(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Baş katibin fədai ordusu

Baş katibin fədai ordusu

AFFA təkzib verdikcə, inkar etdikcə yeni faktları açıqlamağa məcbur olacağıq. Qurum rəsmiləri Niderland səfriliyi qarşısındakı etiraz aksiyasından xəbərsiz olduqlarını, daha doğrusu, bunu onların təşkil etmədiyini bildirir, reallıq isə başqadı.
 
Dünən AFFA-nın Mətbuat və İctimaiyyətlə əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla sportinfo.az saytına bunları deyib: “İstənilən tədbirlə bağlı ehtimal olur. Amma bu piketi AFFA təşkil etməmişdi. Hər bir şəxs bizim oyunlarda, rəsmi tədbirlərdə könüllü kimi iştirak edə bilər. O, AFFA-nın əməkdaşı deyil. Etiraz aksiyasını AFFA təşkil etsəydi, orada federasiyanın işçiləri olardı”.
 
Firuz bəyin təmsil etdiyi qurumu müdafiə etməyə çalışması təbiidi, işi odur. Lakin həqiqətin gözünə dik baxmaq lazımdı. Dünən AFFA-nın fotoqrafının aksiyada olmasıyla bağlı yazını oxumusuz. Həmin fotolar Firuz bəyin “Etiraz aksiyasını AFFA təşkil etsəydi, orada federasiyanın işçiləri olardı” deməsinə kiçik cavabdı. Çünki Qənbər Cəlilov illərdi assosiasoyada çalışır və həmişə AFFA-nın tədbirlərini işıqlandırmasına öyrəşmişik.
 
Digər iştirakçılara gəlincə, onların da AFFA-yla əlaqəsi var. Bəli, rəsmi işçi deyillər, lakin qurumun bütün tədbirlərində baş roldadılar. Könüllülük proqramına əsasən tədbirlərə cəlb olunan bu gənclər zəhmətləri qarşılığında müəyyən maliyyə də alırlar. Və onlar gizlicə bu aksiyanın təşkilinə cəlb olunublar. Mitinqin bütün iştirakçıları yalnız onlar olub və plakatların hansı “dost”un studiyasında hazırlandığını da bilirik. Zamanla hamısı yazılacaq, bəzi fakt dəqiqləşdirmələri aparırıq.
 
 
Təqdim etdiyimiz fotolardan da aksiya iştirakçılarının fərqli adamlar olmadığına əmin ola bilərsiz. Fəal könüllülərdən olan Nərmin Sidalıyeva və dostları stadionlardan səfirlik önündəki aksiyaya yer dəyişib. Firuz Abdulla təkziblərinə davam etsə, əksər aksiya iştirakçıları ilə bağlı eyni addımı atmağa məcbur olacağıq. Hələlik gənclərin belə oyunlara alət olmaması üçün tam siyahını təqdim etmirik.
 
AFFA-nın baş katibi Elxan Məmmədov bu addımıyla göstərdi ki, ətrafına fədai ordusu yığıb və ondan hər cür əməl gözləmək olar. Belə aksiyaları o, sabah başqa yerlərdə təşkil edə, dəbə mindirdiyi “istefa” şüarlarını stadionlarda AFFA prezidentinə qarşı da səsləndirə bilər. İddiası artsa və artıq futbolun onun üçün kiçik ölçü olduğunu sansa, daha böyük işlər görər. Bu adam çox təhlükəli olmağa başlayıb.
 
Məmmədov arxasına aldığı bu qüvvəylə çox iddialıdı. Ölkədə sabitliyi, əmin-amanlığı futbol adıyla pozan katib elə kadrlara güvənir ki, onun üçün hər fədakarlığa gedərlər. Allah qorusun!
 
FƏRİD

 
tarix: 17-10-2019 09:45


 
Xəbər lenti
13.11.2019

09:00   “Albasete” rəsmisi: “Eddinin milliyə gəlməməsi AFFA və klub arasında razılaşdırılıb”

12.11.2019

19:57  Super Liqada daha bir baş məşqçi istefası

18:37  “Fənərbaxça”nın baş məşqçisi əməliyyat olundu

18:02  Danışılmış oyunlarla bağlı növbəti görüş

17:33  Solari yenidən “Real”da

17:02  “Yuventus”dan Ronaldoya üzr tələbi

16:45  “Mançester Yunayted”in futbolçusu “ən yaxşı” seçildi

16:23  Keylor Navas “Neftçi”nin futbolçularına qarşı oynaya bilməyəcək

16:00  Super Liqa klubunda yeni baş məşqçi

15:46  “Sumqayıt”la “Zirə” yoxlama oyunu keçirəcək

15:28  Turun futbolçusu “Qəbələ”dən oldu

15:09  İngiltərə millisində qalmaqal

14:50  “Bu, mənim üçün sürpriz oldu” - Camalov

14:36  “Azərbaycan qrupun autsayderi olsa da...”

14:17  “Qəbələ”nin 8 futbolçusu rəmzi komandada - FOTO

13:51  Uels millisinin kapitanı: “Azərbaycanı məğlub etsək…”

13:38  Pavel Hapal: “Azərbaycanla oyunda istədiyimiz nəticəni qazana bilərik”

13:16  Millimizlə oyuna yeni forma ilə - FOTO

12:55  Millimizin rəqibinin heyətində dəyişiklik

12:36  Mövsümün 100-cü qolu

12:22  Ağayev 50-yə çatdı

11:59  Adeniyi İsrailə uyğunlaşa bilmir: “Nə baş verəcəyini mən də bilmirəm”

11:47  Qazaxıstanda Emil Balayevi də seçdilər

11:39  “Qarabağ”ın 246 günlük seriyası qırıldı

11:30  Lobotka üçün hədəf bəllidi

11:21  Beyl millimizlə oyuna qədər tam hazır olacaq

11:11  İsrafilov yığmaya gəlmədi, Camalov dəvət aldı

11:00  İspaniya Superkuboku Səudiyyə Ərəbistanında - ardıcıl 3 il

10:30  Nazarov üçün 80 dəqiqə və 1 xal

10:00  Dadaşovdan məhsuldar ötürmə

09:30  Millimizin rəqibində Rakitiç şoku

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az