(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Obradoviçin nağılı

Obradoviçin nağılı

Milan Obradoviç deyir ki, düzələsi çox şey var. Həqiqətdi, amma mənim həqiqətim daha gözəldi. Bəli, çox şey düzəlməlidi: Azərbaycan futbolunun idarəçiliyində, AFFA binasının daxilində, onlara dözənlərin beynində, milli komandalarda, uşaq futbolunda...
 
AFFA rəhbərliyinə, prezident səlahiyyətlərinə malik baş katib Elxan Məmmədova, İcraiyyə Komitəsi üzvlərinə, Məşqçilər Komitəsinin məsləhət verən üzvlərinə sualımdı: məğlubiyyətləri sıralamaq üçün mütləq əcnəbi məşqçi gətirmək lazım idi? 400 min avronu serb Obradoviçə yedirdəndə ləzzətmi alırsız? Kimdi, nə edib ki, onu milliyə baş məçqçi gətirmisiz? Ümumiyyətlə, bu futbolçu potensialı ilə bizə əcnəbi məşqçi lazımdımı?
 
Beləsindən özümüzdə onlarladı, hələ daha yaxşıları var. Elə Məşqçilər Komitəsində aylıq min manat maaşa papağını günə yandıranlar özü serbdən daha faydalı olardı. Ölkədə 50-dən çox PRO kateqoriyalı məşqçi həsrətlə iş gözləyir, biz isə onların ehtiyaclarını toplam ödəyəcək bir məbləği yarıtmaz serbə veririk. İş görsə, dərd yarı idi, adam aktyorluq edir.
 
Hazırkı U-21 son dövrlərdə bu yaş qrupundakı ən yaxşı kollektivdi, istedadlı futbolçular var, əksəriyyəti klublarında əsas heyət üzvüdü. Amma Obradoviçə nəyi sübut edəcəksən? Müqaviləsini bağlayıb, AFFA-nı sağmaqla məşğuldu. Bir söz deyən kimi hakimin 2 səhv qərarıyla yendiyimiz Slovakiyanı misal gətirir. AFFA-da da Lixtenşteyn rəzalətini, 5 tura 4 məğlubiyyəti onun gözünə soxa biləcək cəsarətdə kimsə yoxdu. Bəlkə də var, amma özləri gözükölgəlidi...
 
Dünən Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İsveçrəyə məğlub olduqları oyundan sonra Milan yenə cəfəngiyyat danışıb: “Planlaşdırdığımız kimi oynadıq. Amma təbii ki, hər şeyi meydanda reallaşdıra bilmədik. Nəticədən narazıyam. Komanda inkişaf istiqamətində bir addım atdı. Bütövlükdə oyunu yaxşı keçirdik. İsveçrəyə istədiyi kimi oynamağa imkan vermədik. Komandanı daha da inkişaf etdirmək üçün çox çalışmalıyıq”.
 
Rəqibə imkan verməməyin təpənizə dəysin. Necə imkan verməmisən ki, qol vurub, qələbə qazanıblar? İnkişaf deyib, nəyi nəzərdə tutur, görəsən? Əvvəlki oyunlarla müqayisədə daha az top vurmağımızı? “Qərarı mən verirəm” deyib, xoruzlanmaq da lazım deyil, xoruz Fransada elə “xoruzlar” tərəfindən qoltuğa verilib.
 
Obradoviçin inkişaf haqda açıqlamasına baxaq: “Oyunu öz qapımızdan daha irəli çəkməyi bacarmışıq. Son iki oyunda topa sahib olma ya rəqiblə bərabər olub, ya da üstün olmuşuq. Rəqibi daha irəlidə qarşılayırıq. Futbolçularla ünsiyyətdə olmağa çalışmışıq və onlara həqiqətən futbol oynamağı bacara biləcəklərini demişik. Son iki məğlubiyyətdən sonra narazı olmalı olduqlarını demişik. Artıq detallar haqda danışmağa başlamışıq. Düzələsi çox şey var, həm müdafiədə, həm də hücumda. Və oyun ərzində daha çox əlaqədə olmaqda”.
 
