(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Yurçeviç: “Xorvatiyanın köməyimizə ehtiyacı yoxdu”

Yurçeviç: “Xorvatiyanın köməyimizə ehtiyacı yoxdu”

Futbol üzrə Azərbaycan millisinin xorvatiyalı baş məşqçisi Nikola Yurçeviç ölkəsinin mətbuatına müsahibə verib. 

Futbolinfo.az saytının məlumatına görə, o, AÇ-2020-nin seçmə mərhələsində Macarıstanla keçirilən görüşdə baş hakimin yalnış qərarının təkcə bizi bir xaldan məhrum etmədiyini, həm də Xorvatiyanın Avropa çempionatına vəsiqəni təmin etməsinə mane olduğunu söyləyib:

“Biz noyabrda Uels və Slovakiya ilə oyunlarda sona qədər mübarizə aparacağıq. Hakimlərin bu biabırçı qərarı bizə pis təsir etdi. Bəli, Macarıstan bizdən üstün oynadı, ancaq biz də təmiz qol vurduq. Hakimin bu səhvi olmasaydı, Xorvatiya Avropa çempionatına vəsiqə qazanacaqdı.

Oyundan sonra hakim mənə qərarının düzgünlüyünə əmin oduğunu dedi. Ancaq yarım saat sonra yaxınlaşaraq “Qolun təkrarına baxdım, səhv etmişəm, bağışlayın” dedi.

Yurçeviç qeyd edib ki, Xorvatiya milimizin Slovakiya ilə oyununun nəticəsindən asılı olmayaraq qrup lideri kimi Avro-2020-yə vəsiqə qazanacaq: “Seçmə mərhələnin sonuna qədər mübarizə aparacağıq. Artıq şansımız yoxdur, ancaq əlimizdən gələni edəcəyik. Xorvatiyanın köməyimizə ehtiyacı olduğunu düşünmürəm. Onlar heç bir problem yaşamayacaqlar, qrupun ən yaxşı komandasıdır. Xorvatiya qrupda birinci olacaq”.


 
tarix: 16-10-2019 09:30


 
Xəbər lenti
18.11.2019

01:43   Portuqaliya millisi AÇ-2020-də

17.11.2019

19:35  Millimiz Slovakiyaya yola düşdü - VİDEO

18:37  Prosineçki “Yuventus”un futbolçusunun xidmətindən məhrum oldu

16:22  “Qarabağ” “Düdelanj”la matçın biletlərini satışa çıxarır

16:04  Slovakiya - Azərbaycan: Mətbuat konfranslarının vaxtı məlum oldu

15:16  Almaniya yığmasından rekord göstərici

14:19  27:0 hesablı qələbəyə görə baş məşqçini istefaya göndərdilər

13:38  “Qarabağ”ın futbolçusu millidən kənarlaşdırıldı

12:48  “Barselona” Messi ilə müqavilədə dəyişiklik etmək istəyir

11:50  AÇ-2020-yə vəsiqə qazanan 16 komanda

11:42  “Səbail”ə haqsızlıq edən hakimin cəzası gizlədilir

11:00  90-cı illərə qayıdırıq

10:47  Məmmədovun seçdiyi Yurçeviçlə gözlənilən sonluq

10:32  “Bavariya”dan rekord gəlir

10:20  SOCAR 1 milyon ödədi, İsrafilov “Albasete” üçün qol vurdu

10:14  Qol.az 11 yaşında!

10:09  “Real”da ciddi itki - PSJ ilə oyunda olmayacaq

09:51  Rusiya Belçikaya böyük hesabla uduzdu - VİDEO

09:30  Şeydayev: “İtirəcəyimiz bir şey yoxdu”

09:00  Qara Qarayev: “Son 25 ildə belə qrupumuz olmayıb”

01:50  Xorvatiya, Almaniya, Hollandiya və Avstriya AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az