(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Uçurumun dibində: dövləti unutduran AFFA

Uçurumun dibində: dövləti unutduran AFFA

(əvvəli bu linkdə)
 
AFFA-nın hesabatlarına, qurum rəsmilərinin açıqlamalarına baxanda adama elə gəlir ki, futbol dövlətin yadından çıxıb. Bütün idman növlərinə misilsiz dövlət dəstəyinin göstərildiyi bir zamanda futbolun kənarda qalmasına təəssüflənirsən. Axı, bir nömrəli idman növünə niyə biganə münasibət göstərilsin ki?
 
Əslində, AFFA-nın süni şəkildə, məqsədli yaratdığı görüntü belədir. Reallıqda son 14 ildə futbola 2-3 milyard manat sərf olunub və bütün vəsait dövlətin qayğısı sayəsində bu sahəyə yönəlib. Xüsusilə 2005-2015-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində futbol təsərrüfatımız əksər dünya ölkələrinin xəyal edəcəyi pulları görüb. İş görülməyibsə, inkişafa nail olunmayıbsa, bunun günahkarı səriştəsiz kadrlardı. Deməli, işin icrasına nəzarət edilməyib, prosesə nəzarət edənlər hansısa səbəblərdən maliyyənin havaya sovrulmasına göz yumub.
 
AFFA filan klubları saxlayır; AFFA filan stadionları tikdi; AFFA-nın vəsaiti hesabına idman qurğuları təmir olundu – bunlar təkcə xəbər başlıqları deyil, assosiasiya rəhbərliyi də müsahibələrində tez-tez oxşar cümlələri işlədir. Sanki AFFA pul kəsir, iş görüb, qazanc götürür və ya dünya təşkilatlarından qrant alıb, ölkə futboluna xərcləyir. Dövlətin göstərdiyi qayğı hər imkanda kiçildilir, arabir SOCAR-ın adı çəkilir, vəssalam. Halbuki...
 
AFFA-nın bu ilin martında keçirilən Hesabat Konfransında açıqlanan rəqəmlərə baxdıqda dövlətin əslində, futbola necə dayaq durduğunu, bu sahənin inkişafı üçün hansı işləri gördüyünü əyani görürük. Belə ki, hesabat görə, 2018-ci ildə AFFA-nın büdcəsi 25 456 685 manat olub. Və bu pulun 58,24 faizi ölkə daxilindən formalaşıb. 11 milyon 50 min manat baş sponsor SOCAR-dan, qalanı da digər yerli şirkətlərdən təmin edilib. 10,6 milyon manat xaricdən büdcəyə daxil olub. Onun da əksəri heç də hansısa əməyin nəticəsi deyil, sadəcə, FIFA, UEFA müxtəlif layihələr çərçivəsində bu yardımı bütün ölkələrə edir.
 
Ən maraqlısı odur ki, AFFA dövlətin qayğısını hiss etdirməmək üçün bir çox maliyyə ayırmalarını gizlədir. Məsələn, stadionların saxlanılması üçün əlavə olaraq SOCAR-dan 746 950 manat ayrılıb. Bundan başqa, 2 Premyer Liqa və 5 divizion klubuna da 7 464 774 manat dövlət şirkəti vasitəsilə ödənilib. Deməli, dövlət futbola 11,050 milyon yox, 18 961 724 manat yönəldib. Bir neçə əlavə ödənişləri də nəzərə alsaq, AFFA-nın real büdcəsi 25,4 yox, 34,8 milyon manat olub. Bu isə ümumi büdcənin 70 faizə qədərinin məhz dövlət vəsaiti hesabına müəyyənləşdiyini göstərir.
 
Eyni tendensiya əvvəlki illərdə də olub. 2018, 2017 və daha əvvəlki illərin hesabatlarına baxanda oxşar mənzərənin şahidi oluruq. Məsələn, 2016-cı ildə AFFA-nın büdcəsi 23 971 739 manat kimi göstərilmişdi, baş sponsor SOCAR-ın 10 189 400 manat xərclədiyi hesabatda əksini tapmışdı. Halbuki Dövlət Neft Şirkəti 1 810 510 manatı Bakı Olimpiya Stadionunun, 2 507 837 manatı klubların hesabına köçürmüşdü. Bütün hallarda dövlət SOCAR vasitəsi ilə futbol büdcəsinin böyük əksəriyyətini təmin edir, amma rəsmi açıqlamalarda yalnız AFFA-nın adının çəkilməsinə şahid oluruq. Məqsəd nədi?
 