Deyəsən, Berti Foqts, Bernard Lippert haqda eşidib, onlara ölkəmizdə necə qayğı göstərildiyini, heç bir iş görmədən uzunmüddətli müqaviləylə təmin edilmələrini Obradoviçə də çatdırıblar. Bu adam hələ futbolçuları qapıdan uzaqlaşdırır, növbəti 3-4 oyunu mərkəzə çatmağa həsr edər, sonra da tsiklin sonunda hücum barədə düşünər. Həmin vaxt yeni komanda qurmaq lazım gələcək və Milan da yeni komandanı qurmaq üçün yenə sıfırdan başlayacaq. Beləcə illər ötəcək, əcnəbilər pulunu qazanacaq, gedəndə də heç nəyin alınmadığını deyəcəklər.
 
AFFA rəhbərliyi başlarını ciblərindən çıxarmağa vaxt tapmadığından anlamaya bilər, amma daha yuxarı dairələr ölkədəki futbol siyasətinə əl gəzdirməlidi. Bizdə milli komandalara əcnəbi məşqçi lazım deyil, əvvəlcə futbolçu yetişdirməliyik. Futbolçunu isə millidə yetişdirmirlər. Klublara, cəmiyyətlərə, akademiyalara təcrübəli məşqçilər gətirilməli, həm futbolçu, həm də yerli məşqçi kadrların yetişdirilməsinə çalışmaq lazımdı. Yalnız sistem qurulduqdan, material hazırlandıqdan sonra millinin nəticələrini yaxşılaşdırmaq haqda düşünə bilərik. İndi Obradoviçə və digər əcnəbilərə verilən pullar havaya sovrulur. Quyuya su tökməklə quyu olmaz. Və ya “üstü bəzək, altı təzək”lə özümüzü aldadacağıq.
 
Dünən Lixyenşteynə, bu gün İsveçrəyə uduzuruq, əsas olan SABAHın özünü uduzmamaqdı! Obradoviçin dediyi kimi - düzələsi çox şey var. Amma “düzəltməyə” elə serbin özündən başlamaq lazımdı.
 
AĞA

 
tarix: 16-10-2019 10:11


 
Xəbər lenti
18.11.2019

01:43   Portuqaliya millisi AÇ-2020-də

17.11.2019

19:35  Millimiz Slovakiyaya yola düşdü - VİDEO

18:37  Prosineçki “Yuventus”un futbolçusunun xidmətindən məhrum oldu

16:22  “Qarabağ” “Düdelanj”la matçın biletlərini satışa çıxarır

16:04  Slovakiya - Azərbaycan: Mətbuat konfranslarının vaxtı məlum oldu

15:16  Almaniya yığmasından rekord göstərici

14:19  27:0 hesablı qələbəyə görə baş məşqçini istefaya göndərdilər

13:38  “Qarabağ”ın futbolçusu millidən kənarlaşdırıldı

12:48  “Barselona” Messi ilə müqavilədə dəyişiklik etmək istəyir

11:50  AÇ-2020-yə vəsiqə qazanan 16 komanda

11:42  “Səbail”ə haqsızlıq edən hakimin cəzası gizlədilir

11:00  90-cı illərə qayıdırıq

10:47  Məmmədovun seçdiyi Yurçeviçlə gözlənilən sonluq

10:32  “Bavariya”dan rekord gəlir

10:20  SOCAR 1 milyon ödədi, İsrafilov “Albasete” üçün qol vurdu

10:14  Qol.az 11 yaşında!

10:09  “Real”da ciddi itki - PSJ ilə oyunda olmayacaq

09:51  Rusiya Belçikaya böyük hesabla uduzdu - VİDEO

09:30  Şeydayev: “İtirəcəyimiz bir şey yoxdu”

09:00  Qara Qarayev: “Son 25 ildə belə qrupumuz olmayıb”

01:50  Xorvatiya, Almaniya, Hollandiya və Avstriya AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az