(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Obradoviç: “Düzələsi çox şey var”

Obradoviç: “Düzələsi çox şey var”

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İsveçrəyə məğlub olduqları oyundan sonra fikirlərini bildirib.

Futbolinfo.az xəbər verir ki, serbiyalı mütəxəssis 0:1 hesabıyla bitən görüşü belə şərh edib:

- Planlaşdırdığımız kimi oynadıq. Amma təbii ki, hər şeyi meydanda reallaşdıra bilmədik. Nəticədən narazıyam. Komanda inkifaş istiqamətində bir addım atdı. Bütövlükdə oyunu yaxşı keçirdik. İsveçrəyə istədiyi kimi oynamağa imkan vermədik. Komandanı daha da inkişaf etdirmək üçün çox çalışmalıyıq.

- Fransada olmayan Tural Bayramlı nə üçün bu gün yox idi? Aranızda nə söz-söhbət olub? Futbolçunun mükafatının kəsildiyi də deyilir...
- Bilmirəm suala necə cavab verim. Mükafat haqda məlumatım yoxdu. Bu, düz deyil. Aramızda heç bir problem yoxdu. Məğlubiyyətdən sonra müzakirə etməyə ehtiyac var. Sussaq, daha çox problem olar.

- Turalın adı iştirak ərizəsində yox idi. Hazırda Premyer Liqada ən çox oynayan futbolçudu, dəqiqə baxımından.
- Bu gün oynayan oyunçular haqda danışsaq, daha yaxşı olar. 

- Səbuhi Allahverdizadənin U-19-a getməyinə icazə vermədiz. Ancaq burda da iki oyuna cəmi 8-10 dəqiqə çıxış etdi. Nə üçün ona imkan vermədiz U-19-a getsin?
- Hacı bundan əvvəl cəzalı olduğu üçün daha bir futbolçuya ehtiyac duydum və Səbuhini çağırdım. Kimin nə qədər oynayacağına mən qərar verirəm. 

- Azərbaycan futbolunda hazırda problemlərdən biri geriyə oynamaqdı...
- Görünür bu oyunda mən olmamışam. Fransa ilə oyunda da, bu gün də pressinq edirdik. Bunlara qərar verən mənəm. Növbəti oyunlarda da belə davam edəcəyik.

- Gəldiyinizdən bu günə hansı məqamlarda inkişaf olduğunu deyə bilərsiz?
- Oyunu öz qapımızdan daha irəli çəkməyi bacarmışıq. Son iki oyunda topa sahib olma ya rəqiblə bərabər olub, ya da üstün olmuşuq. Rəqibi daha irəlidə qarşılayırıq. Futbolçularla ünsiyyətdə olmağa çalışmışıq və onlara həqiqətən futbol oynamağı bacara biləcəklərini demişik. Son iki məğlubiyyətdən sonra narazı olmalı olduqlarını demişik. Artıq detallar haqda danışmağa başlamışıq. Düzələsi çox şey var, həm müdafiədə, həm də hücumda. Və oyun ərzində daha çox əlaqədə olmaq.

- Anton Krivotsyukun liderlik keyfiyyəti necədi?
- Anton bu gün çox yaxşı idi. Yaxşı oynadı. Ancaq ilk hissədə bir neçə dəqiqə onu tribunadan fitə basdılar. Bunun nədən qaynaqlandığını bilmirəm. Gənc futbolçudu, bu, narazılıq yaratdı. Bu, yaxşı hal deyil. Onlar milli üçün mübarizə aparırlar, belə münasibət olmamalıdı. Milli komandanın heyətinə düşən və gərək duyulan bəzi oyunçular haqda məşqçilər korpusu ilə müzakirə aparırıq.

- Bugünkü atmosfer komandaya necə təsir edirdi?
- Azarkeşlərə təşəkkür edirəm. Futbolçular bu dəstəkdən daha çox inam qazanırdılar. Bu gün azarkeşlər bizim 12-ci oyunçumuz idi. İmkan olsa, müzakirələr aparacağıq ki, növbəti oyunları da burda oynayaq. (komanda.az)


 
tarix: 15-10-2019 22:48


 
Xəbər lenti
19.11.2019

13:00   Millimizə 28 futbolçu çağırıldı

12:41   Uruqvay və Argentinadan heç-heçə - VİDEO

12:21   Əliyar Ağayev maltalıları cəzalandırdı

12:00   AFFA-nın iki əməkdaşı “Krasnodar” – “Bazel” oyununda

11:43   AFFA rəsmisinə UEFA-dan təyinat

11:21   “Zirə”nin futbolçusu Əlcəzairə qarşı oynadı

11:00   “Qarabağ”ın legioneri vətəninə qayıdır?

10:30   “Real”ın futbolçusu 6 həftə oynamayacaq

10:00   “Qalatasaray”da daha bir ciddi itki

09:30   Almaniya klubu yeni baş məşqçisini açıqladı

09:20   Millimiz Slovakiya ilə üz-üzə - YENİLƏNİR

09:10   Azərbaycan Ukraynaya qarşı - YENİLƏNİR

09:00   Seçmə mərhələdə son oyun - YENİLƏNİR

01:46   İspaniya 5, İtaliya 9 qolla qalib gəldi

18.11.2019

22:50  Bəhlul Mustafazadə: “Məqsədimiz qol vurmaq və yaxşı nəticə qazanmaqdı”

22:37  Nikola Yurçeviç: “Yaxşı nəticə qazana bilərik”

20:26  “Sabah bizi Bakıdakından fərqli oyun gözləyir” - Hamşik

20:10  Pavel Hapal: “Azərbaycanla oyunda yalnız qələbə haqda düşünürük”

19:32  Eddi İsrafilov millimizin düşərgəsində

19:03  Bundesliqa klubunda yeni baş məşqçi

18:31  Kimdir o alçaq?

18:16  Kapitan dünya rekordu qırdı, milli komanda tarix yazdı

17:59  Millimizlə oyunöncəsi 3 itki

17:38  Millinin baş məşqçisi 100-cü oyununa çıxdı

17:17  “Növbəti təyyarə ilə geri qayıtmağım qərara alındı” - Dadaşov

16:58  Modriçin kitabı təqdim olundu

16:34  Ronaldo üzr istəyəcək

15:59  “Qalatasaray”da 2 ciddi itki

15:12  Robben məşqçiliyə başladı

14:52  111 ilin ən yaxşı göstəricisi

14:24  Braziliya millisi dünya çempionu oldu

14:01  Milli karyerasını başa vurdu - 32 yaşında

13:42  Filip Ozobiç bu gündən başlayır

13:32  Millimizin rəqibinin düşərgəsində yeni futbolçu

13:08  “Neftçi”nin futbolçuları Kosta Rikaya qarşı oynadılar

12:30  “Zirə”nin futbolçusu millidə 22 dəqiqə oynadı

12:00  “Qarabağ”ın futbolçusunun ilk qələbədə payı olmadı

11:43  Remzi: “Bakıda qələbə üçün bütün gücümüzü ortaya qoyduq”

11:21  Premyer Liqanın 12-ci turu rəqəmlərin gözü ilə

11:00  Azərbaycan - Ukrayna: Hakim təyinatları açıqlandı

10:30  “Liverpul”un futbolçusu millinin düşərgəsini tərk etdi

10:00  İngiltərə Kosovonu belə darmadağın etdi - VİDEO

09:30  Ukrayna millisindən tarixi nəticə

09:00  Kamran Əliyevli “Ximki” 3 xalı 3 qolla qazandı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az