vaxtlar AFFA-ya yaxınlığı ilə tanınan və yemlənən bir qrup marionet 1 xala görə məsuliyyəti ancaq baş məşqçi Nikola Yurçeviç və futbolçuların üzərinə atır. “Komandanın oyunu yoxdur”, “Məşqçi işi görünmür” deyə fikirlər formalaşdıraraq diqqəti əsas problemlərdən yayındırmağa mənasız cəhdlər göstərilir. Düzdür, məşqçi və futbolçunun səhvi yoxdur demək ən azı naşılıq olardı. Amma AFFA  mələk deyil. Saysaq, işlərində tonlarla səhv, qeyri-şəffaflıq üzə çıxacaq.

O səhvlərdən birinə diqqət edin. Azərbaycan futbolundan bixəbər, hətta ölkəsi Xorvatiyada belə baş məşqçi kimi fəaliyyətinə ehtiyac duyulmayan (üç ay işlədiksən sonra qovulan) Nikola Yurçeviçi millimizə gətirdilər. Kim gətirdi? Əlbəttə, mütəşəkkil menecer çetesi. Hansı ki, federasiya ilə əlbir olub pul yumaqla məşğuldurlar. Bəs, AFFA prezidenti Rövnəq Abdullayev bunun səbəbini soruşubmu? Elxan Məmmədovun bu dəstəylə bağlılığı varmı, varsa nə qədərdir? Əlbəttə, baş məşqçi təcrübəsi olmayan birinə millimizi tapşırandan sonra belə uğursuzluğun olması təbii idi. Deyilmişdi də.

Amma məsələ təkcə bu da deyil. İstənilən halda futbolumuzda təpədən dırnağa qədər böyük problem var. Məlum faktdır ki, bütün yaş qruplarında nəticə pisdir. Daha pisi isə odur ki, ölkə futbolunda kadr - futbolçu böhranı günbəbəgün dərinləşir. Bölgələrdə klubların olmaması, bunun da vurduğu ağır zərbə belə görünür ki, futbol idarə edən AFFA-nın qətiyyən narahat etməyib, etmir və etməyəcək də. Uşaq futbol məktəbləri acınacaqlı vəziyyətdədir. Bu bir-iki cümləlik gerçəkliklər isə özünü əsas millinin acınacaqlı nəticələrində göstərir. Bir sözlə, futbolumuz ya ölüb, ya da can üstədir, öləcək.

Və onu diriltmək Bəhlul Mustafazadənin sayılmayan haqlı qoluna görə tipik azərbaycansayağı isterika yaratmaqla olmur.

Aydın BAĞIROV, qol.az


 
tarix: 14-10-2019 15:06


 
Xəbər lenti
19.11.2019

12:00   AFFA-nın iki əməkdaşı “Krasnodar” – “Bazel” oyununda

11:43   AFFA rəsmisinə UEFA-dan təyinat

11:21   “Zirə”nin futbolçusu Əlcəzairə qarşı oynadı

11:00   “Qarabağ”ın legioneri vətəninə qayıdır?

10:30   “Real”ın futbolçusu 6 həftə oynamayacaq

10:00   “Qalatasaray”da daha bir ciddi itki

09:30   Almaniya klubu yeni baş məşqçisini açıqladı

09:20   Millimiz Slovakiya ilə üz-üzə - YENİLƏNİR

09:10   Azərbaycan Ukraynaya qarşı - YENİLƏNİR

09:00   Seçmə mərhələdə son oyun - YENİLƏNİR

01:46   İspaniya 5, İtaliya 9 qolla qalib gəldi

18.11.2019

22:50  Bəhlul Mustafazadə: “Məqsədimiz qol vurmaq və yaxşı nəticə qazanmaqdı”

22:37  Nikola Yurçeviç: “Yaxşı nəticə qazana bilərik”

20:26  “Sabah bizi Bakıdakından fərqli oyun gözləyir” - Hamşik

20:10  Pavel Hapal: “Azərbaycanla oyunda yalnız qələbə haqda düşünürük”

19:32  Eddi İsrafilov millimizin düşərgəsində

19:03  Bundesliqa klubunda yeni baş məşqçi

18:31  Kimdir o alçaq?

18:16  Kapitan dünya rekordu qırdı, milli komanda tarix yazdı

17:59  Millimizlə oyunöncəsi 3 itki

17:38  Millinin baş məşqçisi 100-cü oyununa çıxdı

17:17  “Növbəti təyyarə ilə geri qayıtmağım qərara alındı” - Dadaşov

16:58  Modriçin kitabı təqdim olundu

16:34  Ronaldo üzr istəyəcək

15:59  “Qalatasaray”da 2 ciddi itki

15:12  Robben məşqçiliyə başladı

14:52  111 ilin ən yaxşı göstəricisi

14:24  Braziliya millisi dünya çempionu oldu

14:01  Milli karyerasını başa vurdu - 32 yaşında

13:42  Filip Ozobiç bu gündən başlayır

13:32  Millimizin rəqibinin düşərgəsində yeni futbolçu

13:08  “Neftçi”nin futbolçuları Kosta Rikaya qarşı oynadılar

12:30  “Zirə”nin futbolçusu millidə 22 dəqiqə oynadı

12:00  “Qarabağ”ın futbolçusunun ilk qələbədə payı olmadı

11:43  Remzi: “Bakıda qələbə üçün bütün gücümüzü ortaya qoyduq”

11:21  Premyer Liqanın 12-ci turu rəqəmlərin gözü ilə

11:00  Azərbaycan - Ukrayna: Hakim təyinatları açıqlandı

10:30  “Liverpul”un futbolçusu millinin düşərgəsini tərk etdi

10:00  İngiltərə Kosovonu belə darmadağın etdi - VİDEO

09:30  Ukrayna millisindən tarixi nəticə

09:00  Kamran Əliyevli “Ximki” 3 xalı 3 qolla qazandı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az