(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

AFFA-nın “Qəbələ”yə təyin etmək istədiyi şəxs bəllidi

AFFA-nın “Qəbələ”yə təyin etmək istədiyi şəxs bəllidi

AFFA “Qəbələ”ni ələ keçirmək üçün fəaliyyətə başlayıb. Bölgə klubunun büdcəsinin azalması, iddiasını itirməsi qurumu hərəkətə keçirib.
 
Təbii ki, məqsəd heç də “Qəbələ”nin xilası deyil. AFFA bu klubun təmsil etdiyi şəhərdəki infrastrukturu əldən vermək istəmir. İdeal şərait, 7 təbii örtüklü meydança, hazır komanda, hazırda ölkədə ən yaxşı olan akademiya AFFA-nın 10 ildi yarada bilmədikləridi. Və Qəbələdə bunların hamısı var.
 
İndi klub çətin vəziyyətdədi. AFFA isə ən azı əla akademiyaya görə kluba təmənnasız yardım etmək əvəzinə, məqsədli maliyyə ayırmaq, amma özünün göndərdiyi bir şəxsi də vəzifədə oturtmaq istəyir. Klub prezidenti Fariz Nəcəfovun müavini postu boşdu və baş katib Elxan Məmmədov ora öz adamını qoymaq istəyir. Təbii ki, gələcəkdə Heydərovların klubdan tamamilə uzaqlaşmasını təmin etmək və bölgə təmsilçisini öz ağuşuna almaq üçün.
 
“Qəbələ” növbəti mövsümlərdə də yaşayacaq. Amma klubun indiki sahibləri böyük maliyyə ayırmaq imkanına malik deyillər. Ən yaxşı halda indiki büdcə ilə yola davam olunacaq. Heydərovlar istənilən halda akademiyaya diqqəti azaltmamaq və ölkə futboluna yeni istedadlar bəxş etmək niyyətindədi. İndiyədək kifayət qədər iş görülüb və istedadlı gəncləri talenin ümidinə buraxmaq olmaz.
 
“Qəbələ”nin maliyyə çətinliyi üzündən diviziona ikinci komandasını buraxmamaqda israrlı qərarından sonra AFFA əyalət təmsilçisinə yardım etməyi lazım bilib. Təbii ki, öz xoşu ilə deyil – həm ciddi ictimai qınaq var, həm də assosiasiya rəsmilərinin şəxsi maraqları.
 
AFFA-da uşaq futbolu layihələrində çalışan Elxan Səmədov “Qəbələ”yə getməyə ilk namizəd idi. Amma onun vaxtilə Mikayıl Nərimanoğlunun “Kəpəz”də etdiyi səhvləri təkrarlaması ehtimalı olduğundan variant dəyişib. AFFA düşündükdən sonra Qəbələyə daha etibarlı adamı göndərməyə qərar verib. Elxan Məmmədov maliyyəyə nəzarət üçün xeyli müddət namizəd axtarıb, tapa bilməyib və sonda adaşına möhtac qalıb.
 
Vaxtilə baş katibin müavini olan, münasibətləri pozulduğu üçün AFFA-dan ayrılan Elxan Əsədov əsas namizədə çevrilib. Küsülü məhəllə dostları arasında buzlar əriyib və onlar yenidən bir yerdədi.
 
Xatırladaq ki, Əsədov Azərbaycan Minifutbol Federasiyasının sədridi və Dünya Minifutbol Federasiyasının İcraiyyə Komitəsinə üzvüdü. O, ölkəmizdə müntəzəm yarış keçirən “Azfar Group” şirkətinin də rəhbəridi. Belə ki, müasir standartlara cavab verən 30-a yaxın meydançanın qurulması, həvəskar futbolçularla sıx əməkdaşlığın yaradılması, ALFA çempionatın yüksək səviyyədə təşkili, mini-futbolun təbliğinin genişləndirilməsi Əsədovun rəhbərlik etdiyi qurumun adı ilə bağlıdı.
 
AFFA-ya üzvlüklə bağlı ciddi problem yaşayan Azərbaycan Minifutbol Federasiyası sonda əməkdaşlıq haqda müqaviləyə nail olmuşdu. Lakin küsülü dostlar elə şəxsi münasibətləri üzündən həmin anlaşmanın imzalandığı tədbirə qatılmamış, imzanı köməkçiləri atmışdı. Son vaxtlar isə onların münasibətləri istiləşib və yenidən bir yerdə olmağı lazım biliblər.
 
