(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Təsəllin mübarək, AFFA!

Təsəllin mübarək, AFFA!

…Top doğrudan Bəhlul Mustafazadənin əlinə dəyməmişdi. Niderlandlı hakim Dennis Yohan Hiqler də yığmamızın 90+3-cü dəqiqədə Macarıstan millisinin qapısından keçirdiyi qolu hesaba almadığına görə təmsilçimizdən üzr istədi.

Əlbəttə, futbolda belə hal ilk dəfə yaşanmır. "İdmanın şahı"nın dünənini vərəqləsək, onlarla oxşar qərarlar tapa, misallar göstərə bilərik. Bəlli məsələdi, referi yanılmasaydı, indi yer aldığı qrupda ənənəvi sonuncu pillədə qərarlaşan seçməmizin 1 yox, 2 xalı olardı. Nə dəyişərdi?

Böyük ölçüdə heç nə... Ötən il baş məşqçi dəyişikliyinin vacib olduğunu "yuxarılar”a şəxsi mənfəətinə uyğun şəkildə çatdırmaq üçün AÇ-2020-nin final mərhələlərinə qatılmaqdan dəm vuran Elxan Məmmədovun məqsədli açıqlamaları indikindən fərqli sonluq vəd etmirdi. AFFA-nın baş katibi özü də bilirdi ki, Nikola Yurçeviç dönəmində Azərbaycan yığması ən yaxşı halda öz meydanında Xorvatiya ilə heç-heçə oynamağı bacarar. Hamının xəbərdar olduğu cılızlıqları yenidən incələməyə ehtiyac duymuruq.

Yəni yetərincə dramatik sonluğa baxmayaraq Macarıstandan evə 0:1 hesablı yenilgi ilə dönən komandamız xalı haqq etmirdi. Oyun planında rəqibindən çox geri qalan Yurçeviçin yetirmələrinin bəxti sözün əsl mənasında gətirməsəydi, bizimkilər ilk yarıdan sonra fasiləyə 0:3 hesablı məğlubiyyətlə çıxardı. Görüşün birinci hissəsindəki epizodlara yenidən baxmaqla beyninizdə yaranan əlavə suallardan asanlıqla qurtula bilərsiz. Müdafiədən hücuma çıxa bilməyən, Şallai – Cucak cütlüyünün qarşısında aciz görünən futbolçularımız rəqib meydanından heç-heçə ilə qayıtsaydı, bəxt macarlardan üz döndərmiş sayılardı. 

Belə yenilgi AFFA-dakı səriştəsizlərdən başqa heç kəsi qane edə bilməz. Bacarıqsız idarəçilərin çaldığını oynamaqdan başqa yolu qalmayan sıravi azarkeşlərin böyük qisminin hakimin səhvi ilə təsəlli tapdığı faktdı. Bir qrup tərəfdarın Hollandiya səfirliyinin önündə piket keçirməsi, "Niderland pendirinə hə, Niderland hakiminə yox" şüarı səsləndirməsi isə getmiş qatarın relsinə atılmış əzik qərənfili xatırlatdı...

Digər tərəfdən, səfər matçında uduzacağı öncədən sezilən yığmanın qapısında 1 top görərək görüşü bitirməsində qeyri-adi nəsə axtarmaq da mübahisəlidi. Gözlənti və nəticə anlayışına tüpürməmək həmişə vacibdi. 

Təsəllin mübarək, AFFA!

NİHAT, Fanat.az


 
tarix: 14-10-2019 17:21


 
Xəbər lenti
19.11.2019

12:00   AFFA-nın iki əməkdaşı “Krasnodar” – “Bazel” oyununda

11:43   AFFA rəsmisinə UEFA-dan təyinat

11:21   “Zirə”nin futbolçusu Əlcəzairə qarşı oynadı

11:00   “Qarabağ”ın legioneri vətəninə qayıdır?

10:30   “Real”ın futbolçusu 6 həftə oynamayacaq

10:00   “Qalatasaray”da daha bir ciddi itki

09:30   Almaniya klubu yeni baş məşqçisini açıqladı

09:20   Millimiz Slovakiya ilə üz-üzə - YENİLƏNİR

09:10   Azərbaycan Ukraynaya qarşı - YENİLƏNİR

09:00   Seçmə mərhələdə son oyun - YENİLƏNİR

01:46   İspaniya 5, İtaliya 9 qolla qalib gəldi

18.11.2019

22:50  Bəhlul Mustafazadə: “Məqsədimiz qol vurmaq və yaxşı nəticə qazanmaqdı”

22:37  Nikola Yurçeviç: “Yaxşı nəticə qazana bilərik”

20:26  “Sabah bizi Bakıdakından fərqli oyun gözləyir” - Hamşik

20:10  Pavel Hapal: “Azərbaycanla oyunda yalnız qələbə haqda düşünürük”

19:32  Eddi İsrafilov millimizin düşərgəsində

19:03  Bundesliqa klubunda yeni baş məşqçi

18:31  Kimdir o alçaq?

18:16  Kapitan dünya rekordu qırdı, milli komanda tarix yazdı

17:59  Millimizlə oyunöncəsi 3 itki

17:38  Millinin baş məşqçisi 100-cü oyununa çıxdı

17:17  “Növbəti təyyarə ilə geri qayıtmağım qərara alındı” - Dadaşov

16:58  Modriçin kitabı təqdim olundu

16:34  Ronaldo üzr istəyəcək

15:59  “Qalatasaray”da 2 ciddi itki

15:12  Robben məşqçiliyə başladı

14:52  111 ilin ən yaxşı göstəricisi

14:24  Braziliya millisi dünya çempionu oldu

14:01  Milli karyerasını başa vurdu - 32 yaşında

13:42  Filip Ozobiç bu gündən başlayır

13:32  Millimizin rəqibinin düşərgəsində yeni futbolçu

13:08  “Neftçi”nin futbolçuları Kosta Rikaya qarşı oynadılar

12:30  “Zirə”nin futbolçusu millidə 22 dəqiqə oynadı

12:00  “Qarabağ”ın futbolçusunun ilk qələbədə payı olmadı

11:43  Remzi: “Bakıda qələbə üçün bütün gücümüzü ortaya qoyduq”

11:21  Premyer Liqanın 12-ci turu rəqəmlərin gözü ilə

11:00  Azərbaycan - Ukrayna: Hakim təyinatları açıqlandı

10:30  “Liverpul”un futbolçusu millinin düşərgəsini tərk etdi

10:00  İngiltərə Kosovonu belə darmadağın etdi - VİDEO

09:30  Ukrayna millisindən tarixi nəticə

09:00  Kamran Əliyevli “Ximki” 3 xalı 3 qolla qazandı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az