(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Bəlkə də, ömrümün sonuna qədər bunun peşmançılığını çəkəcəm” – Rəşad Sadıqov

“Bəlkə də, ömrümün sonuna qədər bunun peşmançılığını çəkəcəm” – Rəşad Sadıqov

“Qarabağ”ın müdafiəçisi və kapitanı Rəşad Sadıqov bu gün Azərbaycan Dillər Universitetinin qonağı olub.

Futbolinfo.az xəbər verir ki, universitetin idman jurnalistikası müəllimi Sənan Şəfizadənin dəvəti ilə “Futbolumuz və jurnalistikamız” mövzusunda dəvət edilən futbolçu, çıxış edərək, bunları deyib:

“Bu görüşə gəldiyiniz üçün minnətdaram. Çox vacib oyunlardan qabaq danışmağı sevmirəm, çalışıram suallardan qaçım. Ayın 24-də Avropa Liqasının qrup mərhələsində vacib oyuna çıxacağıq. İndi nəsə deyərəm, sonra edə bilmərəm (gülür)”.

“Köhlən atlar”ın müdafiəçisi verilən sualları cavablayaraq, karyerasındakı maraqlı anlardan danışıb:

“Hər zaman öz komandalarımıza, millimizə azarkeşlik etməyin tərəfdarıyam. Öz komandalarımızı qoyub, xarici klublara azarkeşlik etməyi qəbul edə bilmirəm. İtaliya “İnter”ylə oyundakı (0:0) sayılmayan qol epizodu karyeramın ən ağır saniyələri idi. Bəlkə də, ən çox sevindiyim qol bu idi. Hələ də özümü günahlandırıram ki, niyə hakimin oyunu başlamasına icazə verdim. Ən azı topu götürə bilərdim, etiraz edə bilərdim və s. Bəlkə də, ömrümün sonuna qədər bunun peşmançılığını çəkəcəm.

“Real” Çempionlar Liqasında bəzən 2-3 ispan futbolçuyla oynayır, amma bunu qabardan, buna etiraz edən olmur. Amma “Qarabağ”ın heyətində 5-6 yerli futbolçu çıxış edəndə, tərifləyən, sevinən də olmur. Bu gün avrokuboklarda yerli futbolçularla çıxış etmək çətindir. Bunu hamı bilir.

Düşünürəm ki, karyeram iki hissədən ibarətdir: “Qarabağ”dan əvvəl və “Qarabağ”dan sonra. Hər zaman Qarabağ məsələsinin ağırlığını hiss edirəm. Hər zaman istəmişdim ki, ən azı bir il də olsa, bu klubun şərəfini qoruyum. Amma elə oldu ki, karyeramın ən parlaq illərini burda keçirdim. “Rusenborq”la oyun “Qarabağ”ın avrokuboklardakı uğurlarının başlanğıcı olduğu kimi, mənim də karyeramda dönüş nöqtəsi oldu. Həmin vaxt karyeramda çətin vaxtlar idi. “Neftçi”dən qovulmuşdum, heç bir klub məni transfer etmək istəmirdi. Elə oldu ki, “Qarabağ”a keçmək şansım yarandı. Elə həmin oyunla da hər şey sanki yenidən başladı”.

Futbolçu, Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində keçirilən “Düdelanj” – “Qarabağ” oyununda (1:4) dronla qondarma “Dağlıq Qarabağ Respublikası” bayrağının açıldığı epizod haqqında da danışıb:

“Həmin epizodda çox qarışıqlıq oldu. Baş məşqçimiz Qurban Qurbanov çox əsəbi davrandı. Eyni zamanda, bizi sakitləşdirməyə çalışdı. Oyunun hakimi 10 dəqiqəyə bizə matça başlamağımızı dedi. Amma biz oyuna başlamayacağımızı, o parçanın meydana enməməsinin lazım olduğunu dedik. Bu hərəkət ucuzluqdan başqa bir şey deyil. Biz oyunumuzla cavab verməyə çalışdıq, sevinirik ki, həmin oyunda qələbə qazana bildik. Onlar etdikləri ilə heç nəyə nail olmadılar. O vaxt nail olardılar ki, o bayraq meydanın ortasına sancılardı”.


 
tarix: 14-10-2019 18:00


 
Xəbər lenti
19.11.2019

12:00   AFFA-nın iki əməkdaşı “Krasnodar” – “Bazel” oyununda

11:43   AFFA rəsmisinə UEFA-dan təyinat

11:21   “Zirə”nin futbolçusu Əlcəzairə qarşı oynadı

11:00   “Qarabağ”ın legioneri vətəninə qayıdır?

10:30   “Real”ın futbolçusu 6 həftə oynamayacaq

10:00   “Qalatasaray”da daha bir ciddi itki

09:30   Almaniya klubu yeni baş məşqçisini açıqladı

09:20   Millimiz Slovakiya ilə üz-üzə - YENİLƏNİR

09:10   Azərbaycan Ukraynaya qarşı - YENİLƏNİR

09:00   Seçmə mərhələdə son oyun - YENİLƏNİR

01:46   İspaniya 5, İtaliya 9 qolla qalib gəldi

18.11.2019

22:50  Bəhlul Mustafazadə: “Məqsədimiz qol vurmaq və yaxşı nəticə qazanmaqdı”

22:37  Nikola Yurçeviç: “Yaxşı nəticə qazana bilərik”

20:26  “Sabah bizi Bakıdakından fərqli oyun gözləyir” - Hamşik

20:10  Pavel Hapal: “Azərbaycanla oyunda yalnız qələbə haqda düşünürük”

19:32  Eddi İsrafilov millimizin düşərgəsində

19:03  Bundesliqa klubunda yeni baş məşqçi

18:31  Kimdir o alçaq?

18:16  Kapitan dünya rekordu qırdı, milli komanda tarix yazdı

17:59  Millimizlə oyunöncəsi 3 itki

17:38  Millinin baş məşqçisi 100-cü oyununa çıxdı

17:17  “Növbəti təyyarə ilə geri qayıtmağım qərara alındı” - Dadaşov

16:58  Modriçin kitabı təqdim olundu

16:34  Ronaldo üzr istəyəcək

15:59  “Qalatasaray”da 2 ciddi itki

15:12  Robben məşqçiliyə başladı

14:52  111 ilin ən yaxşı göstəricisi

14:24  Braziliya millisi dünya çempionu oldu

14:01  Milli karyerasını başa vurdu - 32 yaşında

13:42  Filip Ozobiç bu gündən başlayır

13:32  Millimizin rəqibinin düşərgəsində yeni futbolçu

13:08  “Neftçi”nin futbolçuları Kosta Rikaya qarşı oynadılar

12:30  “Zirə”nin futbolçusu millidə 22 dəqiqə oynadı

12:00  “Qarabağ”ın futbolçusunun ilk qələbədə payı olmadı

11:43  Remzi: “Bakıda qələbə üçün bütün gücümüzü ortaya qoyduq”

11:21  Premyer Liqanın 12-ci turu rəqəmlərin gözü ilə

11:00  Azərbaycan - Ukrayna: Hakim təyinatları açıqlandı

10:30  “Liverpul”un futbolçusu millinin düşərgəsini tərk etdi

10:00  İngiltərə Kosovonu belə darmadağın etdi - VİDEO

09:30  Ukrayna millisindən tarixi nəticə

09:00  Kamran Əliyevli “Ximki” 3 xalı 3 qolla qazandı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az