(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Təhlükəli mitinq oyunu

Təhlükəli mitinq oyunu

AFFA bunu da lazım bildi. Ardıcıl uğursuzluqların gətirdiyi təlaş qurum rəhbərliyini anormal hərəkətlərə əl atmağa vadar edir.
 
Təbii ki, AFFA azarkeşlərin müstəqil addım atdığını, bu işdə assosiasiyanın rolunun olmadığını deyəcək. Rəsmiyyətdə belədi, gizlidə isə müəyyən işlər görülür, iz azdırmaq, gündəmi dəyişmək, yuxarılara bəhanə göstərmək üçün şou düzəldilir. Bu barədə müəyyən informasiyalar var.
 
Dünən bir qrup azarkeş Bakıda Niderland səfirliyinin binası qarşısında etiraz aksiyası keçirib. Onlar ötən gün Azərbaycan milli komandasının AÇ-2020-nin seçmə mərhələsində Macarıstana hollandiyalı hakim Dennis Yohan Hiqlerin yanlış qərarı ilə uduzmasına etiraz edib. Fanatlar "Azərbaycan, Azərbaycan" şüarı səsləndirib, pankartlar açıblar. Azarkeşlər bildirib ki, Azərbaycana qarşı olan ədalətsizlik hamımıza qarşı olan ədalətsizlikdir. Pankartlarda "Xalımızı geri qaytar", "Futbol siyasət deyil", "Qolu vermədiyiniz üçün, "çox sağ ol", "Niderland pendirinə hə, niderland hakiminə yox", "Ədalətsiz qərar" yazılıb.
 
Niderland səfirliyi etirazlara reaksiya verməyib. Düz də ediblər, çünki mənasız aksiya idi və ciddi əsası görünmürdü. Hər hakim səhvinə görə belə reaksiya verilsə, bütün dünya bir-birinə dəyər. Az qala hər gün hansısa matçda hakim səhvi qeydə alınır, kiminsə haqqı yeyilir. Bəli, Budapeştdə hakim səhvi nəticəsində qolumuz sayılmadı. Lakin o top turnir maraqlarımıza hansısa zərbə vurmadı, qazanılacaq bir xal bizi qrupdan çıxarmayacaqdı.
 
Bu şou AFFA-ya lazım idi. Tsiklin əvvəlində bir qrupunun oyunları Bakıda keçiriləcək qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanmaq tapşırığı verilmişdi. AFFA yarıtmaz idarəçilik üzündən vəzifənin öhdəsindən gələ bilmədi. İndi isə belə şoularla gündəm yaradır, “yuxarılar”a məhz bu səbəblərdən, guya ki, hakim qərəzi üzündən hədəfə çata bilmədiklərini nümayiş etdirirlər. Halbuki tapşırığı verib, həllini görməyənlər hər şeyin fərqindədi.
 
AFFA-nın baş katibi Elxan Məmmədov təhlükəli oyun oynayır. Onun səriştəsizliyi üzündən stadionlarda, deməli, həm də ölkədə istefa şüarları dəb halını alıb. Zəif nəticələr üzündən millinin oyunlarında başlayan dalğa indi çempionat matçlarında davam edir. Ölkədə sabitliyin olduğu bir dövrdə azarkeşlərin haqlı narazılığına səbəb olan fəaliyyət araşdırılmalı olduğu halda, futbol təsərrüfatındakılar indi yenə şoular hazırlayır.
 
Sanki Məmmədov bu dəfə də mitinqləri populyarlaşdırmaq niyyətindədi. Dünən səfirlik qarşısında olan aksiyanın davamı ola bilər, bu isə yaxşı nəticələr vəd etmir. Niderland səfirliyi önündəki aksiyaya qısa müddətdə razılıq alanlar, bir gecəyə plakat hazırlığı görənlər, təşkilati işləri qüsursuz görənlər sabah hansısa Premyer Liqa klubunun azarkeşlərinin oxşar istəyi olarkən nə edəcək? Axı, milli çempionat matçlarında hər tur hansısa ciddi səhv olur. Ənənə yaratmaq istəyirlərsə, gərək Sumqayıt və Zirə azarkeşləri ilk turlarda ardıcıl üzləşdikləri hakim səhvləri üzündən AFFA binası qarşısında hər həftə toplaşmasının mümkünlüyü riskini də gözə alalar. Və bu tendensiya yarandıqdan sonra qarşıda bizi belə aqibət gözləyə bilər.
 
İndiki AFFA rəhbərliyinin hakimiyyətə gəlməsi də oxşar hadisələrlə əlamətdar olmuşdu. Fuad Musayevin qovulması məhz mitinqlərdən sonra rəsmiləşmişdi. Yoxsa bu işin təşkilatçıları ənənəni yaradıb, yaxın gələcəkdə qurumun indiki rəhbərliyini yola salmaq üçün variant təklif edir? AFFA bu məsələdə rolu olmadığını iddia edirsə, bu barədə rəsmi bəyanat yayması vacibdi, çünki dünəndən sosial şəkildə bunun məqsədli aksiya olması barədə çox yazılır.
 
