(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Azərbaycan insanların düşündüyündən güclüdü”

“Azərbaycan insanların düşündüyündən güclüdü”

"Slovakiya və Xorvatiya ilə oyunlar seçmə mərhələdəki ən yaxşı çıxışlarımız idi. Çox səliqəli oynadıq, əsl kollektiv kimi mübarizə apardıq". 

Futbolinfo.az xəbər verir ki, bunu Uels yığmasının müdafiəçisi Ben Deyvis deyib.

Azərbaycan millisi ilə eyni qrupda yer alan britaniyalılar AVRO-2020-nin seçmə mərhələsində səfərdə Slovakiya, evdə isə Xorvatiya ilə 1:1 hesablı bərabərə qalaraq, final mərhələsi şansını davam etdirib.

26 yaşlı sol cinah oyunçusu bu nəticələrin onları ümidləndirdiyini söyləyib: "Bizi məğlub etmək çətindi və hədəfimiz də ortadadı. Bəzən yavaşlamaq, yaxşı təşkilatlanmaq və lazım gələndə bütün komanda ilə müdafiə olunmaq lazımdı. Geridə qalan iki oyun bütün bunların bizdə yaxşı alındığını göstərdi. Final mərhələsinə vəsiqə şansını davam etdirmək baxımından bu ay keçirilən oyunlar bizi ümidləndirdi. Xüsusən də, Xorvatiyaya uduzmamaq çox önəmli oldu".

Uels Avropa çempionatına vəsiqə qazanmaq üçün noyabrda baş tutacaq hər iki matçda qələbə qazanmalı və Slovakiyanın bir görüşdə büdrəməsinə ümid etməlidi. Ben Deyvis bunun baş verəcəyinə inanır: "Seçmə mərhələyə Azərbaycan və Macarıstana qarşı oyunlarla son qoyacağıq. Həmin görüşlərdə nə etmək lazım olduğunu bilirik. Yeganə məqsəd 6 xal toplamaqdı. Ümid edirəm ki, öz işimizin öhdəsindən gələ biləcəyik. Azərbaycan insanların düşündüyündən güclü komandadı. Bizim üçün çətin səfər olacaq". (matc.az)

Qeyd edək ki, Uels qrupda növbəti oyununu noyabrın 16-da Bakıda Azərbaycan millisinə qarşı keçirəcək.


 
tarix: 15-10-2019 12:43


 
Xəbər lenti
15.11.2019

01:49   Türkiyə, Fransa, İngiltərə və Çexiya AÇ-2020-də!

14.11.2019

22:52  Lippi Suriyaya məğlubiyyətə görə istefa verdi

22:32  Anrinin yeni iş yeri bəlli oldu

21:42  Super Liqa klubunda xorvat baş məşqçi

20:35  “Heyəti müəyyənləşdirərkən oyunçuların hansı klubdan olmasına baxmıram”

20:21  “Azərbaycan yığmasıyla heç-heçə edə bilərdik”

19:55  Millimiz Lixtenşteynə qalib gəldi

18:50  “Qarabağ”ın futbolçusu millidə fərdi məşq etdi

18:25  Şkriniar: "Azərbaycanla matça daha ümidli çıxacağıq"

18:00  “Azərbaycan fəth edilməlidi”

17:40  “Xəyallarımızı gerçəkləşdirə bilərik” - slovakiyalı hücumçu

17:19  Arda Turanla bağlı qərar verildi

16:59  “Neftçi” “Qəbələ” ilə oyunun hazırlığına başladı

16:35  Prosineçki Beqoviçə cavab verdi

16:17  “Neftçi”də qvineyalı futbolçu

15:53  “Bu ölkələrin siyasi səhnəsində vicdanlı insanlar yoxdu”

15:13  Yenə Levandovski

14:46  Millidə üsyan - Yoxlama oyununa çıxmaqdan imtina etdilər

14:12  Oktyabrın ən yaxşısı PSJ-li oldu

13:55  Baş məşqçini yıxan kapitana 7 oyunluq cəza

13:51  Seçki Konfransının vaxtını İK müəyyən edəcək

13:26  Hamşik Azərbaycanla oyunu səbirsizliklə gözləyir

12:51  İsrafilov Slovakiya ilə oyuna gələcəkmi?

12:43  ABŞ millisinin üzvü rəsmən “Borussiya”da

12:16  İbrahimoviçin ABŞ karyerası başa çatdı

11:53  UEFA “Qarabağ”ın hesabına pul köçürdü

11:30  “Azərbaycan millisinə hörmətlə yanaşacağıq”

11:00  Komanda yoldaşı ilə zarafata görə 1 oyunluq cəza

10:30  İngiltərə yığması üçün tarixi matç

10:12  Vengerin yeni iş yeri bəlli oldu

09:51  Milli faciə davam edir: bu dəfə 1:6 ilə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az