(davamı olacaq)

 
tarix: 15-10-2019 11:21


 
Xəbər lenti
18.11.2019

20:26   “Sabah bizi Bakıdakından fərqli oyun gözləyir” - Hamşik

20:10   Pavel Hapal: “Azərbaycanla oyunda yalnız qələbə haqda düşünürük”

19:32   Eddi İsrafilov millimizin düşərgəsində

19:03   Bundesliqa klubunda yeni baş məşqçi

18:31   Kimdir o alçaq?

18:16   Kapitan dünya rekordu qırdı, milli komanda tarix yazdı

17:59   Millimizlə oyunöncəsi 3 itki

17:38   Millinin baş məşqçisi 100-cü oyununa çıxdı

17:17   “Növbəti təyyarə ilə geri qayıtmağım qərara alındı” - Dadaşov

16:58   Modriçin kitabı təqdim olundu

16:34   Ronaldo üzr istəyəcək

15:59   “Qalatasaray”da 2 ciddi itki

15:12   Robben məşqçiliyə başladı

14:52   111 ilin ən yaxşı göstəricisi

14:24   Braziliya millisi dünya çempionu oldu

14:01   Milli karyerasını başa vurdu - 32 yaşında

13:42   Filip Ozobiç bu gündən başlayır

13:32   Millimizin rəqibinin düşərgəsində yeni futbolçu

13:08   “Neftçi”nin futbolçuları Kosta Rikaya qarşı oynadılar

12:30   “Zirə”nin futbolçusu millidə 22 dəqiqə oynadı

12:00   “Qarabağ”ın futbolçusunun ilk qələbədə payı olmadı

11:43   Remzi: “Bakıda qələbə üçün bütün gücümüzü ortaya qoyduq”

11:21   Premyer Liqanın 12-ci turu rəqəmlərin gözü ilə

11:00   Azərbaycan - Ukrayna: Hakim təyinatları açıqlandı

10:30   “Liverpul”un futbolçusu millinin düşərgəsini tərk etdi

10:00   İngiltərə Kosovonu belə darmadağın etdi - VİDEO

09:30   Ukrayna millisindən tarixi nəticə

09:00   Kamran Əliyevli “Ximki” 3 xalı 3 qolla qazandı

01:43   Portuqaliya millisi AÇ-2020-də

17.11.2019

19:35  Millimiz Slovakiyaya yola düşdü - VİDEO

18:37  Prosineçki “Yuventus”un futbolçusunun xidmətindən məhrum oldu

16:22  “Qarabağ” “Düdelanj”la matçın biletlərini satışa çıxarır

16:04  Slovakiya - Azərbaycan: Mətbuat konfranslarının vaxtı məlum oldu

15:16  Almaniya yığmasından rekord göstərici

14:19  27:0 hesablı qələbəyə görə baş məşqçini istefaya göndərdilər

13:38  “Qarabağ”ın futbolçusu millidən kənarlaşdırıldı

12:48  “Barselona” Messi ilə müqavilədə dəyişiklik etmək istəyir

11:50  AÇ-2020-yə vəsiqə qazanan 16 komanda

11:42  “Səbail”ə haqsızlıq edən hakimin cəzası gizlədilir

11:00  90-cı illərə qayıdırıq

10:47  Məmmədovun seçdiyi Yurçeviçlə gözlənilən sonluq

10:32  “Bavariya”dan rekord gəlir

10:20  SOCAR 1 milyon ödədi, İsrafilov “Albasete” üçün qol vurdu

10:14  Qol.az 11 yaşında!

10:09  “Real”da ciddi itki - PSJ ilə oyunda olmayacaq

09:51  Rusiya Belçikaya böyük hesabla uduzdu - VİDEO

09:30  Şeydayev: “İtirəcəyimiz bir şey yoxdu”

09:00  Qara Qarayev: “Son 25 ildə belə qrupumuz olmayıb”

01:50  Xorvatiya, Almaniya, Hollandiya və Avstriya AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az