(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Uçurumun dibində: veteranları məqsədli şəkildə üz-üzə qoyurlar

Uçurumun dibində: veteranları məqsədli şəkildə üz-üzə qoyurlar

(əvvəli bu linkdə)
 
AFFA futbolun inkişaf etməməsi üçün hər şey edir. Ortaya mütərəqqi qüvvələr çıxınca da onların məhvinə çalışır, insanları bir-birinə qarşı qoyurlar.
 
Məsələn, son vaxtlar Nazim Süleymanov etiraz edənlərin önündə gəlməyə başlayıb. Bir qrup veteran onun ətrafında birləşib, təşkilat yaradıb, AFFA-nın işində sağlamlaşmaya nail olmaq istəyir. Hansısa hakimiyyət iddiası yoxdu, sadəcə, futbolun uçurumun dibində qalması onları narahat edir və təşkilatlanırlar. Bəlkə də alternativ qüvvə kimi görsənirlər, ancaq əsas olan odur ki, pis niyyətləri yoxdu, dövlətin göstərdiyi qayğı nəticəsində futbolumuzun daha layiqli yerlərə qalxmasında maraqlıdılar.
 
Bəs, AFFA nə edir? Onları dinləmək, əməkdaşlıq etmək, düzgün fikirlərindən yararlanmaq əvəzinə, mane olmağa, hər imkanda sıralarını seyrəltməyə çalışırlar. Artıq bir neçə nəfər futbol sahəsində çalışan hansısa yaxınına edilən təzyiqlərə görə Süleymanovun lideri olduğu Həmkarlar İttifaqından uzaqlaşıb.
 
AFFA-nın baş katibi Elxan Məmmədov bu canlanmadan o qədər qorxub ki, sakit dayanmır, AFFA-ya bağlı olan veteran təşkilatı sayəsində əks kampaniya aparır. Oqtay Abdullayevin rəhbərlik etdiyi Futbol Veteranlar İttifaqı əvvəllər ildə 2-3 dəfə yığşardı, görüşlərindən də kimsənin xəbəri olmaz, nəyi müzakirə etdikləri bilinməzdi. İndi isə az qala hər həftə bir araya gəlirlər,özlərini işləyirmiş kimi göstərirlər. Hətta bugünlərdə imza kampaniyası aparırlar, nə ilə bağlı olduğu yəqin tezliklə bilinəcək.
 
Abdullayevin fəallaşması təbii ki, Elxan Məmmədovun göstərişi ilədi. AFFA-nın baş katibi veteranları üz-üzə qoyur, onların normal polemikasında, dialoqunada yox, dalaşmasında, bir-birini tənqid etməsində, gözdən salmasında maraqlıdı. Oqtay bəy də plana əməl etmək məcburiyyətindədi, ona təsadüfən 2-3 vəzifə tapşırılmayıb. “Turan Tovuz”un idarəçisi olan bu şəxsin divizion klubunun maliyyələşməsində Məmmədovla şərikli sirrləri var, əlbidrilər, “ümumi maraqlar”a görə Süleymanovun səsini kəsməlidilər.
 
Ümumiyyətlə, Məmmədov bəzi veteranları elə tora salıb ki, onlar pul verən sahibinə görə həmkarlığı yaddan çıxarıb. Futbolçu həmkarlığı, təəssübkeşlik qazanc hərisliyinin kölgəsində qalıb. Məsələn, Futbol Veteranlar İttifaqının son iclasında AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev xoşagəlməz ifadə işlədib. Onun Süleymanov haqda danışarkən “İt hürər, karvan keçər” məsəlini dilə gətirməsi səviyyəsinin göstəricisidi.
 
Təbii ki, Tuayevə indiki durumun davam etməsi sərf edir. O, ətrafında azərbaycanlıları yox, Markarov kimiləri görməyə öyrəşib. İndi isə illərdi əyləşdiyi rahat kreslonu, “paket”i itirmək istəmir. Hazırkı durumda ondan yarım əsrdi rəhbərlik etdiyi futbol məktəbində xərclənən milyonların qarşılığında niyə heç bir istedadın yetişməməsinin səbəbini soruşan da yoxdu. Ona görə də Tuayev Məmmədovla əlbir olmağa məcburdu, ona yenilikçilər lazım deyil.
 
