(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Rəhbərlik yüksək nəticə istəmir: “Səbail” sonuncu olmamaq üçün yarışacaq

Rəhbərlik yüksək nəticə istəmir: “Səbail” sonuncu olmamaq üçün yarışacaq

“Səbail” Premyer Liqanın 8-ci turunda “Sumqayıt”la oyuna ciddi itkilərlə çıxacaq. Xüsusilə müdafiə xəttində problemlər var.
 
Futbolinfo.az xəbər verir ki, Şəhriyar Rəhimov cəzalı olduğundan qarşıdakı oyunu kənardan izləyəcək. Ürfan Abbasovun problemi isə başqadı. Ayağı buraxılan arxa xətt oyunçusunun durumuna matça kimi aydınlıq gəlməlidi – onun oynamaq ehtimalı çox azdı. Adil Nağıyevin zədədən dönməsi məşqçilər heyətini sevindirir. Lakin 2 həftə məşq etməyən bu futbolçunun hansı durumda olması hələ bəlli deyil. Çalışmalara yeni başlayan Adilin keçmiş komandasına qarşı oynayıb-oynamayacağı dəqiqləşməyib.
 
Mirsahib Abbasov da zədəsini sağaldı. Mövsümün start matçında zədələnən Eriko da Silvanın vəziyyəti isə növbəti həftə aydınlaşacaq. Braziliyalı mərkəz müdafiəçisi bərpa prosesini uğurla keçib, lakin nə vaxt oynayacağına həkimlər qərar verəcək. Onun “Sumqayıt”a qarşı forma geyməyəcəyi dəqiqdi.
 
“Səbail”in baş məşqçisi Aftandil Hacıyevin son 3 turda qələbə qazanmamalarından məmnun qalmaması təbiidi. Amma o, ciddi düşüşdən narahat deyil: “Əlimizdə olan heyətə görə davranırıq. Bəzən alınır, bəzən yox. Ehtiyat oyunçular skamyamız geniş deyil. Mövsümöncəsi heyətdən ayrılan futbolçuların yeri görünür. Biz faktiki seleksiyayla məşğul ola bilmədik, əlimizdə olan futbolçularla kifayətləndik. Nəticələrimiz elə də pis deyil. İndi vəziyyət elədi ki, ardıcıl 1-2 qələbə ilə turnir cədvəlində fərqli mövqedə ola bilərsən”.
 
Hacıyev komandadaxili ab-havadan narahat deyil: “Doğrusu, heyətin geniş olmaması problemdi. Amma maaşlarla bağlı problem yoxdu, hamısını almışıq. Bəzən 1-2 həftə yubanma olur, o da mümkün olan şeydi. Futbolçuları motivasiya etmək üçün səbəb və sözlər tapırıq”.
 
Aftandil bəydən qış planları barədə də soruşduq: “İndidən nəsə deyə bilmərəm. Rəhbərliklə bu barədə heç nə danışmamışıq. Hər şey ola bilər. Düzdü, hamının müqaviləsi var, lakin heyətdən ayrılmalar mümkündü. Yeni gələcək oyunçularla bağlı heç nə deyə bilməyəcəm. Çünki gedəcək oyunçular öz yerində, biz hətta indiki heyəti də ciddi şəkildə gücləndirməliyik”.
 
Baş məşqçi mümkün qədər yaxşı nəticə qazanmaq istədiklərini deyir: “Qarşımıza heç bir hədəf qoyulmayıb, rəhbərlik avrokuboklara vəsiqə tələb etmir. Sonuncu olmamağımız kifayətdi. Klub rəhbərliyi əsasən yerli oyunçulara üstünlük verilməsini, imkan daxilində gəncləri üzə çıxarmağımızı istəyir. Amma biz yenə də mümkün qədər yüksək yer tutmaq istəyirik”.
 
Xatırladaq ki, 7 tura 10 xal toplayan “Səbail” hazırda 4-cü pillədədi. Oktyabrın 20-də Bayılda qonaq olacaq “Sumqayıt” isə 3 xal geridədi.
 
CAVAD

 
tarix: 17-10-2019 10:30


 
Xəbər lenti
18.11.2019

15:12   Robben məşqçiliyə başladı

14:52   111 ilin ən yaxşı göstəricisi

14:24   Braziliya millisi dünya çempionu oldu

14:01   Milli karyerasını başa vurdu - 32 yaşında

13:42   Filip Ozobiç bu gündən başlayır

13:32   Millimizin rəqibinin düşərgəsində yeni futbolçu

13:08   “Neftçi”nin futbolçuları Kosta Rikaya qarşı oynadılar

12:30   “Zirə”nin futbolçusu millidə 22 dəqiqə oynadı

12:00   “Qarabağ”ın futbolçusunun ilk qələbədə payı olmadı

11:43   Remzi: “Bakıda qələbə üçün bütün gücümüzü ortaya qoyduq”

11:21   Premyer Liqanın 12-ci turu rəqəmlərin gözü ilə

11:00   Azərbaycan - Ukrayna: Hakim təyinatları açıqlandı

10:30   “Liverpul”un futbolçusu millinin düşərgəsini tərk etdi

10:00   İngiltərə Kosovonu belə darmadağın etdi - VİDEO

09:30   Ukrayna millisindən tarixi nəticə

09:00   Kamran Əliyevli “Ximki” 3 xalı 3 qolla qazandı

01:43   Portuqaliya millisi AÇ-2020-də

17.11.2019

19:35  Millimiz Slovakiyaya yola düşdü - VİDEO

18:37  Prosineçki “Yuventus”un futbolçusunun xidmətindən məhrum oldu

16:22  “Qarabağ” “Düdelanj”la matçın biletlərini satışa çıxarır

16:04  Slovakiya - Azərbaycan: Mətbuat konfranslarının vaxtı məlum oldu

15:16  Almaniya yığmasından rekord göstərici

14:19  27:0 hesablı qələbəyə görə baş məşqçini istefaya göndərdilər

13:38  “Qarabağ”ın futbolçusu millidən kənarlaşdırıldı

12:48  “Barselona” Messi ilə müqavilədə dəyişiklik etmək istəyir

11:50  AÇ-2020-yə vəsiqə qazanan 16 komanda

11:42  “Səbail”ə haqsızlıq edən hakimin cəzası gizlədilir

11:00  90-cı illərə qayıdırıq

10:47  Məmmədovun seçdiyi Yurçeviçlə gözlənilən sonluq

10:32  “Bavariya”dan rekord gəlir

10:20  SOCAR 1 milyon ödədi, İsrafilov “Albasete” üçün qol vurdu

10:14  Qol.az 11 yaşında!

10:09  “Real”da ciddi itki - PSJ ilə oyunda olmayacaq

09:51  Rusiya Belçikaya böyük hesabla uduzdu - VİDEO

09:30  Şeydayev: “İtirəcəyimiz bir şey yoxdu”

09:00  Qara Qarayev: “Son 25 ildə belə qrupumuz olmayıb”

01:50  Xorvatiya, Almaniya, Hollandiya və Avstriya AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az