(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Yeni baş məşqçi ilə həmişə nələrsə dəyişir” – Xulio

“Yeni baş məşqçi ilə həmişə nələrsə dəyişir” – Xulio

“Zirə” Premyer Liqada 2-ci dövrəyə yeni baş məşqçiylə başlayır. Zaur Həşimov rəhbərliyin etimadını doğrultmalı, komandanı çətin vəziyyətdən çıxarmalıdı. Bu missiyanı yerinə yetirməkdə isə ona futbolçu heyəti yardım etməlidi.
 
Qəsəbə klubunun hücumçusu Xulio Sezar Rodrigez futbolinfo.az-a müsahibəsində ilk dövrəni şərh etdi, eyni zamanda qarşıdakı oyunlardan danışdı.
 
- Yeni baş məşqçi komandada nəyi dəyişdi?
- Təbii ki, yeni baş məşqçi ilə həmişə nələrsə dəyişir. Yeni gələn özü ilə yeni üslub, oyun tərzi gətirir. Həm də belə olanda futbolçular özünü daha yaxşı tərəfdən göstərməyə, özlərinə əsas heyətdə yer etməyə çalışırlar.
 
- Keçmiş baş məşqçi ilə niyə alınmadı?
- Fikrimcə, bu haqda danışmağım doğru olmaz. Ötən mövsüm Avropa Liqasına vəsiqə qazanmağa çox yaxın idik. Lakin lazımsız xallar itirdik və istəyimizə çata bilmədik.
 
- İkinci pillədə olan komanda ilə aranızda cəmi 3 xal fərqi var. Nəticəni necə sayırsan?
- Nə çox yaxşı, nə də pis nəticə deyil. “Qarabağ” matçından sonra elə də çox xallar qazana bilmədik. Halbuki qələbə qazanmalı olduğumuz oyunlar var idi. Yaxşı çıxış edib xallar itirmişdik. Fikrimcə, həmin oyunlarda xallar əldə etsəydik, indi vəziyyət daha da yaxşı olardı.
 
- Zaman-zaman mətbuatda Samir Abasovla futbolçular arasında problemlər olduğuna dair xəbərlər var idi...
- Xeyr, onunla futbolçular arasında heç zaman problem olmayıb. Belə bir şey söhbət mövzusu ola da bilməz.
 
- Samir Abasov heyətin yetərsizliyindən şikayətlənirdi...
- Bəlkə də haqlıdır. Bəlkə də onun bu cür hiss etməsinə biz səbəb olmuşduq. Lakin komanda yoldaşlarıma inanıram. Biz daha çox irəliləməliyik.
 
- Çempionatda yüksək hədəflər üçün oynamaq mümkün olacaq?
- Məqsədimiz yüksək yerlərdə olmaq, avrokuboklara vəsiqə qazanmaqdır. Buna ümidimiz böyükdür.
 
- Ötən mövsüm daha çox fərqlənirdin. Bu il sanki istədiyin formada deyilsən?
- Oyunlar bir-birindən fərqli olur. Hər il çempionat başqa məcrada davam edir. Komandamızın hesabında 6 qol var. Son matç istisna olmaqla digər bütün qarşılaşmalarda müdafiə planına daha çox fikir verirdik. Bu da çox qol epizodu yarada bilməməyimizə gətirib çıxarırdı.
 
AĞA

 
tarix: 17-10-2019 12:29


 
Xəbər lenti
12.11.2019

11:59   Adeniyi İsrailə uyğunlaşa bilmir: “Nə baş verəcəyini mən də bilmirəm”

11:47   Qazaxıstanda Emil Balayevi də seçdilər

11:39   “Qarabağ”ın 246 günlük seriyası qırıldı

11:30   Lobotka üçün hədəf bəllidi

11:21   Beyl millimizlə oyuna qədər tam hazır olacaq

11:11   İsrafilov yığmaya gəlmədi, Camalov dəvət aldı

11:00   İspaniya Superkuboku Səudiyyə Ərəbistanında - ardıcıl 3 il

10:30   Nazarov üçün 80 dəqiqə və 1 xal

10:00   Dadaşovdan məhsuldar ötürmə

09:30   Millimizin rəqibində Rakitiç şoku

09:00   Amin Seydiyev: “Belə səhvlərə yol verməyim normaldı”

11.11.2019

23:23  Super Liqada baş məşqçi istefası

19:43  “Qalatasaray” daha bir hücumçusunu itirdi

18:32  “Yuventus”da 150-ci oyun

17:34  “Qəbələ”nin 50-ci böyükhesablı qələbəsi

16:23  Millimizin oyununu kiprli hakim idarə edəcək

15:33  Pantiç: “Azərbaycan çempionatının səviyyəsi çox aşağıdı”

15:00  40-cı heç-heçə

14:05  “Yuventus”da Ronaldo böhranı böyüyür

13:43  Millimiz Moldovaya uduzdu - VİDEO

13:21  Ramil Ayazla görüşdü: “Bu oğlan Həbibdi”

13:00  Azərbaycanla oyunun mükafatı açıqlandı: 50 min avro

12:40  “Liverpul” - “Mançester Siti” matçında 4 qol - VİDEO

12:20  “Azərbaycan bizə qarşı qapalı futbol oynayacaq”

12:00  Bundesliqa klubunda baş məşqçi istefası

11:45  Millimiz Moldovaya da məğlub oldu

11:30  Ufuk Budaklı “Altınordu” səfərdən 1 xalla döndü

11:15  “Real”da yeni rekordçu

11:00  Nəbiyevin qolu “Slaviya”ya bəs etmədi

10:40  Xayme Romero: “Sevilya”ya qalib gəlməliyik”

10:25  Benzema Puşkaşı geridə qoydu

10:17  Fasilədə ayılan “Sumqayıt”la “Zirə”

10:00  Riçard Qadze: “Qarabağ”a ikinci qolu da vura bilərdik”

09:41  Dadaşov oynadı, komandası qalib gəldi

09:20  Paşayevli “Aleksandriya”dan səfər heç-heçəsi

09:00  Pedro Enrike: “Yenidən “Qarabağ”da oynamaq möhtəşəm olar”

02:16  “Olimpik”lərin duelində Marsel təmsilçisi qalib gəldi

02:05  “Atletiko”dan inamlı qələbə

01:54  “Qarabağ”ın rəqibi “Betis”ə qalib gəldi

01:41  “Yuventus” “Milan”ı məğlub yola saldı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az