Kazbek bəy aerofobiyası olduğundan İsgəndər Cavadov, Vaqif Sadıqov, Rauf Əliyev kimi səfərlərə gedə bilmir, AFFA rəhbərliyini “hadisə yerindən” müdafiə etmək imkanından məhrumdu. Bu səbəbdən ölkədaxili tədbirlərdə imkan düşən kimi mühafizəkarlığını göstərir.
 
Əslində, Abdullayev Süleymanovun ətrafına toplaşan veteranlarla bir olmalıdı. Çünki baş katib onu da aldadır. Məsələn, ötən il onun rəhbərlik etdiyi təşkilata 191 min manat pul ayrılıb. Amma AFFA-nın hesabatında qeyd olunan bu məbləğin bir qəpiyi də Futbol Veteranlar İttifaqının hesabına köçməyib, haralardasa yeyilib. Elə deyilsə, Oqtay bəy əksini sübut etsin, sənədləri gün işığına çıxarsın. Elə həmin məbləğin hara xərcləndiyini də.
 
Ölkə futbolunu indiki bataqlıqdan çıxarmaq üçün veteranların önə çıxması vacibdi. Onlar öndə getməli, marketoloqları işinin dalınca göndərməlidilər. Amma Məmmədov elə oyun qurub ki, onlar bir-birinə düşmən kəsilib, futbol yaddan çıxıb, top oyununun başında bu sahədən uzaq adamlar dəlləklik edir.
 
FƏRİD

 
tarix: 16-10-2019 16:53


 
Xəbər lenti
14.11.2019

11:00   Komanda yoldaşı ilə zarafata görə 1 oyunluq cəza

10:30   İngiltərə yığması üçün tarixi matç

10:12   Vengerin yeni iş yeri bəlli oldu

09:51   Milli faciə davam edir: bu dəfə 1:6 ilə

09:30   Kamran Əliyevli “Ximki” yenə uduzdu

09:00   Musayevin püşk atmaqlığı

01:09   Millimiz Lixtenşteynə qarşı - YENİLƏNİR

13.11.2019

23:42  “Penaltidən sonra oyunun gedişi rəqibin lehinə dəyişdi”

22:06  “Qarabağ” rəsmisinə ECA-da daha bir etimad

20:46  Türkiyə millisində ciddi itki

19:03  Millimiz Yunanıstana biabırçı hesabla məğlub oldu

18:20  “Milan”dan ayrıldı, karyerasını başa vurdu

18:00  Ramin Musayev: “Komanda sayının azlığı bizdən asılı məsələ deyil”

17:40  AÇ-2020 üçün yeni sponsor – 21 illik əməkdaşlığa son qoyuldu

17:21  AFFA Həmkarlar İttifaqı Masallıda da təşkilat yaratdı

17:00  Modriç mükafatlandırıldı

16:41  “Atletiko”nun futbolçusu 9 ay sonra qayıtdı

16:20  “Qazaxıstan, Azərbaycan və ya Farer adalarına uçmaq istəyim yoxdu”

16:00  PSJ “Le Man”a, “Monako” “Lill”ə rəqib oldu

15:47  9 kluba texniki məğlubiyyət, hakimi vuran məşqçiyə 10 oyunluq cəza

15:32  “Fənərbaxça”nın sabiq baş məşqçisinə həbs cəzası

15:16  Azərbaycan kubokunun püşkü atıldı

15:00  Azərbaycan - Uels matçı Deniz Aytekinə tapşırıldı

14:45  Dadaş Dadaşlinski Elxan Məmmədovdan əl çəkmir - VİDEO

14:30  Divizion klublarının da cəzası açıqlandı

14:15  AFFA 4 klubu 800 manat cərimə etdi

14:00  “Azərbaycanla oyunda qələbə qazanmasaq…”

13:41  Nazirdən “Düdelanj” – “Qarabağ” oyunundakı təxribatla bağlı açıqlama

13:20  “Aston Villa”nın futbolçusu millimizə qarşı oynamayacaq

13:00  David Vilya karyerasını başa vurur

12:40  Emil Balayev mövsümün rəmzi komandasında

12:21  Millimiz Yunanıstana qarşı

12:01  Asim Xudiyevə beynəlxalq təyinat

11:40  Azərbaycan - Uels: Mətbuat konfranslarının vaxtı bilindi

11:34  Dani möcüzə gözləyir: “Buna inanmasaq, elə Bakıda qalarıq”

11:21  Misir yığmasında Salah şoku

11:00  Maldini “Milan”la müqavilə imzaladı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az