(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Uçurumun dibində: 2019-da millilərimiz 67 oyuna cəmi 8 qələbə görüb

Uçurumun dibində: 2019-da millilərimiz 67 oyuna cəmi 8 qələbə görüb

Futbolumuz tarixinin ən pis dönəmini yaşayır. Hətta müstəqilliyin ilk illərində də bu qədər rəzil vəziyyətə düşməmişdik. Maliyyə problemlərinin baş alıb getdiyi dövrlərdə nəticələrimiz indikindən daha yaxşı idi.
 
Futbolda yüzmilyonların, milyardların dövr etdiyi son 10-12 ildə isə nəticələr yaxşılaşmaq əvəzinə, daha da pisləşib, maliyyə axını ilə tərs mütənsiblik təşkil etməyə başlayıb. AFFA rəhbərliyinin yarıtmaz idarəçiliyi üzündən dövlətin top oyununun inkişafı üçün ayırdığı yardımlar havaya sovrulub. Gələcəyə yönəlik, perspektiv üçün heç bir iş görülməyib, uşaq futbolu məhv edilib. İşbazlar öz biznesini quraraq dövlətin pulunun axırına çıxmaqla məşğuldular. Onlar havayı gələn pulu cibə doldurmaqla məşğuldular.
 
Ölkədə futbolun idarəçiliyi de-fakto Elxan Məmmədovun əlindədi. İcraiyyə Komitəsinin xüsusi qərarı ilə əlavə səlahiyyətlər alan baş katib de-yure maliyyəyə də nəzarət edir. Deməli, havaya sovrulan milyonlara görə də məsuliyyət onun boynundadı.
 
Ölkə futbolunun güzgüsü milli komandalardı. Burada nəticələrə baxıb ümumi təsərrüfatın hansı vəziyyətdə olduğunu görə bilirik. Yığmaların nəticələri pisdisə, deməli, ölkədə uşaq futbolundan, futbolun strategiyasından, bölgələrin durumundan, kütləvilikdən danışmağa dəyməz.
 
Və milli komandalarla bağlı təqdim etdiyimiz statistika hər şeyi deyir. Belə ki, 2019-cu il başlayandan bu günə - oktyabrın 14-dək milli komandalarımız 67 oyun keçirib və onlardan yalnız 8-də qalib gəlib (cəmi 12 faiz). 11 müxtəlif milli komandamız bu müddətdə 14 heç-heçəyə nail olub və 45 dəfə uduzub. Ən zəif yığmalardan tutmuş nisbətən güclü komandalara kimi hər cür rəqiblə seçmə mərhələ matçlarında, həmçinin adi yoxlama görüşlərində oynayan təmsilçilərimiz 67 oyunun elə 67 faizində məğlubiyyət görüb - top fərqi - 61:173.
 
ƏSAS MİLLİ
8 oyun: 1 qələbə, 2 heç-heçə, 5 məğlubiyyət, top fərqi - 8:16
Macarıstan 0:1
Bəhreyn 3:2
Xorvatiya 1:1
Uels 1:2
Slovakiya 1:5
Macarıstan 1:3
Litva 0:0
Xorvatiya 1:2
 
U-21
4 oyun: 1 qələbə, 3 məğlubiyyət, top fərqi - 2:10
Fransa 0:5
Gürcüstan 0:3
Slovakiya 2:1
Lixtenşteyn 0:1
 
U-19
14 oyun: 1 qələbə, 5 heç-heçə, 8 məğlubiyyət, top fərqi - 6:25
Çexiya 0:4
Norveç 0:1
Rumıniya 0:4
İrlandiya 1:3
Rusiya 0:0
Küveyt 1:1
İspaniya 0:2
Şotlandiya 0:2
BƏƏ 1:1
BƏƏ 0:1
Belarus 0:4
Belarus 1:0
Malta 2:2
Malta 0:0
 
U-17
11 oyun: 1 qələbə, 1 heç-heçə, 9 məğlubiyyət, top fərqi - 8:28
Belarus 0:2
Belarus 1:4
Litva 3:1
Latviya 0:2
Ukrayna 2:4
İsrail 0:6
Gürcüstan 0:2
Səudiyyə Ərəbistanı 1:2
Makedoniya 1:2
Bosniya və Herseqovina 0:3
Bosniya və Herseqovina 0:0
 
U-16
2 oyun: 1 heç-heçə, 1 məğlubiyyət, top fərqi - 3:5
Makedoniya 1:3
Makedoniya 2:2
 
QADINLAR
3 oyun: 1 heç-heçə, 2 məğlubiyyət, top fərqi - 0:5
İspaniya 0:4
Estoniya 0:0
Estoniya 0:1
 
U-19 (qızlar)
6 oyun: 1 qələbə, 5 məğlubiyyət, top fərqi - 2:24
Albaniya 1:0
Almaniya 0:6
Portuqaliya 0:6
Rusiya 0:7
Belarus 1:2
İran 0:3
 
