(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Mümkün xoşagəlməz olayların qarşısı alınacaq” - “Qarabağ” rəsmisi

“Mümkün xoşagəlməz olayların qarşısı alınacaq” - “Qarabağ” rəsmisi

“Biz hər oyundan əvvəl hansı tədbirləri görürüksə, bu dəfə də onu edəcəyik. Şükürlər olsun ki, Azərbaycanda indiyədək hər hansı təxribat olmayıb”.

Futbolinfo.az xəbər verir ki, bu sözləri qol.az-a açıqlamasında "Qarabağ"ın baş meneceri Asif Əsgərov Avropa Liqasının qrup mərhələsində APOEL-lə keçiriləcək görüşün hazırlıqları ilə bağlı danışarkən deyib.

O, Kipr təmsilçisi ilə Bakıda və Nikosiyadakı oyunlarda baş verə biləcək mümkün təxribatın qarşısını almaq üçün bütün tədbirlərin görüləcəyini bildirib:

"Əlbəttə, APOEL-lə danışmışıq. "Düdelanj"la Lüksemburqdakı oyunlarda baş verənlərdən APOEL-in də xəbəri var, "Sevilya"nın da. Bakıya yüzə yaxın APOEL azarkeşi gələcək. Bizim APOEL-lə münasibətlərimiz yüksək səviyyədədir, heç bir problem yoxdur. İstər Bakıdakı, istərsə də Nikosiyadakı görüşdə ola biləcək hansısa xoşagəlməz olayın qarşısı alınacaq".

UEFA Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Düdelanj" - "Qarabağ" oyununda baş verən erməni təxribatı ilə məsələyə sabah baxacaq. A.Əsgərov Lüksemburq təmsilçisinə təhlükəsizliyi düzgün təmin etmədiyi üçün veriləcək cəza haqda bunları deyib: "UEFA-nın yanaşmasından çox şey asılıdır. Təbii ki, cəza olacaq, ancaq məsələyə hansı baxımdan yanaşılacaq, necə qərar veriləcək, bu maraqlıdır. Gəlin, tələsməyək, qərarı gözləyək".

Növbəti dəfə Avropa Klublar Birliyinin işçi qrupunun üzvü seçilən Asif Əsgərov qurumda "Düdelanj"la oyundakı erməni təxribatı və bu kimi məsələləri müzakirəyə çıxaracağını qeyd edib: "Avropa Klublar Birliyinin yeni iclası noyabrın 23-də keçiriləcək. İlk iclasda yeni seçilənlərlə tanışlıq olacaq. Ancaq növbəti iclaslarda təbii ki, bu məsələlər müzakirə olunacaq".

Qeyd edək ki, APOEL-lə "Qarabağ" arasında oyunlar oktyabrın 24-də Bakıda, noyabrın 7-də isə Nikosiyada keçiriləcək.


 
tarix: 16-10-2019 14:45


 
Xəbər lenti
19.11.2019

13:20   Simeon Slavçev: “Hazırda yalnız “Qarabağ”ı düşünürəm”

13:00   Millimizə 28 futbolçu çağırıldı

12:41   Uruqvay və Argentinadan heç-heçə - VİDEO

12:21   Əliyar Ağayev maltalıları cəzalandırdı

12:00   AFFA-nın iki əməkdaşı “Krasnodar” – “Bazel” oyununda

11:43   AFFA rəsmisinə UEFA-dan təyinat

11:21   “Zirə”nin futbolçusu Əlcəzairə qarşı oynadı

11:00   “Qarabağ”ın legioneri vətəninə qayıdır?

10:30   “Real”ın futbolçusu 6 həftə oynamayacaq

10:00   “Qalatasaray”da daha bir ciddi itki

09:30   Almaniya klubu yeni baş məşqçisini açıqladı

09:20   Millimiz Slovakiya ilə üz-üzə - YENİLƏNİR

09:10   Azərbaycan Ukraynaya qarşı - YENİLƏNİR

09:00   Seçmə mərhələdə son oyun - YENİLƏNİR

01:46   İspaniya 5, İtaliya 9 qolla qalib gəldi

18.11.2019

22:50  Bəhlul Mustafazadə: “Məqsədimiz qol vurmaq və yaxşı nəticə qazanmaqdı”

22:37  Nikola Yurçeviç: “Yaxşı nəticə qazana bilərik”

20:26  “Sabah bizi Bakıdakından fərqli oyun gözləyir” - Hamşik

20:10  Pavel Hapal: “Azərbaycanla oyunda yalnız qələbə haqda düşünürük”

19:32  Eddi İsrafilov millimizin düşərgəsində

19:03  Bundesliqa klubunda yeni baş məşqçi

18:31  Kimdir o alçaq?

18:16  Kapitan dünya rekordu qırdı, milli komanda tarix yazdı

17:59  Millimizlə oyunöncəsi 3 itki

17:38  Millinin baş məşqçisi 100-cü oyununa çıxdı

17:17  “Növbəti təyyarə ilə geri qayıtmağım qərara alındı” - Dadaşov

16:58  Modriçin kitabı təqdim olundu

16:34  Ronaldo üzr istəyəcək

15:59  “Qalatasaray”da 2 ciddi itki

15:12  Robben məşqçiliyə başladı

14:52  111 ilin ən yaxşı göstəricisi

14:24  Braziliya millisi dünya çempionu oldu

14:01  Milli karyerasını başa vurdu - 32 yaşında

13:42  Filip Ozobiç bu gündən başlayır

13:32  Millimizin rəqibinin düşərgəsində yeni futbolçu

13:08  “Neftçi”nin futbolçuları Kosta Rikaya qarşı oynadılar

12:30  “Zirə”nin futbolçusu millidə 22 dəqiqə oynadı

12:00  “Qarabağ”ın futbolçusunun ilk qələbədə payı olmadı

11:43  Remzi: “Bakıda qələbə üçün bütün gücümüzü ortaya qoyduq”

11:21  Premyer Liqanın 12-ci turu rəqəmlərin gözü ilə

11:00  Azərbaycan - Ukrayna: Hakim təyinatları açıqlandı

10:30  “Liverpul”un futbolçusu millinin düşərgəsini tərk etdi

10:00  İngiltərə Kosovonu belə darmadağın etdi - VİDEO

09:30  Ukrayna millisindən tarixi nəticə

09:00  Kamran Əliyevli “Ximki” 3 xalı 3 qolla qazandı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az