(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Şeydayevin həqiqəti: “Oynadığımız oyuna görə utanıram”

Şeydayevin həqiqəti: “Oynadığımız oyuna görə utanıram”

Bunu sıravi azarkeş demir, millimizin əsas heyət oyunçusu Ramil Şeydayev deyir: “Çox pis oynayırdıq - bunu boynumuza almalıyıq. Oynadığımız oyuna görə utanıram. Hətta belə oyunla da bir xal götürə bilərdik. Amma axırıncı epizodda hakim səhv etdi. Bu, heyfsləndirici idi”.

Bunu jurnalist demir, yığmamızın əsas qol silahı Ramil Şeydayev deyir: “Hər şey psixologiyadan asılıdır. Oyundan öncə az adam qələbə haqqında düşünür. Çoxu heç-heçəni fikirləşirdi. Biz rəqib qapıya uzaqdan cəmi 2, ya 3 zərbə endirdik. Zərbələr də təhlükəli olmurdu. Belə olmamalıdı. Oyundan sonra hamı hakim səhvindən danışır, buna görə xal itirdiyimizi deyirlər. Amma heç kim eşitmək istəmir ki, biz necə oynamışıq”.

Bunu bu xalqın düşməni demir, meydanda hamıdan çox tər tökənlərdən Ramil Şeydayev deyir: “Mən məğlubiyyətdən daha çox göstərdiyimiz oyundan məyusam. Biz də insanıq və futbol oynaya bilirik. Sadəcə, azarkeşlərə, ölkəyə inam vermək istəyirik, doğmalarımızın bizimlə fəxr etməsini diləyirik. Azərbaycan xalqının, vətənin bizə inanmasını arzulayırıq. Qoy 0:1, 0:2 məğlub olaq, amma mübarizə aparaq, pressinq edək, qapıya 15 zərbə endirək. Bundan sonra deyək ki, oyuna görə utanmırıq. Ancaq belə biz oynamağı öyrənə bilərik. Dünənki oyunla heç nə öyrənə bilmərik. Məyusluqdu, vəssalam". (azerisport.com)

İndi hansısa hakim səhvindən yapışıb, bəhanə axtarmağa nə gərək var? Deyək ki, həmin qol sayılacaqdı və 2 xalımız olacaqdı, bəs, həmin heç-heçə bizi hansı hədəfə çatdıracaqdı? Uzağı, AFFA büdcəsindən 300-400 manat mükafat ayrılacaq, kimlərsə cibini dolduracaq və ictimaiyyət aldadılacaqdı. Bəsdir, cənablar, özümüzü aldatmayaq, ölkədə futbol məhv edilib, belə təsadüfi epizodlardan “sallanmaq” lazım deyil.

Ramil Rusiya futbol məktəbinin yetirməsidi, əsl futbolun içindədi, həqiqəti daha yaxşı görür və olanı deyir. O da özünə bəraət üçün ümumi cümlələrdən istifadə edə, axına qoşula bilərdi. Lakin axı, özünü aldadacaqdı. Belə futbolla böyük hədəflərə uzanmaq olmaz. Və o, həqiqəti deyir, AFFA rəhbərliyinə yarınmır, baş məşqçi Nikola Yurçeviçə xoş gəlmək üçün dilini sürümür.

Şeydayev yaxşı başa düşür ki, bu vətən onundu, özü kimi rayon uşağı olan Təmkin Xəlilzadənin, Bəhlul Mustafazadənindi – millidə can qoyanların. Eddi İsrafilov, Riçard Almeyda, Bədavi Hüseynov, Pavel Paşayev belə danışmaz, onlar Elxan Məmmədov kimi düşünür.


 
tarix: 15-10-2019 09:00


 
Xəbər lenti
14.11.2019

12:51   İsrafilov Slovakiya ilə oyuna gələcəkmi?

12:43   ABŞ millisinin üzvü rəsmən “Borussiya”da

12:16   İbrahimoviçin ABŞ karyerası başa çatdı

11:53   UEFA “Qarabağ”ın hesabına pul köçürdü

11:30   “Azərbaycan millisinə hörmətlə yanaşacağıq”

11:00   Komanda yoldaşı ilə zarafata görə 1 oyunluq cəza

10:30   İngiltərə yığması üçün tarixi matç

10:12   Vengerin yeni iş yeri bəlli oldu

09:51   Milli faciə davam edir: bu dəfə 1:6 ilə

09:30   Kamran Əliyevli “Ximki” yenə uduzdu

09:00   Musayevin püşk atmaqlığı

01:09   Millimiz Lixtenşteynə qarşı - YENİLƏNİR

13.11.2019

23:42  “Penaltidən sonra oyunun gedişi rəqibin lehinə dəyişdi”

22:06  “Qarabağ” rəsmisinə ECA-da daha bir etimad

20:46  Türkiyə millisində ciddi itki

19:03  Millimiz Yunanıstana biabırçı hesabla məğlub oldu

18:20  “Milan”dan ayrıldı, karyerasını başa vurdu

18:00  Ramin Musayev: “Komanda sayının azlığı bizdən asılı məsələ deyil”

17:40  AÇ-2020 üçün yeni sponsor – 21 illik əməkdaşlığa son qoyuldu

17:21  AFFA Həmkarlar İttifaqı Masallıda da təşkilat yaratdı

17:00  Modriç mükafatlandırıldı

16:41  “Atletiko”nun futbolçusu 9 ay sonra qayıtdı

16:20  “Qazaxıstan, Azərbaycan və ya Farer adalarına uçmaq istəyim yoxdu”

16:00  PSJ “Le Man”a, “Monako” “Lill”ə rəqib oldu

15:47  9 kluba texniki məğlubiyyət, hakimi vuran məşqçiyə 10 oyunluq cəza

15:32  “Fənərbaxça”nın sabiq baş məşqçisinə həbs cəzası

15:16  Azərbaycan kubokunun püşkü atıldı

15:00  Azərbaycan - Uels matçı Deniz Aytekinə tapşırıldı

14:45  Dadaş Dadaşlinski Elxan Məmmədovdan əl çəkmir - VİDEO

14:30  Divizion klublarının da cəzası açıqlandı

14:15  AFFA 4 klubu 800 manat cərimə etdi

14:00  “Azərbaycanla oyunda qələbə qazanmasaq…”

13:41  Nazirdən “Düdelanj” – “Qarabağ” oyunundakı təxribatla bağlı açıqlama

13:20  “Aston Villa”nın futbolçusu millimizə qarşı oynamayacaq

13:00  David Vilya karyerasını başa vurur

12:40  Emil Balayev mövsümün rəmzi komandasında

12:21  Millimiz Yunanıstana qarşı

12:01  Asim Xudiyevə beynəlxalq təyinat

11:40  Azərbaycan - Uels: Mətbuat konfranslarının vaxtı bilindi

11:34  Dani möcüzə gözləyir: “Buna inanmasaq, elə Bakıda qalarıq”

11:21  Misir yığmasında Salah şoku

11:00  Maldini “Milan”la müqavilə imzaladı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az