Gəl ki, baş katibin bu dostluqda da məqsədi var. Çünki adaşı hələ də müəyyən dairələrdə bacarıqlı kadr kimi tanınır. Məmmədov adaşının ona gələcəkdə alternativ ola biləcəyindən çəkinir və onu kiçik bir posta təyin etməklə zərərsizləşdirməyə cəhd edir. Əsədov da bunun fərqindədi və “Qəbələ”yə yollanmağı ona görə ləngidir. Post ona çoxdan təklif edilib və fikirləşmək üçün vaxt istəyib. Bir aydan çoxdu qərarını verən Məmmədov indi dostunun bu təklifə “hə” deyəcəyi günü gözləyir. Plan baş tutsa, elə bu qış təyinat rəsmiləşə bilər.
 
AĞA

 
tarix: 17-10-2019 11:44


 
Xəbər lenti
18.11.2019

20:26   “Sabah bizi Bakıdakından fərqli oyun gözləyir” - Hamşik

20:10   Pavel Hapal: “Azərbaycanla oyunda yalnız qələbə haqda düşünürük”

19:32   Eddi İsrafilov millimizin düşərgəsində

19:03   Bundesliqa klubunda yeni baş məşqçi

18:31   Kimdir o alçaq?

18:16   Kapitan dünya rekordu qırdı, milli komanda tarix yazdı

17:59   Millimizlə oyunöncəsi 3 itki

17:38   Millinin baş məşqçisi 100-cü oyununa çıxdı

17:17   “Növbəti təyyarə ilə geri qayıtmağım qərara alındı” - Dadaşov

16:58   Modriçin kitabı təqdim olundu

16:34   Ronaldo üzr istəyəcək

15:59   “Qalatasaray”da 2 ciddi itki

15:12   Robben məşqçiliyə başladı

14:52   111 ilin ən yaxşı göstəricisi

14:24   Braziliya millisi dünya çempionu oldu

14:01   Milli karyerasını başa vurdu - 32 yaşında

13:42   Filip Ozobiç bu gündən başlayır

13:32   Millimizin rəqibinin düşərgəsində yeni futbolçu

13:08   “Neftçi”nin futbolçuları Kosta Rikaya qarşı oynadılar

12:30   “Zirə”nin futbolçusu millidə 22 dəqiqə oynadı

12:00   “Qarabağ”ın futbolçusunun ilk qələbədə payı olmadı

11:43   Remzi: “Bakıda qələbə üçün bütün gücümüzü ortaya qoyduq”

11:21   Premyer Liqanın 12-ci turu rəqəmlərin gözü ilə

11:00   Azərbaycan - Ukrayna: Hakim təyinatları açıqlandı

10:30   “Liverpul”un futbolçusu millinin düşərgəsini tərk etdi

10:00   İngiltərə Kosovonu belə darmadağın etdi - VİDEO

09:30   Ukrayna millisindən tarixi nəticə

09:00   Kamran Əliyevli “Ximki” 3 xalı 3 qolla qazandı

01:43   Portuqaliya millisi AÇ-2020-də

17.11.2019

19:35  Millimiz Slovakiyaya yola düşdü - VİDEO

18:37  Prosineçki “Yuventus”un futbolçusunun xidmətindən məhrum oldu

16:22  “Qarabağ” “Düdelanj”la matçın biletlərini satışa çıxarır

16:04  Slovakiya - Azərbaycan: Mətbuat konfranslarının vaxtı məlum oldu

15:16  Almaniya yığmasından rekord göstərici

14:19  27:0 hesablı qələbəyə görə baş məşqçini istefaya göndərdilər

13:38  “Qarabağ”ın futbolçusu millidən kənarlaşdırıldı

12:48  “Barselona” Messi ilə müqavilədə dəyişiklik etmək istəyir

11:50  AÇ-2020-yə vəsiqə qazanan 16 komanda

11:42  “Səbail”ə haqsızlıq edən hakimin cəzası gizlədilir

11:00  90-cı illərə qayıdırıq

10:47  Məmmədovun seçdiyi Yurçeviçlə gözlənilən sonluq

10:32  “Bavariya”dan rekord gəlir

10:20  SOCAR 1 milyon ödədi, İsrafilov “Albasete” üçün qol vurdu

10:14  Qol.az 11 yaşında!

10:09  “Real”da ciddi itki - PSJ ilə oyunda olmayacaq

09:51  Rusiya Belçikaya böyük hesabla uduzdu - VİDEO

09:30  Şeydayev: “İtirəcəyimiz bir şey yoxdu”

09:00  Qara Qarayev: “Son 25 ildə belə qrupumuz olmayıb”

01:50  Xorvatiya, Almaniya, Hollandiya və Avstriya AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az