Mitinqlə bağlı yazılanlara reaksiya verənlərdən biri elə futbol sahəsində çalışan şəxsdi. “Turan Tovuz”un sabiq prezidenti, çempionat matçlarına AFFA nümayəndəsi kimi gedən Namiq Məstanov bir statusa belə şərh yazıb: “Elxan Məmmədov indi də respublikada aranı qarişdırmaqla məşğuldu, ictimai sabitliyi pozur. Xahiş edirəm, xüsusi xidmət orqanları bunun niyyətini araşdırsın”.
 
Hətta dünən başverənlərdə AFFA-nın rolu olmasa da, qurum məsələyə münasibət bildirməlidi. Söhbət futboldan, onun ətrafındakı proseslərdən gedir. Yoxsa siyasi müxalifətin təşkil etdiyi mitinqə bu şəkildə dəstək verilməsini nümayiş etdirirlər?
 
FƏRİD

 
tarix: 15-10-2019 10:12


 
Xəbər lenti
22.11.2019

14:00   “Azərbaycanla oyunda kədərli qələbə qazandıq”

13:43   Tedesko: “Bu, Quliyevin pis futbolçu olması anlamına gəlmir”

13:21   “Qarabağ”ın 4 qol vurduğu stadiona görə ultimatum

13:03   Susun və gülün, Mircavadov!

12:42   SOCAR “Fənərbaxça”ya sponsor ola bilər

12:30   “Qarabağ” “Sumqayıt”a qarşı - YENİLƏNİR

12:24   “Real” Benzema ilə bağlı qərar verdi

11:57   Federasiya prezidentinə cinayət işi açıldı

11:30   Millidə xaos: Bəhreynlə oyundakı qələbənin mükafatı hələ də verilməyib

11:11   Emil Balayev mövsümün ən yaxşısı seçildi

11:01   Balotelli məşqdən qovuldu

10:44   Mourinyo: “Mənə “Tottenhem”də yeni futbolçu lazım deyil”

10:30   Ronaldo üzr istəmədi

10:17   Yurçeviçsiz yığma neçə xal toplayardı?

10:00   Almaniya klubu türk futbolçu ilə müqaviləyə xitam verdi

09:30   “Qalatasaray”ın futbolçusu Belçikada yenə heyətə alınmadı

09:00   “Yuventus”da yeni müqavilə

21.11.2019

20:24  Ağabala Ramazanov: “Şerif”də oynamaq istəyirəm”

19:40  Ermənistan futbolu başsız qaldı

18:34  Rusiyalı futbolçu Türkiyə klubundan ayrıldı

18:11  “Qarabağ”ın “Sevilya” ilə matçına stadiondan baxmaq istəyənlərin diqqətinə

17:45  Ən sadiq futbolçular

17:14  “Borussiya”dan 250 milyon avroluq anlaşma

16:49  “Kəpəz”dən darmadağın, çempiondan məğlubiyyət

16:27  Sumqayıt şəhər stadionuna 5 milyon manat ayrıldı!

16:16  Neymar sıraya döndü, Mbappe...

15:49  “Real”ın futbolçusunun barmağı sındı

15:10  “Atletiko” Dieqo Kostanı 3 aylıq itirdi

14:33  “Golden Boy” mükafatına son 3 namizəd

14:09  Depay birinci, Ronaldo 10-cu oldu

13:41  UEFA Rumıniya millisi ilə intizam işi açdı

13:16  “Qarabağ” nə “Yuventus”, nə də “Lion"du”

12:44  “Borussiya”lı üçün il bitdi

12:32  “Messi və Ronaldo ilə eyni səviyyədə ola bilərdim, amma bunu istəmədim”

12:17  “Milan”dan İbrahimoviçə 1,5 illik təklif

11:53  “Zirə” ilə matça qələbə üçün çıxacağıq”

11:44  Ronaldonun əvəzinə Mbappe

11:30  "Heç vaxt bu qədər sevinməmişdim"

11:25  Daha bir milli baş məşqçisiz qaldı

11:19  Slavçevin vidası reallaşır

11:00  Milli oyuncaq

10:49  “Bavariya”dan qapıçısı ilə yeni müqavilə

10:34  “Fiorentina”nın futbolçusu 5 min avroya görə döyüldü

10:15  Xayme Romero: “Enişin olması normaldı”

10:00  AÇ-2020-nin püşkatmasını tənqid etdi

09:40  Mourinyonun “Tottenhem”də illik qazancı bəlli oldu

09:27  Milli komandada baş məşqçi istefası

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az