(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Uçurumun dibində: AFFA – dövlət içində dövlət?

Uçurumun dibində: AFFA – dövlət içində dövlət?

(əvvəli bu linkdə)
 
AFFA dövlət maraqlarına o qədər biganədi ki, birbaşa idmanla bağlı qurumlar da nəzərə alınmır. İdman və Gənclər Nazirliyi ilə uşaq futbolunda ciddi işbirliyi yoxdu. Hər qurum özü üçün uşaq çempionatı keçirir, birgə inkişaf strategiyası hazırlanmayıb.
 
Assosiasiya hətta nazirliyin balansında olan idman qurğularına da diqqət ayırmır. Söhbət onlara maliyyə ayırmaqdan, təmir-tikinti işlərindən getmir.
 
Tofiq Bəhramov adına Respublika stadionunda sonuncu dəfə milli komanda səviyyəsində nə vaxt matç keçirildiyini xatırlamıram. Daim məbəd kimi baxdığımız arena indi yalnız “Qarabağ”ın ümidinə qalıb. Halbuki nəinki yığma, hətta avrokubok səviyyəsində də bütün matçlarımızı vaxtilə burada keçirərdik. Dövlət bu arenaya külli miqdarda vəsait sərf edib, ideal təmir etdirdikdən sonra AFFA “Bəhramov”u yada salmır.
 
Səbəb sadədi: stadion AFFA-nın balansında deyil və qurum öz arenalarına xeyir verməklə məşğuldu, pulu sağ cibdən çıxarıb sol cibə qoyur. Dövlətin xərcləri kimsənin vecinə deyil, sanki bu arena boş saxlanmaq üçün təmir etdirilib. Halbuki ildə 3-4 müxtəlif səviyyəli oyun bu qurğuda oynanılsa idi, həm stadion xərclərini çıxarar, həm də dövlət ziyana düşməzdi. AFFA isə “Bakcell Arena”nı yükləyir, komandaları Mərdəkana, azarkeşlərin gedə bilməyəcəyi yerə aparır, şəhərin mərkəzi heç yada düşmür.
 
Bir ara oyunların Bakı Olimpiya Stadionuna salınmasına bəhanə tapmışdılar, dövlətin böyük xərc çəkdiyi idman qurğusunun xərclərini qarşılamaq üçün belə edildiyini deyirdilər. Bəs, Respublika stadionuna konfet kağızı xərclənib? Yoxsa onu dövlət təmir etdirməyib? BOS Avroliqa finalına görə milli oyunlarını qəbul etməyə uyğun bilinməyəndə niyə Respublika stadionu yada düşmədi, üstünlük “Bakcell Arena”ya verildi? Axı, ölkənin ikinci böyük stadionu qalarkən dünya millilərini məhəllə evlərinin arasına aparmaq nəyə lazımdı?
 
Bəli, bu insanları yalnız pul düşündürür. Əgər prioritet ölkədə futbolun təbliği, kütləviləşməsi, inkişafı olsaydı, AFFA qınından çıxardı.
 
AVRO-2020-də qrupdakı rəqiblərimizdən olan Xorvatiya indiyəqədərki bütün ev oyunlarını fərqli şəhərlərdə keçirib, Zaqreb, Osiek, Split, Rieka şəhərlərinin əhalisi milli komandanı canlı görüb. Ərazi və əhalicə yarımız boyda olan ölkədən danışırıq. Bizdə isə yalnız Bakı var. Razıyam, bölgələrdə ən yüksək səviyyədə oyunları keçirməyə imkan yoxdu, heç olmasa, paytaxtda fərqli stadionlar seçilsin və ya birini seçmək lazımdısa, 32 minlik arena qala-qala “kibrit qutuları”na üstünlük verilməsin.
 
Büdcə hesablaması, gəlir-çıxarı bilmək yaxşı şeydi, amma qalnız AFFA-nı yox, dövləti, Azərbaycanı düşünmək lazımdı. Məqsəd bu ölkəyə ziyan vurmaqdısa, icazə verin, milli mənsubiyyətinizə şübhə edək. Vətənə, dövlətə bu qədər üzüdönüklük etmək olmaz.
 
AFFA-nın öz qınına çəkilməsi, matçları yalnız öz stadionlarına salması təkcə Bakı seçimlərində görünmür. İllərdi heç bir bölgədə beynəlxalq oyun reallaşmır. Avrokubok matçlarını qəbul edən Qəbələdə yəni 16, 17, 19 yaşlıların yoxlama oyunlarını da keçirmək olmaz? Əla stadion, infrastruktur, məşq meydanları, ən yaxşı otellər – bəhanə üçün heç bir səbəb yoxdu.
 
