(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Qəbələ”nin legioneri: “Yeni baş məşqçinin sistemi daha yaxşı işləyir”

“Qəbələ”nin legioneri: “Yeni baş məşqçinin sistemi daha yaxşı işləyir”

“Qəbələ”nin müdafiəçisi İvitsa Zuniç komandanın son matçlarda uğurlu seriyasından danışıb. Futbolinfo.az-a müsahibə verən təcrübəli futbolçu baş məşqçi dəyişikliyinin komandaya təsirindən söz açıb:
 
- Ciddi zədədən sonra özünü tam yaxşı hiss edirsən?
- Hazırda sağlığım yerindədir. Maska ilə meydana çıxıram. Bu da üzümü qoruyur.
 
- Son zamanlar komandanın nəticələri yaxşılaşıb...
- Son matçda 3 xal əldə edə bilərdik. Lakin belə alındı. Düşünürəm ki, 1 xal da pis nəticə deyil. Əsas odur ki, biz qarşıdakı matçlara köklənək, uğurlu seriyanın davamını gətirək. Bizim üçün xallar qazanmaq vacibdir.
 
- Səncə, keçmiş baş məşqçiniz nəyi düzgün etmirdi?
- Düşünürəm ki, o da komanda üçün çalışırdı. Əlindən gələni edirdi ki, uğur qazanaq. Sadəcə, hazırki məşqçinin sistemi daha yaxşı işləyir. Futbolçular meydanda bir az daha ciddidirlər. Həmçinin komanda oyuna çıxdığı zaman nə etmək istədiyini bilir.
 
- Uğurlu oyunlar seriyasından sonra komanda daha yaxşı hədəflər üçün mübarizə apara biləcəkmi?
- Biz gənc komandayıq. Təbii ki, uğurlu ola, daha yaxşı oynaya bilərik. Hamımız istəyirik ki, xallar toplayaq, daha yaxşı yerlərdə qərarlaşaq. Bunu gələcək göstərəcək.
 
- Qarşıda “Qarabağ”la oyun var...
- Bizi çox ağır oyun gözləyir. Çempionatın ən yaxşı komandasına qarşı oynayacağıq. Doğma meydanda onlarla qarşılaşacağıq. Təbii ki, uğurlu nəticə istəyirik.
 
- Liderdən xal almaq mümkün görünür?
- Əlbəttə. Futbolda hər şey mümkündür.
 
FƏRİD

 
tarix: 16-10-2019 12:17


 
Xəbər lenti
19.11.2019

13:00   Millimizə 28 futbolçu çağırıldı

12:41   Uruqvay və Argentinadan heç-heçə - VİDEO

12:21   Əliyar Ağayev maltalıları cəzalandırdı

12:00   AFFA-nın iki əməkdaşı “Krasnodar” – “Bazel” oyununda

11:43   AFFA rəsmisinə UEFA-dan təyinat

11:21   “Zirə”nin futbolçusu Əlcəzairə qarşı oynadı

11:00   “Qarabağ”ın legioneri vətəninə qayıdır?

10:30   “Real”ın futbolçusu 6 həftə oynamayacaq

10:00   “Qalatasaray”da daha bir ciddi itki

09:30   Almaniya klubu yeni baş məşqçisini açıqladı

09:20   Millimiz Slovakiya ilə üz-üzə - YENİLƏNİR

09:10   Azərbaycan Ukraynaya qarşı - YENİLƏNİR

09:00   Seçmə mərhələdə son oyun - YENİLƏNİR

01:46   İspaniya 5, İtaliya 9 qolla qalib gəldi

18.11.2019

22:50  Bəhlul Mustafazadə: “Məqsədimiz qol vurmaq və yaxşı nəticə qazanmaqdı”

22:37  Nikola Yurçeviç: “Yaxşı nəticə qazana bilərik”

20:26  “Sabah bizi Bakıdakından fərqli oyun gözləyir” - Hamşik

20:10  Pavel Hapal: “Azərbaycanla oyunda yalnız qələbə haqda düşünürük”

19:32  Eddi İsrafilov millimizin düşərgəsində

19:03  Bundesliqa klubunda yeni baş məşqçi

18:31  Kimdir o alçaq?

18:16  Kapitan dünya rekordu qırdı, milli komanda tarix yazdı

17:59  Millimizlə oyunöncəsi 3 itki

17:38  Millinin baş məşqçisi 100-cü oyununa çıxdı

17:17  “Növbəti təyyarə ilə geri qayıtmağım qərara alındı” - Dadaşov

16:58  Modriçin kitabı təqdim olundu

16:34  Ronaldo üzr istəyəcək

15:59  “Qalatasaray”da 2 ciddi itki

15:12  Robben məşqçiliyə başladı

14:52  111 ilin ən yaxşı göstəricisi

14:24  Braziliya millisi dünya çempionu oldu

14:01  Milli karyerasını başa vurdu - 32 yaşında

13:42  Filip Ozobiç bu gündən başlayır

13:32  Millimizin rəqibinin düşərgəsində yeni futbolçu

13:08  “Neftçi”nin futbolçuları Kosta Rikaya qarşı oynadılar

12:30  “Zirə”nin futbolçusu millidə 22 dəqiqə oynadı

12:00  “Qarabağ”ın futbolçusunun ilk qələbədə payı olmadı

11:43  Remzi: “Bakıda qələbə üçün bütün gücümüzü ortaya qoyduq”

11:21  Premyer Liqanın 12-ci turu rəqəmlərin gözü ilə

11:00  Azərbaycan - Ukrayna: Hakim təyinatları açıqlandı

10:30  “Liverpul”un futbolçusu millinin düşərgəsini tərk etdi

10:00  İngiltərə Kosovonu belə darmadağın etdi - VİDEO

09:30  Ukrayna millisindən tarixi nəticə

09:00  Kamran Əliyevli “Ximki” 3 xalı 3 qolla qazandı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az