U-17 (qızlar)
2 oyun: 1 heç-heçə, 1 məğlubiyyət, top fərqi - 0:2
Gürcüstan 0:0
Gürcüstan 0:2
 
U-16 (qızlar)
3 oyun: 1 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət, top fərqi - 3:2
Farer adaları 2:0
Belarus 1:2
Qazaxıstan 0:0
 
FUTZAL YIĞMASI
9 oyun: 2 qələbə, 2 heç-heçə, 5 məğlubiyyət, top fərqi - 22:29
Latviya 3:1
Latviya 2:2
Serbiya 2:1
Serbiya 5:7
Belarus 3:5
Belarus 2:4
Rusiya 1:2
İran 2:2
Qazaxıstan 2:5
 
U-19 (futzal)
5 oyun: 5 məğlubiyyət, top fərqi - 7:37
Sloveniya 1:9
Hollandiya 1:6
Kipr 1:7
Türkiyə 3:5
Türkiyə 1:10
 
(davamı olacaq)

 
tarix: 14-10-2019 15:31


 
Xəbər lenti
18.11.2019

20:26   “Sabah bizi Bakıdakından fərqli oyun gözləyir” - Hamşik

20:10   Pavel Hapal: “Azərbaycanla oyunda yalnız qələbə haqda düşünürük”

19:32   Eddi İsrafilov millimizin düşərgəsində

19:03   Bundesliqa klubunda yeni baş məşqçi

18:31   Kimdir o alçaq?

18:16   Kapitan dünya rekordu qırdı, milli komanda tarix yazdı

17:59   Millimizlə oyunöncəsi 3 itki

17:38   Millinin baş məşqçisi 100-cü oyununa çıxdı

17:17   “Növbəti təyyarə ilə geri qayıtmağım qərara alındı” - Dadaşov

16:58   Modriçin kitabı təqdim olundu

16:34   Ronaldo üzr istəyəcək

15:59   “Qalatasaray”da 2 ciddi itki

15:12   Robben məşqçiliyə başladı

14:52   111 ilin ən yaxşı göstəricisi

14:24   Braziliya millisi dünya çempionu oldu

14:01   Milli karyerasını başa vurdu - 32 yaşında

13:42   Filip Ozobiç bu gündən başlayır

13:32   Millimizin rəqibinin düşərgəsində yeni futbolçu

13:08   “Neftçi”nin futbolçuları Kosta Rikaya qarşı oynadılar

12:30   “Zirə”nin futbolçusu millidə 22 dəqiqə oynadı

12:00   “Qarabağ”ın futbolçusunun ilk qələbədə payı olmadı

11:43   Remzi: “Bakıda qələbə üçün bütün gücümüzü ortaya qoyduq”

11:21   Premyer Liqanın 12-ci turu rəqəmlərin gözü ilə

11:00   Azərbaycan - Ukrayna: Hakim təyinatları açıqlandı

10:30   “Liverpul”un futbolçusu millinin düşərgəsini tərk etdi

10:00   İngiltərə Kosovonu belə darmadağın etdi - VİDEO

09:30   Ukrayna millisindən tarixi nəticə

09:00   Kamran Əliyevli “Ximki” 3 xalı 3 qolla qazandı

01:43   Portuqaliya millisi AÇ-2020-də

17.11.2019

19:35  Millimiz Slovakiyaya yola düşdü - VİDEO

18:37  Prosineçki “Yuventus”un futbolçusunun xidmətindən məhrum oldu

16:22  “Qarabağ” “Düdelanj”la matçın biletlərini satışa çıxarır

16:04  Slovakiya - Azərbaycan: Mətbuat konfranslarının vaxtı məlum oldu

15:16  Almaniya yığmasından rekord göstərici

14:19  27:0 hesablı qələbəyə görə baş məşqçini istefaya göndərdilər

13:38  “Qarabağ”ın futbolçusu millidən kənarlaşdırıldı

12:48  “Barselona” Messi ilə müqavilədə dəyişiklik etmək istəyir

11:50  AÇ-2020-yə vəsiqə qazanan 16 komanda

11:42  “Səbail”ə haqsızlıq edən hakimin cəzası gizlədilir

11:00  90-cı illərə qayıdırıq

10:47  Məmmədovun seçdiyi Yurçeviçlə gözlənilən sonluq

10:32  “Bavariya”dan rekord gəlir

10:20  SOCAR 1 milyon ödədi, İsrafilov “Albasete” üçün qol vurdu

10:14  Qol.az 11 yaşında!

10:09  “Real”da ciddi itki - PSJ ilə oyunda olmayacaq

09:51  Rusiya Belçikaya böyük hesabla uduzdu - VİDEO

09:30  Şeydayev: “İtirəcəyimiz bir şey yoxdu”

09:00  Qara Qarayev: “Son 25 ildə belə qrupumuz olmayıb”

01:50  Xorvatiya, Almaniya, Hollandiya və Avstriya AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az