Statistikaya baxanda görürük ki, bu il milli komandalar səviyyəsində keçirdiyimiz ev oyunlarında yalnız bir neçə ad var. Belə ki, Bakı Olimpiya Stadionunun ehtiyat meydançası Belarus U-17-si ilə 2 sınaq matçına ev sahibliyi edib. Gürcüstan və Slovakiya 21 yaşlıları ilə oyunlar, qadınlardan ibarət Estoniya milli komandası ilə 2 görüş “Dalğa Arena”da baş tutub. Nəhayət, Xorvatiya, Slovakiya və Macarıstanla seçmə mərhələ, Litva ilə yoxlama görüşü “Bakcell Arena”da reallaşıb. Bu oyunlardan ən azı 2-3-ü Respublika stadionuna, 21 yaşlıların matçlarını Qəbələyə, sınaq xarakterli digər qarşılaşmaları isə digər bölgələrimizə salmaq olardı və vacib idi. Lakin AFFA-ya bölgə futbolu, oranın insanlarını sevindirmək yox, öz cibləri maraqlıdı.
 
Yalnız İsveçrə ilə 21 yaşlıların dünənki matçı Bakıdan kənarda reallaşdı. Lakin o da bir başqa yerdə yox, yenə AFFA-nın balansında olan Sumqayıtdakı stadionda...
 
Əslində, xüsusi azarkeş marağı olmayan oyunların böyük stadionlarda keçirilməsi UEFA-nın da maraq dairəsində deyil. 2016-cı ildə Bakıda 17 yaşlılar arasında keçirilən Avropa çempionatının final mərhələsində buna şahid olmuşduq. BOS-da boş tribunalar önündə oyun keçirilməsindən narazı olan UEFA təqvimi dəyişmiş, matçların başqa arenalara köçürülməsinə nail olmuşdu.
 
(davamı olacaq)

 
tarix: 16-10-2019 09:00


 
Xəbər lenti
19.11.2019

12:00   AFFA-nın iki əməkdaşı “Krasnodar” – “Bazel” oyununda

11:43   AFFA rəsmisinə UEFA-dan təyinat

11:21   “Zirə”nin futbolçusu Əlcəzairə qarşı oynadı

11:00   “Qarabağ”ın legioneri vətəninə qayıdır?

10:30   “Real”ın futbolçusu 6 həftə oynamayacaq

10:00   “Qalatasaray”da daha bir ciddi itki

09:30   Almaniya klubu yeni baş məşqçisini açıqladı

09:20   Millimiz Slovakiya ilə üz-üzə - YENİLƏNİR

09:10   Azərbaycan Ukraynaya qarşı - YENİLƏNİR

09:00   Seçmə mərhələdə son oyun - YENİLƏNİR

01:46   İspaniya 5, İtaliya 9 qolla qalib gəldi

18.11.2019

22:50  Bəhlul Mustafazadə: “Məqsədimiz qol vurmaq və yaxşı nəticə qazanmaqdı”

22:37  Nikola Yurçeviç: “Yaxşı nəticə qazana bilərik”

20:26  “Sabah bizi Bakıdakından fərqli oyun gözləyir” - Hamşik

20:10  Pavel Hapal: “Azərbaycanla oyunda yalnız qələbə haqda düşünürük”

19:32  Eddi İsrafilov millimizin düşərgəsində

19:03  Bundesliqa klubunda yeni baş məşqçi

18:31  Kimdir o alçaq?

18:16  Kapitan dünya rekordu qırdı, milli komanda tarix yazdı

17:59  Millimizlə oyunöncəsi 3 itki

17:38  Millinin baş məşqçisi 100-cü oyununa çıxdı

17:17  “Növbəti təyyarə ilə geri qayıtmağım qərara alındı” - Dadaşov

16:58  Modriçin kitabı təqdim olundu

16:34  Ronaldo üzr istəyəcək

15:59  “Qalatasaray”da 2 ciddi itki

15:12  Robben məşqçiliyə başladı

14:52  111 ilin ən yaxşı göstəricisi

14:24  Braziliya millisi dünya çempionu oldu

14:01  Milli karyerasını başa vurdu - 32 yaşında

13:42  Filip Ozobiç bu gündən başlayır

13:32  Millimizin rəqibinin düşərgəsində yeni futbolçu

13:08  “Neftçi”nin futbolçuları Kosta Rikaya qarşı oynadılar

12:30  “Zirə”nin futbolçusu millidə 22 dəqiqə oynadı

12:00  “Qarabağ”ın futbolçusunun ilk qələbədə payı olmadı

11:43  Remzi: “Bakıda qələbə üçün bütün gücümüzü ortaya qoyduq”

11:21  Premyer Liqanın 12-ci turu rəqəmlərin gözü ilə

11:00  Azərbaycan - Ukrayna: Hakim təyinatları açıqlandı

10:30  “Liverpul”un futbolçusu millinin düşərgəsini tərk etdi

10:00  İngiltərə Kosovonu belə darmadağın etdi - VİDEO

09:30  Ukrayna millisindən tarixi nəticə

09:00  Kamran Əliyevli “Ximki” 3 xalı 3 qolla qazandı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az