(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Kiprlilərin Bakıda hərbi salam planı

Kiprlilərin Bakıda hərbi salam planı

Türkiyə millisinin futbolçularının AVRO-2020-nin seçmə mərhələsində Fransa ilə keçirilən səfər oyunundan (1:1) sonra hərbi salamla ordusuna nümayiş etdirdiyi dəstək intizam işi açılmasına səbəb olub. Kipr mətbuatının məlumatına görə, APOEL futbolçularının da "Qarabağ"la Avropa Liqası görüşündə analoji addıma əl atması istisna deyil.
 
Kiprlilər, xüsusən də, müdafiəçi Giorqos Merkisdən bu addımı gözləyirlər. Cari mövsüm Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda bu komandalar arasında baş tutan qarşılaşmadan sonra Merkis Yunanıstan bayrağına sarılaraq, qisas aldığını bildirmişdi. Həmkarlarımız 35 yaşlı mərkəz müdafiəçisinin bu dəfə hərbi salamını gözləyir.
 
Hətta UEFA-dan gələ biləcək hər hansı bir cəza da onları qorxutmur: "Qarabağ" - APOEL görüşündə qol vursaq, Giorqos Merkisin bunu hərbi salamla qeyd etməsinə nə deyirsiniz? UEFA həyəcanlanacaq və izahat istəyəcəkmi? Qitə futbol qurumu türklərin hərəkətini böyük laqeydliklə izləyir".
 
Qeyd edək ki, Giorqos Merkis "Qarabağ"la əvvəlki matçda Mahir Emreli ilə yaşadığı mübahisə üzündən Yunanıstan bayrağını göstərmişdi. Bu komandalar arasında növbəti oyun oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

 
tarix: 16-10-2019 11:01


 
Xəbər lenti
18.11.2019

01:43   Portuqaliya millisi AÇ-2020-də

17.11.2019

19:35  Millimiz Slovakiyaya yola düşdü - VİDEO

18:37  Prosineçki “Yuventus”un futbolçusunun xidmətindən məhrum oldu

16:22  “Qarabağ” “Düdelanj”la matçın biletlərini satışa çıxarır

16:04  Slovakiya - Azərbaycan: Mətbuat konfranslarının vaxtı məlum oldu

15:16  Almaniya yığmasından rekord göstərici

14:19  27:0 hesablı qələbəyə görə baş məşqçini istefaya göndərdilər

13:38  “Qarabağ”ın futbolçusu millidən kənarlaşdırıldı

12:48  “Barselona” Messi ilə müqavilədə dəyişiklik etmək istəyir

11:50  AÇ-2020-yə vəsiqə qazanan 16 komanda

11:42  “Səbail”ə haqsızlıq edən hakimin cəzası gizlədilir

11:00  90-cı illərə qayıdırıq

10:47  Məmmədovun seçdiyi Yurçeviçlə gözlənilən sonluq

10:32  “Bavariya”dan rekord gəlir

10:20  SOCAR 1 milyon ödədi, İsrafilov “Albasete” üçün qol vurdu

10:14  Qol.az 11 yaşında!

10:09  “Real”da ciddi itki - PSJ ilə oyunda olmayacaq

09:51  Rusiya Belçikaya böyük hesabla uduzdu - VİDEO

09:30  Şeydayev: “İtirəcəyimiz bir şey yoxdu”

09:00  Qara Qarayev: “Son 25 ildə belə qrupumuz olmayıb”

01:50  Xorvatiya, Almaniya, Hollandiya və Avstriya AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az