(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Uçurumun dibində: 1/3-i bir adama ayrılan büdcə

Uçurumun dibində: 1/3-i bir adama ayrılan büdcə

(əvvəli bu linkdə)
 
AFFA-nın fəaliyyətində çox ciddi yanlışlıqlar var. Baş katib Elxan Məmmədov qurumu şəxsi şirkəti kimi idarə edir. Halbuki maliyyənin əsas mənbəyi dövlət büdcəsi olduğundan dövlətin maraqları əsas götürülməlidi.
 
Lakin qurumda daha çox şəxsi maraqlar ön plandadı, müəyyən işbaz dəstə formalaşdırılıb və böyük pullar o çevrədən kənara çıxmır. Bütün önəmli işlər Məmmədovun kadrlarının əlindədi. Qidalanmadan geyim/ləvazimat təminatına, menecer işlərindən stadionların qazonlarına qulluğa kimi hər şey bir qrupun əlindədi.
 
Və ya başqa bir fakt: 2018-in yekunlarına görə bütün maliyyəsi AFFA-dan təmin olunan “Keşlə”yə 5,271 milyon manat vəsait ayrılıb. Klubun rəhbəri Zaur Axundova bu məbləğ kifayət etməyib və o, daha 468 min xərcləyib. Bu şəxs eyni zamanda Futzal Federasiyasının da prezidentidi və bu quruma da 493 min manat ayrılıb. Üstəlik, federasiyaya mənbəyi hesabatda rəsmən göstərilməyən daxili qaynaqlardan əlavə olaraq 141 600 manat əlavə edilib. Hesablayırıq və bəlli olur ki, təkcə Axundovun xərcləməsi üçün 6 373 600 manat ayrılıb.
 
Dövlətin SOCAR vasitəsilə futbola 18 961 724 manat ayırdığını nəzərə alsaq, bu məbləğin 1/3-nin bir nəfərə ayrılması çox maraqlıdı . Ümumiyyətlə, AFFA-nın büdcəsinin 18 faizdən çoxunun yalnız Zaur bəyin rəhbərlik etdiyi qurumlara ayrılmasında məntiq nədi? Axı, bu şəxsin rəhbərlik etdiyi “Keşlə” son 2 mövsümdə Premyer Liqanı 8 komanda arasında 7-ci və 8-ci pillələrdə başa vurub, futzal millilərimiz isə 2019-da keçirdiyi 14 oyunun cəmi ikisində qalib gəlib, avrokuboklarda biabırçı nəticəyə imza atıb, ölkədə futzal çempionatı da həvəskar səviyyədədi.
 
O zaman maraqlıdı: bu sevginin səbəbi nədir? Nəyə görə işbacarmaz bir şəxsə bu qədər geniş imkanlar yaradılır, məqsəd nədir? Yoxsa o məbləğin müəyyən bir qismi hansısa formada kimlərəsə çatır? Bəlkə araşdırılsın?
 
70 faizi dövlətin ayırdığı maliyyə hesabına formalaşan AFFA büdcəsinin qalan hissəsi də bu şəkildə bölüşdürülüb və müəyyən qruplara böyük tikələr verilib. Nəticə də bəllidi: ölkədə futbol kütləvi deyil, regionlar heç kimin yadına düşmür, uşaq futbolunda durum dözülməzdi, kadr hazırlığına real diqqət ayrılmır. Və bütün bu səriştəsizliyin, sistemsizliyin sonucunda millimizin Avropa çempionatının final mərhələsinə yüksəlməsini gözləyirik. İndiki idarəçilərlə bu arzunun dalınca qaçmağa dəyərmi?
 
(davamı olacaq)

 
tarix: 15-10-2019 13:30


 
Xəbər lenti
18.11.2019

20:26   “Sabah bizi Bakıdakından fərqli oyun gözləyir” - Hamşik

20:10   Pavel Hapal: “Azərbaycanla oyunda yalnız qələbə haqda düşünürük”

19:32   Eddi İsrafilov millimizin düşərgəsində

19:03   Bundesliqa klubunda yeni baş məşqçi

18:31   Kimdir o alçaq?

18:16   Kapitan dünya rekordu qırdı, milli komanda tarix yazdı

17:59   Millimizlə oyunöncəsi 3 itki

17:38   Millinin baş məşqçisi 100-cü oyununa çıxdı

17:17   “Növbəti təyyarə ilə geri qayıtmağım qərara alındı” - Dadaşov

16:58   Modriçin kitabı təqdim olundu

16:34   Ronaldo üzr istəyəcək

15:59   “Qalatasaray”da 2 ciddi itki

15:12   Robben məşqçiliyə başladı

14:52   111 ilin ən yaxşı göstəricisi

14:24   Braziliya millisi dünya çempionu oldu

14:01   Milli karyerasını başa vurdu - 32 yaşında

13:42   Filip Ozobiç bu gündən başlayır

13:32   Millimizin rəqibinin düşərgəsində yeni futbolçu

13:08   “Neftçi”nin futbolçuları Kosta Rikaya qarşı oynadılar

12:30   “Zirə”nin futbolçusu millidə 22 dəqiqə oynadı

12:00   “Qarabağ”ın futbolçusunun ilk qələbədə payı olmadı

11:43   Remzi: “Bakıda qələbə üçün bütün gücümüzü ortaya qoyduq”

11:21   Premyer Liqanın 12-ci turu rəqəmlərin gözü ilə

11:00   Azərbaycan - Ukrayna: Hakim təyinatları açıqlandı

10:30   “Liverpul”un futbolçusu millinin düşərgəsini tərk etdi

10:00   İngiltərə Kosovonu belə darmadağın etdi - VİDEO

09:30   Ukrayna millisindən tarixi nəticə

09:00   Kamran Əliyevli “Ximki” 3 xalı 3 qolla qazandı

01:43   Portuqaliya millisi AÇ-2020-də

17.11.2019

19:35  Millimiz Slovakiyaya yola düşdü - VİDEO

18:37  Prosineçki “Yuventus”un futbolçusunun xidmətindən məhrum oldu

16:22  “Qarabağ” “Düdelanj”la matçın biletlərini satışa çıxarır

16:04  Slovakiya - Azərbaycan: Mətbuat konfranslarının vaxtı məlum oldu

15:16  Almaniya yığmasından rekord göstərici

14:19  27:0 hesablı qələbəyə görə baş məşqçini istefaya göndərdilər

13:38  “Qarabağ”ın futbolçusu millidən kənarlaşdırıldı

12:48  “Barselona” Messi ilə müqavilədə dəyişiklik etmək istəyir

11:50  AÇ-2020-yə vəsiqə qazanan 16 komanda

11:42  “Səbail”ə haqsızlıq edən hakimin cəzası gizlədilir

11:00  90-cı illərə qayıdırıq

10:47  Məmmədovun seçdiyi Yurçeviçlə gözlənilən sonluq

10:32  “Bavariya”dan rekord gəlir

10:20  SOCAR 1 milyon ödədi, İsrafilov “Albasete” üçün qol vurdu

10:14  Qol.az 11 yaşında!

10:09  “Real”da ciddi itki - PSJ ilə oyunda olmayacaq

09:51  Rusiya Belçikaya böyük hesabla uduzdu - VİDEO

09:30  Şeydayev: “İtirəcəyimiz bir şey yoxdu”

09:00  Qara Qarayev: “Son 25 ildə belə qrupumuz olmayıb”

01:50  Xorvatiya, Almaniya, Hollandiya və Avstriya AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az