(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Hansısa komanda uduzan kimi 2-3 pillə aşağı düşür” - Alxasov

“Hansısa komanda uduzan kimi 2-3 pillə aşağı düşür” - Alxasov

“Keşlə”nin müdafiəçisi Slavik Alxasovun futbolinfo.az-a müsahibəsi
 
- “Keşlə” hazırda ikinci pillədədir. Bunu gözləyirdiniz?
- Komanda qurulanda bizə demişdilər ki, ilk “3-lük” üçün mübarizə aparacağıq. Avropa Liqasına vəsiqə qazanmalıyıq. Birinci dövrəni ikinci yerdə bitirimişiksə, bunu yaxşı nəticə sayıram. Biz sərf edən xalları əldə etmişik. Hələ ki, çempionat qarşıdadır. 
 
- Ötən illə müqayisədə heyət çox dəyişib. Bunun nə dərəcədə rolu var?
- Sona kimi belə oynamalıyıq. Düzdür, heyətin 80 faizi dəyişilib. İndi daha yaxşı kollektivimiz var. İnanıram ki, gələcək matçlarda daha uğurlu oyunlar keçirəcəyik. 
 
- Səncə, avrokuboklara vəsiqə verən yerlər üçün hansı komandalar mübarizə aparacaq?
- Hal-hazırda bütün komandalar eyni vəziyyətdədir. İrəlidə olan hansısa komanda uduzur düşür 2-3 pillə aşağı. Xal fərqi elə də çox deyil. Bilmək olmur ki, kim hansı pillədə qərarlaşacaq. Marafon uzundur. Mövsümün sonu vəziyyəti görərik. 
 
- “Qarabağ”ın isə yeri bəllidir...
- “Qarabağ” hamıdan güclüdür. Bunu etiraf etmək lazımdır. Hər mövsüm avrokubokların qrup mərhələsində ardıcıl çıxış edirlər. “Neftçi”nin də gücünü kiçiltmək olmaz. Amma bu gün “Qarabağ” güclüdür.
 
- Çempionluq mübarizəsinin olmaması psixoloji olaraq komandalara pis təsir göstərmir?
- Yox, məncə psixoloji olaraq pis təsir göstərmir. 
 
- Səncə, hansı komandalar mövsümə gözlənildiyi kimi başlamadı?
- Bir az başqa komandaların işinə qarışmaq düz çıxmaz. Əsas öz komandamız haqqında danışsam, yaxşıdır. 
 
- Milli komandanın oyunlarını izlədinmi?
- İzlədim. Sonuncu matçda hakimin kobud səhvindən bir xal itirdik. Onsuz da çox çətin qrupdur. Hakimin də komandanı sıxmağı lap pis oldu. 
 
- Millimizin hücumçusu Ramil Şeydayev bildirib ki, 1 xala layiq deyildik. Qapıya normal zərbə endirə bilmədik. Bununla razılaşırsan?
- Niyə belə dediyini Ramildən soruşmaq lazımdır. Biz də istəyirik ki, millidə hər şey yaxşı olsun. 
 
- Qarşıda “Sabah”la oyun var...
- Çətin oyundur və ciddi rəqibdir. Heyətləri də güclüdür. Bu matça çox ciddi yanaşırıq. Bizim üçün vacib odur ki, 3 xal əldə edək.
 
CAVAD

 
tarix: 15-10-2019 16:41


 
Xəbər lenti
19.11.2019

12:00   AFFA-nın iki əməkdaşı “Krasnodar” – “Bazel” oyununda

11:43   AFFA rəsmisinə UEFA-dan təyinat

11:21   “Zirə”nin futbolçusu Əlcəzairə qarşı oynadı

11:00   “Qarabağ”ın legioneri vətəninə qayıdır?

10:30   “Real”ın futbolçusu 6 həftə oynamayacaq

10:00   “Qalatasaray”da daha bir ciddi itki

09:30   Almaniya klubu yeni baş məşqçisini açıqladı

09:20   Millimiz Slovakiya ilə üz-üzə - YENİLƏNİR

09:10   Azərbaycan Ukraynaya qarşı - YENİLƏNİR

09:00   Seçmə mərhələdə son oyun - YENİLƏNİR

01:46   İspaniya 5, İtaliya 9 qolla qalib gəldi

18.11.2019

22:50  Bəhlul Mustafazadə: “Məqsədimiz qol vurmaq və yaxşı nəticə qazanmaqdı”

22:37  Nikola Yurçeviç: “Yaxşı nəticə qazana bilərik”

20:26  “Sabah bizi Bakıdakından fərqli oyun gözləyir” - Hamşik

20:10  Pavel Hapal: “Azərbaycanla oyunda yalnız qələbə haqda düşünürük”

19:32  Eddi İsrafilov millimizin düşərgəsində

19:03  Bundesliqa klubunda yeni baş məşqçi

18:31  Kimdir o alçaq?

18:16  Kapitan dünya rekordu qırdı, milli komanda tarix yazdı

17:59  Millimizlə oyunöncəsi 3 itki

17:38  Millinin baş məşqçisi 100-cü oyununa çıxdı

17:17  “Növbəti təyyarə ilə geri qayıtmağım qərara alındı” - Dadaşov

16:58  Modriçin kitabı təqdim olundu

16:34  Ronaldo üzr istəyəcək

15:59  “Qalatasaray”da 2 ciddi itki

15:12  Robben məşqçiliyə başladı

14:52  111 ilin ən yaxşı göstəricisi

14:24  Braziliya millisi dünya çempionu oldu

14:01  Milli karyerasını başa vurdu - 32 yaşında

13:42  Filip Ozobiç bu gündən başlayır

13:32  Millimizin rəqibinin düşərgəsində yeni futbolçu

13:08  “Neftçi”nin futbolçuları Kosta Rikaya qarşı oynadılar

12:30  “Zirə”nin futbolçusu millidə 22 dəqiqə oynadı

12:00  “Qarabağ”ın futbolçusunun ilk qələbədə payı olmadı

11:43  Remzi: “Bakıda qələbə üçün bütün gücümüzü ortaya qoyduq”

11:21  Premyer Liqanın 12-ci turu rəqəmlərin gözü ilə

11:00  Azərbaycan - Ukrayna: Hakim təyinatları açıqlandı

10:30  “Liverpul”un futbolçusu millinin düşərgəsini tərk etdi

10:00  İngiltərə Kosovonu belə darmadağın etdi - VİDEO

09:30  Ukrayna millisindən tarixi nəticə

09:00  Kamran Əliyevli “Ximki” 3 xalı 3 qolla qazandı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az